Albaniyada italyan protektoratı — Birinci Dünya müharibəsi zamanı İtaliya krallığı tərəfindən tətbiq edilmiş protektorat. İtaliya rəhbərliyi altında Albaniyanın hüquqi müstəqilliyi təmin olunsun deyə tətbiq edilmişdir. Protektorat 1917-ci il iyunun 23-dən 1920-ci ilin yayına qədər mövcud idi.
Tarixi
İtaliya krallığı 1914-cü ilin dekabrında Vlyora limanını işğal etdi, lakin 1915-ci ilin sonu 1916-cı ilin əvvəlində baş verən Avstriya-Macarıstan müdaxiləsindən sonra və 27 fevral 1916-cı ildə Durres şəhərini itirdikdən sonra, alman qoşunları oranı tərk eləmək məcburiyyətində qaldı. 1916-ci ilin may ayında İtaliyanın general Settimio Pyaçentini komandanlığı altında olan 100 000-lik XVI-cı korpusu qayıtdı və 1916-ci ilin payızında Cənubi Albaniya regionunu zəbt etdi, eyni zamanda fransız ordusu 29 noyabr 1916-cı ildə Korça və onun ətrafını tutmuşdur. Əsasən Balkan cəbhəsinin inkişaf etməsi ilə, İtaliya (Girokastrada) və Fransa qüvvələri (Korçada) Antantanın razılığı ilə 1916-cı ilin payızında keçmiş Şimali Epir Muxtar Respublikasınln (oraya yunan azlığı nəzarət edirdi) ərazisinə daxil oldular.
Fransa hakimiyyəti 10 dekabr 1916-cı ildə Korça Muxtar alban respublikasını protokol üzrə elan etdi. Həmin protokola əsasən, Korça, Bilişt, Kolyonya, Opar və Gora ərazilərində muxtar vilayətləri yaranır.
12 dekabr 1916-cı ildə İtaliya öz səfiri vasitəsilə izahat üçün müraciət etdi, çünki Korça Muxtar alban respublikasının yaradılması London müqaviləsinin şərtlərini pozurdu.[1]Avstriya-Macarıstan Fransanın Korça ilə bağlı presedentini Albaniyanın protektorantlıq altında müstəqilliyinin elan edilməsinin əsaslandırılması üçün istifadə etdi, bu hadisə 3 yanvar 1917-ci ildə Şkoderdə baş verdi.
İtaliya krallığı 23 iyun 1917-ci ildə Girokastrada Albaniyanın protektorat altında müstəqilliyini elan edəndə də eyni şeyi eləmişdi.[2] 1918-ci ilin noyabrında Birinci Dünya müharibəsi bitəndə müasir Albaniyanın demək olar ki, bütün ərazisi italyan protektoratı altında idi.
↑Jaume Ollé (July 15, 1996). Arxivləşdirilib 2011-11-24 at the Wayback Machine. Archived from the original on January 12, 2011. Retrieved January 12, 2011. On 23 June 1917, Italy proclaimed the independence of Albania under her protectorate, justifying this with the French precedent in Korçë. Austria-Hungary had done it before on 3 January 1917.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!