Aleksandr Roinaşvili

Aleksandr Solomonoviç Roinaşvili
gürc. იაკობ სიმონის ძე გოგებაშვილი
Aleksandr Solomonoviç Roinaşvili 1880-cı ildə çəkilmiş şəkili
Aleksandr Solomonoviç Roinaşvili 1880-cı ildə çəkilmiş şəkili
Doğum tarixi 1846[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 may 1898(1898-05-11)[1][2][…]
Vəfat yeri
Dəfn yeri
Milliyyəti gürcü
Fəaliyyəti Fotoqraf
Fəaliyyət illəri 1861–1890
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Solomonoviç Roinaşvili (gürc. იაკობ სიმონის ძე გოგებაშვილი;1846[1][2][…], Duşeti və ya Qafqaz[3]11 may 1898[1][2][…], Tiflis) — gürcü əsilli[4] ilk peşəkar fotoqraf, etnoqraf və kolleksiyaçı olub. Özündən sonra XIX əsrin ikinci yarısında GürcüstandaQafqazda görkəmli müasirləri, memarlığı və gündəlik həyatı əks etdirən geniş bir fotoşəkil mirası qoyub getmişdır.

Həyatı

Aleksandr Roinaşvili 1846-cı ildə Duşetidə sənətkar ailəsində anadan olub. Erkən yaşlarında atasız qalmışdır. Ailəni toxuma işlərindən əldə etdiyi gəlirlə təmin edən anasının nəzarəti altında böyüyüb. 14 yaşında bir neçə məktəbi və iş yerini dəyişərək F.Xlamovun Tiflis emalatxanasında fotoqrafiya və ikon rəssamlığı ilə məşğul olan bir qohumu tərəfindən işə götürüldü. Aleksandr fotoqrafiyanı çox sevirdi və qısa müddətdə ustanın əsas köməkçisi olur.[5]

Təxminən beş illik əməkdaşlıqdan sonra, Xlamov tələbəsinə və köməkçisinə öz işinə başlamaq üçün bir sıra foto avadanlıqlar hədiyyə etdi və 1860-cı illərin əvvəllərində Roinaşvili öz atelyesini "Sasuratxato" (gürc. სასურათხატო) adlandırdı və daha sonra daha iki studiya açdı: "Rembrandt" (gürc. რემბრანდტი) və "Tərəfdaşlıq" (gürc. ამხანაგობა). Fotoşəkillər və vinetkaların üzərində o vaxtkı adi qaydada soyadının yazılışını həm kiril, həm də latın əlifbası ilə "Roin" olaraq qısaltmışdır. "Sasuratxato" studiyası qısa müddətdə dövrün intellektual elitasının məşhur görüş yerinə çevrildi. Studiyalar, sahibinə Aleksandr Roinaşvilinin xeyriyyəçilik və ictimai ehtiyaclar üçün xərclədiyi yaxşı bir gəlir gətirdi.[5][6].

Geniş kütlələrə və gələcək nəsillərə məlumat ötürmək üçün dəqiq və ucuz bir vasitə kimi fotoqrafiyanın potensialını yaxşı bilirdi. Əsərləri sayəsində İlya Çavçavadze, Akaki Sereteli, Yakob Qoqebaşvili, Vaja Pşavela, Aleksandr Kazbeqi və başqaları da daxil olmaqla demək olar ki, bütün məşhur müasirlərinin portretləri bizə gəlib çatmışdır. Bundan əlavə, Aleksandr Roinaşvili qədim memarlığın fotoşəkilləri çəkməklə, Qafqazın incəsənət və məişət əşyalarını toplamaqla məşğul idi, kolleksiyasından olan əşyaların və fotoşəkilinin sərgilənə biləcəyi bir muzey yaratmaq arzusunda idi.[5] Aleksandr Roinaşvilinin əsərlərindən bəziləri:

