Zaxarçenko, Ukraynada müstəqillik elan edən Donetsk Xalq Respublikasının qurucu dövlət başçısı və baş naziri kimi 11 may 2014-cü ildən 2018-ci ilə, yəni ölümünə qədər vəzifədə qalmışdı.[5][6][7][8] Sələfi Aleksandr Borodainin istefa etməsilə, 2014-cü ilin avqustunda baş nazir seçildi. 2014-cü ilin noyabrındakı seçkilərdə qalib gəldi.[9]
Aleksandr Zaxarçenko 31 avqust 2018-ci Donetsk şəhərində baş vermiş partlayış nəticəsində 42 yaşında həlak olub.[10]