Ac həriflər — Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1911-ci ildə yazılmış kiçik həcmli səhnə əsəri. Vodevil janrında yazılmışdır. Ac həriflər, Millət dostları səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutmuşdur.
Əsərdə hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində "quru bəylər" də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir. Dövrün "ac hərifləri" öz kələkləri ilə Həsən dayını aldatmaqla gülüş hədəfinə çevrilirlər[1].
1993-cü ildə Ə. Haqverdiyevin eyni adlı əsəri əsasında Ac həriflər tammetrajlı film-tamaşası ekranlaşdırılıb[2].
Tamaşa "Humay" mükafatı"-na layiq görülmüşdür[3].
Obrazlar
Həsən – kababçı
Zərbəli – şagirdi
İbrahimbəy – çinovnik
Vəli,
Hüseyn } artistlər
Mirzə Mahmud – " İftira" qəzetinin mühərriri
Salman,
Süleyman } iki yoldaş
Lətif,
Səməd,
Əhməd,
Rza } qonaqlar
İstinadlar
Xarici keçidlər