Abşeron lövhələri filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1990-cı ildə[1] çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında[1] istehsal edilmişdir. Film Abşeron torpağının ekoloji bəlaları haqqında istehsal edilmiş növbəti həyəcanlı kinolentlərdən biridir. Sənədli kadrlar haray çəkib torpağın müsibətlərini car eləyir. Abşeronun təzadlı mənzərələri-təbii gözəllik və toprağın ekoloji müsibəti qarşı-qarşıya qoyulur; bir vaxtlar bağlı-bəhərli Abşeronu neft gölməçələrinə çevirənləri ittiham edir.
Məzmun
Abşeron torpağı həm öz nemətlərilə-inciri, üzümü, zeytunu, badamı ilə, həm də zəngin neft yataqları ilə dünyada məşhurdur.[2]
Film Abşeron torpağının ekoloji bəlaları haqqında istehsal edilmiş növbəti həyəcanlı kinolentlərdən biridir. Sənədli kadrlar haray çəkib torpağın müsibətlərini car eləyir. Abşeronun təzadlı mənzərələri-təbii gözəllik və toprağın ekoloji müsibəti qarşı-qarşıya qoyulur; bir vaxtlar bağlı-bəhərli Abşeronu neft gölməçələrinə çevirənləri ittiham edir.[2]
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Teymur Bəkirzadə
Rejissor: Teymur Bəkirzadə
Operator: Azər Salayev
Bəstəkar: Aqşin Əlizadə
İstinadlar
- ↑ 1 2 3 4 5 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.281
- ↑ 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.282
Mənbə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356-357.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1990-cı ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı