Afaq Bəşirqızı

Afaq Bəşirqızı
Afaq Bəşir qızı Səfərova
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il.[1]
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il.[1]
Doğum adı Afaq Səfərova
Doğum tarixi 15 avqust 1955(1955-08-15) (69 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Bəşir Səfəroğlu
Fəaliyyəti aktrisa, kino aktrisası
Fəaliyyət illəri 1973–h.h.
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1993 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989
"Şöhrət" ordeni
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu "Qızıl Dərviş" mükafatı — 1993 "Qızıl Dərviş" mükafatı — 2001 "Sənətkar" medalı
IMDb ID3363584
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Afaq Bəşirqızı (15 avqust 1955, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı (1993) "Şöhrət" ordeni laureatı (2013)‚ Prezidentin fəxri təqaüdçüsü (2015), Mədəniyyət və İncəsənət Universetinin professoru. Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası.

Həyatı

Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.

1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinfinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib.

Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. 1974–1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan Bəxt üzüyü Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.

O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.

Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Uzun illər Prezident mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub,[2] 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub[3].13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.[4]

Hazırda xərçəng xəstəliyindən əziyyət çəkir.[5]

Mükafatları

Teatr səhnəsindəki rolları

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Yaxşı adam Sərvinaz 1973 Əşrəf Quliyev Mirzə İbrahimov
Sən yanmasan Dürdanə 1973 Əşrəf Quliyev Nəbi Xəzri
Mahnı dağlarda qaldı Fəxrəndə 1974 Mövsüm Mürsəlov İlyas Əfəndiyev
Lənkəran xanının vəziri Pəri xanım 1975 Hüseyn Sultanov Mirzə Fətəli Axundov
Bayramın birinci günü Pakizə 1975 Məbud İsmayılzadə Nazim Hikmət
  • Humay-("Komsomol poeması", S. Vurğun, İ. Çoşqun)
  • Klava-("Poladəridənlər", G. Bokarev)
  • Nənə("Mən nənəyə evlənirəm", H. Muxtarov)
  • Yoluq-("Xoruz və çalağan", F. Ağayev)
  • Baronessa Ştral-("Maskrad", M. Lermontov)
  • Dirijor-("İlahi komediya", İ. Ştok)
  • Xəbərçi Xədicə, Aliyə-("Adamın adamı" və "Təhminə və Zaur", Anar)
  • Ziba("Lənkəran xanın vəziri", M. F. Axundzadə)
  • Tovuz qarı-("Bir cüt bədmüşk ağacı", Ə. Əyisli)
  • Gülbadam-("Elburus evlənir", G. Xuqayev)
  • Kəblə Ceyran-("Ayıl, bax bu dünyaya", H. Nəzirli)
  • Qadın-("Bütün şərq bilsin", N. Həsənzadə)
  • Bibi("Doğmalar", R. Əlizadə)
  • Sənəm-("Yaxşı adam", M. İbrahimov)
  • Zoya-("İtirilmiş məktub", İ. Karaçale)
  • Nayman ana-("Əsrə bərabər gün", Ç. Aytamatov)
  • Söylü, Şənbə xanım-("Bəxt üzüyü" və "Dağ tikirik", V. Səmədoğlu)
  • Səməni - ("Toy olsun", İ.Məlikzadə) (2017-ci il)

