AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

Respublika Seysmoloji Xidmət Mərkəzi
(RSXM)
168 × 130 pikselpx
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 1979
Tabelik Azərbaycan Milli Elmlər Akademiyası
Baş qərargah Bakı Bakı
Ünvan N.Rəfibəyli küçəsi 25, AZ1001
Rəhbərlik
Baş direktor Qurban Yetirmişli

Rəsmi saytı seismology.az

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət MərkəziAzərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan təşkilat. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvigeodinamik kompleks tədqiqatlar aparılır.

1998-ci ildən fəaliyyət göstərən mərkəzin respublika ərazisində 84 seysmik, 6 geofiziki, 5 geokimyəvi, 24 GPS stansiyaları fəaliyyət göstərir.

Tarixi

Azərbaycanda ilk dəfə seysmik hadisələrlə bağlı instrumental müşahidələrə XX əsrin əvvəllərində başlanılıb.[1] 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Bakıda neft sənayesi ilə məşğul olan Nobel qardaşlarının təşəbbüsü ilə həmin il Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır.[2][3]

SSRİ dövründə uzun müddət Azərbaycanda müstəqil seysmoloji xidmətin fəaliyyətinə icazə verilməsə də, 1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya İnstitutunda "Geofizika" Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika partiyası yaradılmışdır[4]. 1980-ci ildə isə bunun əsasında Təcrübi-Metodik Geofizika Ekspedisiyası təşkil edilmişdir. Ekspedisiyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru, professor Arif Həsənov rəhbərlik edib.[5]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilib.[6]

2008-ci ildə Arif Həsənov dünyasını dəyişdikdən sonra mərkəzə AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Qurban Yetirmişli rəhbərlik etməyə başlayıb[4][7].

Fəaliyyət istiqamətləri

25 noyabr 2000-ci il tarixində baş vermiş güclü (Ml=6.2) Xəzər (Bakı) zəlzələsindən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanda seysmik müşahidə şəbəkəsinin ən müasir cihazlarla təchiz edilməsi haqqında göstərişinə əsasən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi üçün 14 dəst "Kinemetrics" şirkətinin (ABŞ) istehsalı olan, peyk rabitə sistemli, rəqəmsal telemetrik seysmik stansiya alınmışdır və 2003–cü ildən bu müşahidə şəbəkəsi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə seysmik müşahidə şəbəkəsinin 2009-cu ildə RSXM üçün daha 7 dəst "Kinemetrics" (ABŞ) şirkətinin seysmik stansiyası və “Apple” şirkətinin 2 kompyuterindən ibarət yeni proqram təminatlı sistem alınmışdır. 2009-2010-cu illərdə seysmoloji müşahidələr şəbəkəsinin inkişafı və seysmologiya sahəsində elmi tədqiqatların təkmilləşdirilməsi məqsədilə daha 11 "Kinemetrics” stansiyası alınaraq quraşdırılıb. 2011-ci ildə RSXM tərəfindən daha 6 telemetrik seysmik stansiya quraşdırılaraq işə salınmışdır və bununla da seysmik stansiyaların sayı 31-ə çatmışdır. 2013-cü ildə isə RSXM tərəfindən daha 4 telemetrik seysmik stansiyalar quraşdırılaraq işə salınmış və bununla da seysmik stansiyaların sayı 35-ə çatmışdır. Seysmik stansiyaların qurulması üçün Azərbaycan ərazisinin ayrı-ayrı sahələrinin seysmikliyinin səviyyəsi nəzərə alınmaqla seçilərək yerləşdirilmişdir. Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin respublika ərazisində 84 seysmik stansiyası fəaliyyət göstərir. RSXM-in Geofiziki tədqiqatlar idarəsi tərəfindən geofiziki sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi işləri aparılır. Geofiziki stansiyalar şəbəkəsi vasitəsilə geomaqnit sahəsi gərginliyinin, ağırlıq qüvvəsi və qravitasiya potensialının variasiyaları araşdırılır. RSXM-nin respublika ərazisində 6 maqnitometrik və 4 qravimetrik geofiziki stansiyası fəaliyyət göstərir.[8]

Azərbaycanın seysmik stansiyaları

AMEA nəzdində RSXM-nin seysmoloji tədqiqatları peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsi ilə aparılır[9]. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır.[10] AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi-nin respublika ərazisində 84 seysmik[11], 6 geofiziki, 5 geokimyəvi[12], 24 GPS stansiyaları fəaliyyət göstərir[13]. GPS stansiyalardan biri Azərbaycanın Saatlı rayonunda dərinliyi 8324 metr olan quyu üzərində yerləşdirilib. Mərkəzdə 84 telemetrik seysmik stansiyalardan ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.[14]

Azərbaycanda palçıq vulkanlarının monitorinq şəbəkəsi

Dünyada ilk dəfə olaraq Azərbaycanda seysmik stansiyalar vasitəsi ilə palçıq vulkanlarının öyrənilməsinə başlanılıb.[15] Mərkəzin beynəlxalq qrant layihəsi çərçivəsində aldığı 22 ədəd seysmik stansiyanın 12-si Abşeron yarımadası və ona yaxın ərazilərdə olan palçıq vulkanlarının ətrafında quraşdırılmışdır.[16]

