Alüminium hidroksidi alüminium duzlarının ammonyakla reaksiyası nəticəsində almaq olar:
Alüminium hidroksid jelatinə bənzər ağ çöküntü kimi çökür.
Alüminium hidroksid istehsalının ikinci üsulu isə suda həll olunan alüminium duzlarının qələvi metalların karbonatları ilə reaksiyasıdı:
Fiziki xassələri
Alüminium hidroksid, 4 kristal modifikasiyası olan ağ kristal maddədir:
monoklinik (γ) gibbsit
triklinik (γ ') gibbsit (hidrarqillit)
bayerit (γ)
nordstrandit (β)
Gibbsit, alüminium hidroksidin kimyəvi cəhətdən ən sabit formasıdır.
Kimyəvi xassələri
Alüminium hidroksid suda zəif həll olunur, amfoter xüsusiyyətə malikdir.
Təzə çökmüş alüminium hidroksid turşularla və qələvilərlə reaksiyaya daxil olur:
Alüminium hidroksid, suyun təmizlənməsində istifadə olunur, çünki müxtəlif maddələri absorbsiya (udmaq) qabiliyyətinə malikdir. Tibbdə peyvəndlərin istehsalında köməkçi maddə kimi istifadə olunur. Diş pastası, mineral gübrələr, kağız, boyaların tətbiqində istifadə olunur.
Mənbə
Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов. — 3-е изд., М.: Химия, 2000. — 480 с.
Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., М.-Л.: Химия, 1966. — Т. 1. — 1072 с.
Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!