Dövlət Gənclər Teatrı

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Dadaşbala əməliyyatı Fatma xanım 1989 Hüseynağa Atakişiyev Rəhman Əlizadə
Dağ tikirik Şənbə xanım, Süpürgəçi 1991 Hüseynağa Atakişiyev Vaqif Səmədoğlu
Sultanqulu körpüsü Xanım 1990 Hüseynağa Atakişiyev İsi Məlikzadə
Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Bəbirlinin kələkləri Xala 1989 Vaqif Ağayev Rauf Hacıyev
Sevgilimin anası Gülbadam 1989 Cahangir Novruzov Georgi Xuqayev, Eldar Mansurov
Qarğa məndə qoz var Ofelya xanım 1991 Hüseynağa Atakişiyev Cahangir Aslanoğlu, Həsənağa Qurbanov
Subaylarınızdan görəsiniz Səməni 1991 Yaşar Nuri Süleyman Ələsgərov, İsi Məlikzadə
Hicran Qızbacı 1992 Firudin Məhərrəmov Emin Sabitoğlu, Sabit Rəhman
O olmasın, bu olsun Sənəm 1998–2015 Cənnət Səlimova Üzeyir Hacıbəyov
Bankir adaxlı Nisə 1998–2015 Faiq Zöhrabov Emin Sabitoğlu,Tamara Vəliyeva
Məhəbbət oyunu Səltənət 2007 Faiq Zöhrabov Qeybulla Rəsulov,Cavanşir Quliyev
İtkin ər Məleykə 2002 Ədalət Ziyadxanov Əli Əmirli
Məsmə xala dayımdır Məsmə 2007 Ədalət Ziyadxanov R. Mustafayev, C. Məmmədov
Mən dəyərəm min cavana Güldəstə 2008 Yusif Əkbərov Faiq Sücəddinov, Tamara Vəliyeva
Yeddi məhbusə anası Zalxa 2007 Oruc Qurbanov Əli Əmirli, Cavanşir Quliyev
Xanuma Xanuma 2011 Qoça Kapanadze Avksenti Saqareli, Vladimir Dolidzen
Kimyagər Kimyagər 2012 Bəhram Osmanov Mirzə Fətəli Axundov,Əjdər Ol,Səyavuş Kərimi
Ər və arvad Minnət xanım 2010 Yusif Əkbərov Üzeyir Hacıbəyli
Şəhərdə manyak var Qəmzə xanım 2009 Oruc İzzətoğlu Sərdar Fərəcov, Əziz Nesin
Toya bir gün qalmış Roza 2015 Əsgər Əsgərov Əli Səmədli

Filmoqrafiya

  1. Bəşir Səfəroğlu (film, 1969) (Afaq Bəşirqızı)
  2. Evləri köndələn yar (film, 1982) (Darçınbəyim)
  3. 20+1 (film, 1986) (qısametrajlı bədii süjet-Mozalan № 105) (Tərbiyəçi)
  4. Gözbağlıcı (film, 1986) (Aparıcı)
  5. Yaşıl eynəkli adam (film, 1987) (Zəhra)
  6. Bəxt üzüyü (film, 1991) (Söylü)
  7. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) (Bağça müəlliməsi)
  8. Bala-başa bəla! (film, 1995) (Suğra)
  9. Yarımştat (film, 1996) (Ayka)
  10. Yaşıl eynəkli adam-2 (film, 1999) (Zəhra)
  11. Nekroloq (film, 2001) (Gülya)
  12. Yaşıl eynəkli adam-3 (film, 2002) (Zəhra)
  13. Dəvətnamə (film, 2003) (Arxiv kadrlarda iştirak edib)
  14. Girov (film, 2005) (Satıcı qadın)
  15. Qaynanamız (serial 2015) (Ağanaz)
  16. Həddən artıq uyğunluq (film, 2016) (Fatma xala)
  17. Bəxt üzüyü 2 (film, 2017) (Söylü)

İstinadlar

  1. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. president.az, 01.03.2019 (az.)
  2. "Azərbaycan Respublikası teatr xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-17.
  3. "A. B. Səfərovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-17.
  4. "A.B. Səfərovanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-15.
  5. "Afaq Bəşirqızında xərçəng aşkarlandı". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-29.
  6. Bakı Post. "Bu şəxslər "Vaqif Səmədoğlu" medalı aldılar" (az.). Bakupost. 05.06.2020. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.

Xarici keçidlər

Read other articles:

Intel 80286Центральный процессор Микропроцессор Intel 80286 (8 МГц) Производство с 1 февраля 1982 по начало 1990-x Разработчик Intel Производители Intel Corp.AMDSiemens AGHarris CorporationFujitsu IBM Частота ЦП 4—25 МГц Технология производства 1.5 мкм Наборы инструкций x86-16 (с MMU) Разъёмы PGACLCCPLCC 68-pin Ядра Intel 80188In...

 

Ця стаття про острів. Про словацького футболіста див. Марек Сапара. СапараIsla de Zapara Географія 10°59′00″ пн. ш. 71°34′30″ зх. д. / 10.9836111100277769026° пн. ш. 71.5750000000277851° зх. д. / 10.9836111100277769026; -71.5750000000277851Координати: 10°59′00″ пн. ш. 71°34′30″ зх. д....

