Abşeron körfəzi — Abşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi[1] və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir[2][3]. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. Körfəz əsasən qış ayları xəzri, yayda isə gilavar küləkləri üstünlük təşkil edir[4].
Liman
Ən böyük və tək limanı Dübəndidir. 1944 ildən "Damba" tipli körpü limanın əhəmiyyətini azaldıb.
Yaşayış məntəqələri
Körfəzin Abşeron sahillərində və ona daxil olan adalarında Dübəndi, Gürgan, Pirallahı,Çilov, Bilgəh və Neft Daşları kimi yaşayış məntəqələri var.
Ekologiyası
Abşeron sahilləri istisna, adalar və Neft daşları estakadalarında neft çirklənməsi aktualdır.
İstinadlar