  • Aşağı Güzdək
  • Atyalı
  • Ceyildağ
  • Cəngi
  • Əzimkənd
  • Güzdək
  • Korgöz
  • Mehdiabad
  • Puta
  • Qobu
  • Qubalıbalaoğlan
  • Şonqar

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi 2024-cü il martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində Məlikçobanlı palçıq vulkanının növbəti - 5-ci püskürməsini qeydə alıb. Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəq. davam edib. Palçıq vulkanının zəif və səthi püskürməsi səbəbindən püskürmə iki - ZərnavaQobustan rəqəmsal stansiyasında qeydə alınıb. Yer qatından çıxan palçıq 1 hektar əraziyə yayılıb. Bu vulkanın püskürməsi əvvəlki 1926, 1967, 1977, 2019-cu illərdə də müşahidə olunub. Bu vulkan həm seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşir və buna görə də burada təkrar passiv püskürmələr müşahidə oluna bilər. Bir neçə gün öncə Şamaxıda zəif yeraltı təkanlar qeydə alınıb. Tektonik hərəkətlər prosesində Yer qabığında sıxılma və gərilmə gərginliklərin variasiyaları müşahidə olunur ki, bu da palçıq vulkanlarının aktivləşməsinə təsir göstərə bilər. Martın 8-də baş vermiş püskürmə zəif olaraq xarakterizə olunur və heç bir fəlakətli nəticələrə səbəb ola bilməz.

Struktur bölmələri

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin struktur bölmələri[4]:

  • Makroseysmik tədqiqatlar şöbəsi
  • Zəlzələ ocaqlarının dinamikası şöbəsi
  • Zəlzələlərin tədqiqatı bürosu
  • Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi
  • Episentral şöbə
  • Maqnitometriya şöbəsi
  • Geodinamika şöbəsi
  • Seysmoloji materialların təhlili və təfsiri şöbəsi
  • Qravimetriya şöbəsi
  • Elmi əlaqələr şöbəsi
  • Kompleks geokimyəvi tədqiqatlar şöbəsi
  • İnstrumental şöbə
  • Geoekologiya şöbəsi
  • Seysmologiya
  • Seysmoloji və geofiziki tədqiqatların elmi araşdırılması şöbəsi
  • Elektron xidmətlər şöbəsi
  • Beynəlxalq əlaqələr şöbəsi

Beynəlxalq əlaqələr

RSXM Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi[17], Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu, Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi[18], Avropa Seysmoloji Komissiyası[19], Avropa Geofiziklər Birliyi, Amerika Geofiziklər Birliyi kimi 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir[20]. 2018-ci il martın 1-də Ankarada yaxın və qonşu ölkələrin seysmoloji mərkəzləri ilə birgə “Real Zamanda Seysmoloji Məlumatların Mübadiləsi“ nə dair memorandum imzalanıb. 2021-ci il dekabrın 3-də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair Razılaşma Protokolu imzalanıb[21][22].

2014-cü ildə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzində, ABŞ-nın E.Lourens adına Livermor Milli Laboratoriyasınında, ABŞ-ın Missuri Elm və Texnologiya Universiteti və Miçiqan Dövlət Universiteti ilə birgə “Beynəlxalq seysmotomoqrafiya” laboratoriyası yaradılıb[20].

Direktorlar

Arif Həsənov — 1998-2008-ci illərdə.

Qurban Yetirmişli — 2008-ci ildən günümüzədək.

Şəkillər

Həmçinin bax

İstinadlar

  1. Tahir Məmmədli. Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi. Bakı: Elm nəşriyyatı. 2010. səh. 7-14.
  2. Qurban Yetirmişli. "Keçmişdən gələcəyə uzanan uğurlu yol" (az.). Respublika qəzeti. 2022-04-10. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  3. Tahir Məmmədli. Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi. Bakı: Elm nəşriyyatı. 2010. səh. 15.
  4. 1 2 3 "Respublika Seysmoloji Xidmət Mərkəzi" (az.). science.gov.az. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  5. "Həsənov Arif Həsən oğlu". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  6. E-Qanun.az. "Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ƏSASNAMƏSİ". 23 mart 1999. Archived from the original on 2023-05-12.
  7. Seismology.Az. "Baş direktor". Seismology.Az (az.). 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  8. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi. "Zəlzələlərin tədqiqatı bürosu". 2023-09-01 tarixində arxivləşdirilib.
  9. Seismology.Az. "Seysmologiya". Seismology.Az (az.). 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  10. "AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi". Archived from the original on 2023-05-12.
  11. Seismology.Az. "Seysmik stansiyalar". Seismology.Az (az.). 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  12. Seismology.Az. "Geokimyəvi stansiyalar". Seismology.Az (az.). 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  13. "FDSN: AB: National Seismic Network of Azerbaijan". web.archive.org. 2023-02-05. Archived from the original on 2023-02-05. İstifadə tarixi: 2023-09-01.
  14. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi. "SEYSMİK STANSİYALAR". 2023-09-01 tarixində arxivləşdirilib.
  15. G. Yetirmishli, R. Mellors, D. Kilb, A. Aliyev, A. Gasanov,. "Correlations between earthquakes and large mud volcano eruptions". 11 April 2007. 14 March 2024 tarixində arxivləşdirilib.
  16. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi. "SEYSMİK STANSİYALAR (qırmızı işarə: vulkan stansiyaları)". 2023-09-01 tarixində arxivləşdirilib.
  17. "Members". web.archive.org. 2023-08-06. Archived from the original on 2023-08-06. İstifadə tarixi: 2023-09-01.
  18. "ORFEUS Participants". orfeus-eu.org. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  19. "Titular members". web.archive.org. 2023-03-28. Archived from the original on 2023-03-28. İstifadə tarixi: 2023-09-01.
  20. 1 2 Seismology.Az. "Beynəlxalq əlaqələr". Seismology.Az (az.). 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  21. Seismology.Az. "AFAD-ın Zəlzələ Departamenti və RSXM arasında Razılaşma Protokolu imzalanıb". Seismology.Az (az.). 2023-07-17. 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
  22. "AFAD Heyeti Azerbaycan'a Çalışma Ziyareti Gerçekleştirdi". web.archive.org. 2022-01-25. Archived from the original on 2022-01-25. İstifadə tarixi: 2023-09-01.