1870-ci illərin sonunda Aleksandr Roinaşvili ailə qurdu, amma evliliyi uğurlu alınmadı. Roinaşvilinin xeyriyyəçilik işi, xüsusilə Duşetidən olan kasıb həmkəndlilərinə köməyi onları sevməyən həyat yoldaşının müqaviməti ilə qarşılaşdı. 1880-ci ildə evlilik pozuldu və Roinaşvili Tiflisdən Telaviyə getdi. Bir il sonra 1889-cu ilə qədər yaşadığı Dağıstan, Temir-Xan-Şuraya köçdü. Oralarda müasirlərinin, yerli memarlığının və dağlı xalqlarının həyatına aid foto-şəkillər çəkdi. Onun İmam Şamilin oğulları ilə birlikdə çəkdiyi portret bu dövrə aiddir. Əntiq və məişət əşyaları toplamağa davam edən Roinaşvili, kolleksiyası o qədər əhəmiyyətli oldu ki, o, İmperator Arxeologiya Cəmiyyətinə qəbul edildi və 1887–1888-ci illərdə Həştərxan, Saratov, Samara, Sankt-PeterburqMoskvada səyahət sərgisi təşkil edərək kolleksiyasını və fotoşəkillərini uğurla nümayiş etdirdi.[6].

1889-cu ildə Roinaşvili Tiflisə qayıdıb və təmənnasız olaraq öyrətdiyi tələbələrlə əhatə olunaraq studiyalarında işə başladı. Gürcüstan milli muzeyinin planlarını hazırlamağa davam etdi və Gürcüstanda çox səyahət etdi, tarixi yerlərin və memarlıq abidələrinin şəkillərini çəkdi. Təəssüf ki, Roinaşvilinin planlarının qarşısını vaxtsız vəfatı aldı. 1898-ci ildə gözlənilmədən və qəfildən öz atelyesində, şagirdləri qarşısında vəfat etdi. Roinaşvili vəfat edəndə 52 yaşında idi.[5]

Xatirəsi və irsi

Aleksandr Roinaşvili 1890-cı ildə

Aleksandr Roinaşvili atelyelərini, arxivini və kolleksiyasını gürcülər arasında savadlılığın təşviqi cəmiyyətinə vəsiyyət etdi. Lakin Cəmiyyətin rəhbərliyi ilə emalatxanalar itkilərlə üzləşdi və 1905-ci ildə bağlandı. Fotoşəkillər və neqativlər toplusu satışa çıxarıldı. Arxivin dəyərini mükəmməl başa düşən və qorumaq üçün tədbirlər görən həmkarı Dmitri Yermakov Roinaşvilinin arxivini əldə etdi.[5]

Müasir Gürcüstanda Aleksandr Roinaşvili irsi diqqətlə qorunur və öyrənilir, bir çox fotoşəkilləri Gürcüstan muzeylərində və arxivlərində tapmaq olar. Arxivin əsas hissəsi Gürcüstan Parlament Kitabxanasında saxlanılır və tarixi fotoşəkillərin nüsxələri kitabxanada mövcuddur.[7] 2015-ci ilin dekabrında Tiflisdə əsərlərindən ibarət böyük bir sərgi nümayiş etdirilmışdır.[8]

Aleksandr Roinaşvilinin məzarı Tbilisidə Didube panteonundadır.[5].

İstinadlar

Xarici keçidlər

  • "Первый грузинский фотограф". «Тифлисский журнал» 4-2013. 2013-07-31. İstifadə tarixi: 2018-07-25.
  • "Выставка, посвященная первому грузинскому фотографу, пройдет в Тбилиси". Sputnik-Georgia. 2015-12-14. 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-25.
  • Hannavy, John. "Encyclopedia of Nineteenth-century Photography, p. 494" (PDF) (ingilis). Routledge. 2008. 2018-07-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-25.
  • "Архив фотографий Александра Роинашвили в Национальной Парламентской библиотеке Грузии" (gürcü). The National Parliamentary Library of Georgia. İstifadə tarixi: 2018-07-26.
  • Инга Мушегянц. "Большой человек из Сасуратхато" (PDF). Свободная Грузия №40 2004. 2004-03-21. 2018-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-30.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!