Aktau dəniz limanı

Aktau limanı
Xəritə
43°39′ şm. e. 51°09′ ş. u.HGYO
Ölkə  Qazaxıstan
Şəhər Aktau
Tikilmə tarixi 1963
Aktau limanı (Xəzər dənizi)
Aktau limanı

Aktau dəniz limanıQazaxıstana məxsus olan, Xəzər dənizi sahilində yerləşən dəniz limanı. Dəniz limanın rəsmi adı "Aktau Beynəlxalq Dəniz Ticarət Limanı" Milli Səhmdar Cəmiyyəti adlanır. Dəniz limanın səhmlərinin 100% Qazaxıstan Dəmir Yolları idarəsinin balansındadır.

Aktau dəniz limanı Xəzər dənizinin şimal-şərqində yerləşir. Dövlət müəssisəsi beynəlxalq əhəmiyyət kəsb edən limandır. Xüsusilə beynəlxalq yüklərin daşınmasında böyük əhəmiyyət kəsb edir. Aktau buxtasından İranın şimalındakı və Bakıdakı limanlara gəmilər hərəkət edir. Dənizlə limana gətirilən yüklər Qazaxıstana məxsus dəmir yolları və avtomagistrallarla SibirŞərqi Asiya ölkələrinə daşınır. Limandan Qazaxıstanda istehsal olunan kənd təsərrüfatı və avadanlıqlar, xam neft daşınır. Dəniz limanı il ərzində 3,2 mln ton quru yük və 12,5 mln ton xam neft daşıma imkanına malikdir. 2015-ci ildə illik yük daşıma imkanı 5,9 mln t[1] olmuşdur. Dəniz limanına bir başa dəmir yolu hərəkət edir. Yaxınlığında Manqışlaq dəmiryol stansiyası yerləşir. Şəhərdə həmçinin Aktau hava limanı yerləşir

Xəzər dənizindən daşınan mühüm bərə yolu "Ələt — Aktau" Beynəlxalq "İpək yolu"nun (Ukrayna — Gürcüstan — Azərbaycan — Qazaxıstan — Çin) tərkib hissəsidir. Bu nəqliyyat dəhlizi Rusiya ərazilərinə daxil olmadan yüklərin Avropaya çatdırılmasını nəzərdə tutur.[2] Bu dəhlizlə yüklər şimal dəhlizinə nisbətdə daha tez Avropaya çatdırıla bilir. Üstəlik bu dəhlizdə yerləşən limanlar heç zaman donmurlar.

Mənbə

İstinadlar

  1. "Справка о производственных показателях АО «НК «АММТП» по состоянию на 06.01.2016 г." 2016-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
  2. "Новый «Шёлковый путь» — альтернативный транспортный коридор в обход России". 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!