Abbasqulu Nadirov |
Doğum tarixi |
1904 |
Vəfat tarixi |
1981 |
Abbasqulu Nadirov (tam adı:Nadirov Abbasqulu Allahverdi oğlu;1904 – 1981)— təsərrüfat rəhbəri, Ordubad Rayon Komitəsinin birinci katibi
Həyatı
Nadirov Abbasqulu Allahverdi oğlu 1904-cü ildə Şərur rayonun Cəlilkənd kənddə anadan olmuşdur.
Əlixanlılar tayfasına mənsub Nadir şah nəslindəndir. Abbasqulu bəy Şadlinskinin "Qırmızı tabor" dəstəsində Şərur-Dərələyəzin daşnak quldurlarından təmizlənməsində yaxından iştirak etmişdir.
1919-cu ildə kənddəki rus-tatar məktəbini bitirmiş, əmək fəaliyyətinə Baş Noraşen kəndində əmək komitəsində mücavir kimi başlamış, 1924–30-cu illərdə Ermənistan SSR Dövlət Siyasi İdarəsində (DTK)) ekspeditor, 1930–1932-ci illərdə Dəmirçi kənd Sovetinin sədri, 1932–1936-cı illərdə Naxçıvan MSSR MİK-də təlimatçı, Naxçıvan rayon İK-də şöbə müdiri, Noraşen rayon İK-də sədr müavini, Naxçıvan MSSR Ət tədarükü kontorunun rəisi, Şahbuz rayon Partiya Komitəsində bölmə müdiri, Noraşen rayon Partiya Komitəsində şöbə müdiri, birinci katib (1942–1946), Ordubad rayon Partiya Komitəsinin birinci katibi (1946–1949), Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Noraşen rayon kənd təsərrüfatü şöbəsinin müdiri, Qarxun kənd kolxozunun sədri, rayon kolxozlararası tikinti idarəsinin rəisi, kommunal təsərrüfat şöbəsinin müdiri, rayon ZDS İK-də plan komissiyasının sədri, evlər idarəsinin müdiri vəzifələrində işləmişdir. 1967-ci ildən Respublika əhəmiyyətli təqaüdçü olmuşdur.
Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, II dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, "Qafqazın müdafiəsinə görə", Lenin yubiley, "Almaniya üzərində qələbə", "Rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.
ÜİK(b)P-nin üzvü olmuşdur.
1981-ci ildə vəfat etmişdir.
Təltif və mükafatları
Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, II dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, "Qafqazın müdafiəsinə görə", Lenin yubiley, "Almaniya üzərində qələbə", "Rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.
Mənbə