Alıcılıq qabiliyyəti

Alıcılıq qabiliyyəti (ing. purchasing power, rus. покупательная способность) valyutanın bir ədədinə alına bilən malların/xidmətlərin sayı. Misal üçün, əgər siz cibinizdə bir dollar ilə 1950-ci ildə mağazaya getsəydiniz, daha çox ala bilərdiniz, nəinki bu gün. Deməli, 1950-ci ildə bir dolların alıcılıq qabiliyyəti daha yüksək idi. Valyuta geniş mənada həm əmtəə pulu (qızıl, gümüş) həm də fiat pulu (ABŞ dolları) ola bilər. Adam Smit qeyd etdiyi kimi, pula sahib olmaq başqaların əməyini idarə etmək deməkdir. Ona görə də alıcılıq qabiliyyəti bir tərəfdən öz əməyi pula satmaq istəyən digər insanların üzərində hakimiyyət deməkdir. Əgər gəlir dəyişməz qalırsa, amma qiymətlər qalxır, onda b gəlirin alıcılıq qabiliyyəti düşür. İnflasiya baş verəndə birin pul gəlirin alıcılıq qabiliyyəti düşməyə də bilər, əgər qiymət dərəcəsindən daha tez artıra bilər. Daha yüksək real gəlir daha yüksək alıcılıq qabiliyyəti deməkdir, çünki real gəlirin hesablaması insflasiyanın təsiri nəzərə alır. Qiymət indeksinin göstəricisi isə hasablamada birinci ildə 100 normasına təyin olunur. Valyuta adədinin alıcılıq qabiliyyəti müəyyən ildə 100/P bərabərdir, harada da P həmin ildə qiymət indeksidir, 100 isə birinci ilin normasıdır. Deməli alıcılıq qabiliyyəti azalır, əgər qiymət dərəcəsi artır.

Bugünki C məbləğində olan pulun t illər gələcəkdə alıcılıq qabiliyyəti aşağıdaki indiki dəyər düsturu ilə göstərilə bilər:

burada i gələcəyin inflasiya tempi deməkdir.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!