Avtomobil yolları və dəmir yolları ölkənin qərbindəki düzənlik hissəsindədir, yalnız tək-tək şose yolları ölkənin şərqindəki dağ silsilələrini aşır[2].
Gəmiçilik
Dəniz ticarət donanması 24 gəmidən ibarətdir ki, onlardan 7-sinin subasımı 1000 tondan çoxdur[2]. Başlıca xarici ticarət limanı Durresdir ki, buranın yük dövriyyəsi ölkənin limanlarındakı ümumi yük dövriyyəsinin təqribən 90%-ni təşkil edir. Sonrakı yerdə Vlyoradır[2].