 

De Mysteriis Dom SathanasÁlbum de estudio de MayhemPublicación 24 de mayo de 1994Grabación 1992-1993 en la sala Grieg, Bergen, NoruegaGénero(s) Black metalDuración 46:01Discográfica Deathlike SilenceProductor(es) Pytten, Euronymous, Hellhamer Cronología de Mayhem De Mysteriis Dom Sathanas (1994) Grand Declaration of War (2000) [editar datos en Wikidata] De Mysteriis Dom Sathanas es el primer álbum de estudio de la banda noruega de black metal Mayhem, publicado el 24 de mayo ...

Irish playwright, author and politician (1879–1920) Terence MacSwineyMacSwiney in his mayoral robes, 1919Teachta DálaIn officeDecember 1918 – 25 October 1920ConstituencyCork MidLord Mayor of CorkIn officeMarch 1920 – October 1920ConstituencyCork County Council Personal detailsBorn(1879-03-28)28 March 1879Cork, County Cork, IrelandDied25 October 1920(1920-10-25) (aged 41)HM Prison Brixton, London, EnglandCause of deathHunger strikeResting placeSt. Finbar...

 

Cornus hemsleyi Біологічна класифікація Царство: Рослини (Plantae) Клада: Судинні рослини (Tracheophyta) Клада: Покритонасінні (Angiosperms) Клада: Евдикоти (Eudicots) Клада: Айстериди (Asterids) Порядок: Дереноцвіті (Cornales) Родина: Деренові (Cornaceae) Рід: Дерен (Cornus) Вид: C. hemsleyi Біноміальна назва Cornus hemsleyiC.K.S...

 

Герб Горохівського району ДеталіНосій Горохівський районКорона срібна мурованаЩит іспанський Герб Горо́хівського райо́ну — офіційний символ Горохівського району Волинської області. Опис Геральдичний щит має форму прямокутника з півколом в основі. Щит розділений н

First documented patient in the population of an epidemiological investigation Patient zero redirects here. For other uses, see Patient zero (disambiguation). The index case or patient zero is the first documented patient in a disease epidemic within a population,[1] or the first documented patient included in an epidemiological study.[2] It can also refer to the first case of a condition or syndrome (not necessarily contagious) to be described in the medical literature, wheth...

 

Un Marmitako estofado de patatas y bonito. Entre las preparaciones del bacalao se encuentra el bacalao al pil pil. La gastronomía de Vizcaya es el conjunto de platos y costumbres culinarias de la provincia o territorio histórico de Vizcaya (País Vasco). Algunos platos típicos de esta provincia tienen la denominación de a la bilbaína o a la vizcaína.[1]​ La cocina vizcaína es abundante en platos que combinan verduras con mariscos o verduras. Uno de los centros culinarios de la pr...

 

Renang padaPekan Olahraga Nasional XIX Gaya bebas 50 m putra putri 100 m putra putri 200 m putra putri 400 m putra putri 800 m putra putri 1500 m putra putri Gaya punggung 50 m putra putri 100 m putra putri 200 m putra putri Gaya dada 50 m putra putri 100 m putra putri 200 m putra putri Gaya kupu-kupu 50 m putra putri 100 m putra putri 200 m putra putri Gaya ganti perorangan 200 m putra putri 400 m putra putri Gaya bebas estafet 4×100 m putra putri 4×200 m putra putri Gaya ganti estafet 4×...

German U-boat commander Hans-Rudolf RösingRösing in 1963Born(1905-09-28)28 September 1905Wilhelmshaven, German EmpireDied16 December 2004(2004-12-16) (aged 99)Kiel, Schleswig-Holstein, GermanyAllegiance Weimar Republic (to 1933) Nazi Germany (to 1945) West GermanyService/branch Reichsmarine Kriegsmarine German NavyYears of service1924–451956–65RankKapitän zur See (Kriegsmarine)Konteradmiral (Bundesmarine)Commands heldSchnellboot S-15 and S-3U-11,...

 

Private, non-profit school in Batu Feringghi, Penang, Penang Island, MalaysiaThe International School of Penang (Uplands)Respect for Self; Respect for OthersLocationBatu Feringghi, Penang, Penang IslandMalaysiaCoordinates5°28′12″N 100°14′59″E / 5.470053°N 100.249676°E / 5.470053; 100.249676InformationTypePrivate, non-profitMottoRespect for Self; Respect for OthersFounded1955[citation needed]PrincipalMarc MesichGenderMixedAge range4–19Enrollment±6...

