Akkord STİK

Akkord STİK
Ümumi məlumatlar
Tipi ASC
Sənaye Tikinti, İstehsalat
Məhsulları Daşınmaz əmlak, Tikinti məhsulları
Təsis tarixi 2005
Rəhbərlik
Rəhbərlik Ilqar Haciyev İHS
Hikmat Garibov MŞS
akkord.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, ÖzbəkistanTürkiyədə infrastrukturlar tikir.

Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir.[1]

Şirkətlər

Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur.[2] Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir.[3]

  1. Qazax Sement Zavodu

Azərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır.[4] Zavod Azəbaycandakı ikinci sement zavodudur.[5]

  1. Hydraulic Mechanisms Company MMC
  2. Akkord Prefabrik MMC
  3. Akkord Nəqliyyat MMC
  4. Körpü Tunel Tikinti MMC
  5. Property İnvestments MMC
  6. Deutsche Fassaden Technologien MMC
  7. Akkord Tekstil MMC
  8. Akkord Asfalt MMC
  9. Akkord Kərpic MMC
  10. Akkord Mərmər Qranit MMC
  11. Akkord Beton MMC
  12. Accopen MMC
  13. Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC
  14. Akkord Hydrotechnical Construction Company MMC
  15. Akkord Steel Construction Company MMC
  16. Akkord Mingəçevir Metal Konstruksiya Zavodu
  17. Akkord Xırdalan Metal Konstruksiya Zavodu
  18. Akkord Boya Zavodu
  19. Akkord Qum & Çınqıl Karxanası
  20. Akkord Gülbaxt Daş Karxanası

Əsas rəhbərlər

30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.

Məhsul və xidmətlər

Tikinti

Akkord tikir:[2]

  • Körpülər
  • İctimai ərazilər
  • Daşınmaz əmlak
  • Yollar
  • Tunnellər

İstehsal və paylaşdırma

Akkord tikinti materiallarını istehsal edir və paylaşdırır:[2]

  • Asfalt
  • Kərpic
  • Beton
  • Fabrikdə hazırlanmış metal məhsullar
  • Çınqıl
  • Zavodda yığılmış beton
  • Qum

Bazarlar

Azərbaycan

CaspianEnergy-yə müsahibəsindəSədr Xaqani Quluzadə bildirmişdir ki,Akkord Azərbaycanda ümumi həcmi 314 milyon manat olan beş yol tikintisi layihəsini yerinə yetirmişdir.[2]

Beynəlxalq

Akkord bütün dünyadan tikinti və istehsal şirkətləri ilə əlaqələrə malikdir, onların arasında bu şirkətlər də var (Trend Xəbərlər Agentliyinin məlumatına əsasən) are:[3]

İstinadlar

  1. "Bizim haqqımızda", Akkord şirkətinin internet saytı. (30 iyul, 2013-cü ildə əldə olunub)
  2. 1 2 3 4 “Akkord şirkəti Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük töhfə vermişdir”, Azeri-Press Agentliyi (APA), 3 aprel, 2013-cü il. (30 iyul, 2013-cü ildə əldə olunub)
  3. 1 2 “Azərbaycanın Akkord Şirkəti və AvstriyanınUnger şirkəti Vyanada memorandum imzalayırlar”, Trend Xəbər Agentliyi, 26 May, 2013-cü il (30 iyul, 2013-cü ildə əldə olunub)
  4. “Azərbaycan prezidenti Qazax Sement Zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib ", Azeri-Press Agentliyi (APA), 5 iyul, 2013-cü il. (30 iyul, 2013-cü ildə əldə olunub)
  5. “Beynəlxalq Bank Azərbaycanda ikinci sement zavodunun tikintisinin başa çatdığınıelan edir”, ABC.Az, Fineko Məlumat və Analitika Agentliyi, 19 iyun, 2013-cü il. (30 iyul, 2013-cü ildə əldə olunub).

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!