 

Sângeorz-BăiKotaLetak Sângeorz-BăiNegara RumaniaProvinsiBistriţa-NăsăudStatusKotaPemerintahan • Wali kotaRoland-Marius Venig (Partidul Social Democrat)Luas • Total146,21 km2 (5,645 sq mi)Populasi (2002) • Total10.224Zona waktuUTC+2 (EET) • Musim panas (DST)UTC+3 (EEST) Sângeorz-Băi (juga dieja: Sîngeorz-Băi, Hungaria: Oláhszentgyörgy) adalah kota yang terletak di provinsi Bistriţa-Năsăud, Transilvania, Ru...

  Sinornithosaurus millenii Rango temporal: 124,6 Ma - 122 Ma PreЄ Є O S D C P T J K Pg N ↓ Aptiense (Cretácico Inferior) TaxonomíaReino: AnimaliaFilo: ChordataClase: SauropsidaSuperorden: DinosauriaOrden: SaurischiaSuborden: TheropodaInfraorden: Coelurosauria(sin rango): ManiraptoraSuperfamilia: DeinonychosauriaFamilia: DromaeosauridaeSubfamilia: MicroraptorinaeGénero: SinornithosaurusXu, Wang y Wu, 1999Especie: S. milleniiXu, Wang y Wu, 1999[editar datos en Wi...

 

Xavier Munford Datos personalesNombre completo Xavier Tyler Jerome MunfordNacimiento Hillside, Nueva Jersey  Estados Unidos1 de junio de 1992 (31 años)Nacionalidad(es) EstadounidenseAltura 1,91 m (6′ 3″)Peso 82 kg (180 lb)Carrera deportivaDeporte BaloncestoEquipo universitario Miami Dade Sharks Universidad de Rhode IslandClub profesionalDraft de la NBA No elegido, 2014Club Hapoel Tel Aviv B.C.Liga Ligat WinnerPosición BaseSelección Estados UnidosTrayectoria Bak...

 

Rock musical This article is about a musical adaptation premiering on Broadway in 2006. For the original 1891 play, see Spring Awakening (play). For the music festival in Chicago, see Spring Awakening (festival). Spring AwakeningOriginal Broadway recordingMusicDuncan SheikLyricsSteven SaterBookSteven SaterBasisSpring Awakeningby Frank WedekindProductions2006 Off-Broadway 2006 Broadway 2008 First US Tour 2009 West End 2010 Second US Tour 2015 Broadway revival 2021 Off-West EndAwardsTony Award ...

2016 soundtrack of the film Suicide Squad This article is about the 2016 film soundtrack. For the 2021 standalone sequel film soundtrack, see The Suicide Squad (soundtrack). Suicide Squad: The AlbumStandard coverSoundtrack album by Various artistsReleasedAugust 5, 2016 (2016-08-05)Recorded2016Genre Alternative pop[1] hip hop[1][2] rock[1][2] indie rock[2] Length50:31Label Atlantic WaterTower Warner Bros. Producer Alex da Kid B...

 

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Monasterio – news · newspapers · books · scholar · JSTOR (October 2012) (Learn how and when to remove this template message) Place in Castile-La Mancha, SpainMonasterio, SpainMonasterio, SpainShow map of Province of GuadalajaraMonasterio, SpainShow map of Casti...

 

У этого термина существуют и другие значения, см. Осадки. Средние помесячные осадки во всем мире Атмосфе́рные оса́дки, ср. гидрометеоры[1] — атмосферные явления, связанные с присутствием в атмосфере воды в жидком или твёрдом состоянии, выпадающей из облаков или оса...

Bhutan traffic police motorcycle. Bhutan has a low crime rate.[1][2][3] Incidents of petty crime are occasionally reported in the country. Violent crime is very uncommon. Some cases of drug abuse are reported; alcohol abuse is a problem. But in general, drug trafficking is low. The most serious threat to Bhutan's security is terrorism by different terrorist groups from neighboring countries illegally camped in the nation.[4] Background Serious crimes were very ...

 

Halaman ini berisi artikel tentang bentuk negara. Untuk peristiwa politik Kanada, lihat Konfederasi Kanada. Untuk penggunaan lainnya, lihat Konfederasi (disambiguasi). Konfederasi Amerika beralih ke halaman ini. Untuk negara bagian KA, lihat Konfederasi Amerika. Artikel ini bukan mengenai Federasi. Bagian dari seri PolitikBentuk dasar dari pemerintahan Struktur kekuatan Konfederasi Federasi Hegemoni Kerajaan Negara kesatuan Sumber kekuatan Demokrasi Langsung Perwakilan Semi lainnya Kerajaan M...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!