Read other articles:

Retrato de Alexandru Golescu. Alexandru Golescu (1819 - 5 de agosto de 1881) fue un político rumano que llegó a primer ministro de Rumanía entre el 14 de febrero y el 1 de mayo de 1870. Biografía Primeros años Nacido en una familia de boyardos en Bucarest, Valaquia, era primo de Ştefan y Nicolae Golescu. Alexandru era conocido como Golescu Negru (Golescu el Negro) para distinguirlo de un pariente suyo, también llamado Alexandru y conocido como Albu (el Blanco). Alexandru estudió en la...

 

Селезінник волосинчастий Asplenium trichomanes subsp. quadrivalens Біологічна класифікація Царство: Рослини (Plantae) Клада: Судинні рослини (Tracheophyta) Відділ: Папоротеподібні (Polypodiophyta) Клас: Папоротевидні (Polypodiopsida) Порядок: Багатоніжкові (Polypodiales) Підпорядок: Aspleniineae Родина: Селезінникові (Aspleniaceae)

 

Helstorfer Moor IUCN-Kategorie IV – Habitat/Species Management Area Lage Nordöstlich von Neustadt am Rübenberge, Region Hannover, Niedersachsen Fläche 417 ha Kennung NSG HA 056 WDPA-ID 81861 Geographische Lage 52° 32′ N, 9° 36′ O52.53648189.5987892Koordinaten: 52° 32′ 11″ N, 9° 35′ 56″ O Helstorfer Moor (Niedersachsen) Meereshöhe von 42,5 bis 50 m Einrichtungsdatum 9. Mai 1996 Verwaltung NLWKN f2 Das Helsto...

Supper at Emmaus (Makan malam di Emaus), karya Caravaggio, menggambarkan peristiwa ketika para murid bertemu dengan Yesus di Emaus. Kebanyakan Kemunculan Yesus setelah kebangkitan dalam Injil Kanonikal (dan kitab lainnya dalam Perjanjian Baru) dikabarkan terjadi setelah kematiannya, pemakamannya dan kebangkitan Yesus Dalam Injil Matius, Yesus muncul di hadapan Maria Magdalena dan wanita-wanita lainnya di makam kosongnya. Kemudian, sebelas orang dari murid-muridnya (kecuali Yudas Iskariot) per...

 

Horace Armitage Informasi pribadiNama lengkap Horace ArmitageTempat lahir InggrisKarier senior*Tahun Tim Tampil (Gol)1899-1907 Cadi-Keuy FC 1908 Fenerbahçe SK 1908-1911 Galatasaray SK Kepelatihan1908–1911 Galatasaray SK * Penampilan dan gol di klub senior hanya dihitung dari liga domestik Horace Armitage adalah orang Inggris yang merupakan salah satu pendiri Cadi-Keuy FC. Dia merupakan pemain dan manajer Galatasaray SK antara tahun 1908 dan 1911.[1] Dia juga pernah bermain untuk Fe...

 

Halaman ini membahas Holandia sebagai sebuah daerah di Belanda. Untuk kegunaan lain silakan melihat Holandia (disambiguasi) Holandia atau Holland adalah nama sebuah daerah di sebelah barat Belanda, yang sekarang terletak di provinsi Holland Selatan dan Holland Utara. Namun kedua provinsi ini tidaklah sama dengan wilayah Holandia. Nama ini berasal dari Holtland atau Holdland, yang artinya adalah tanah kayu dan sekarang kurang lebih terletak di sekitar Leiden. Di luar negeri nama ini terutama d...

Mexican actress Claudette MailléMaillé as Ludmila in the Mexican web television series La HermandadBorn (1964-11-11) 11 November 1964 (age 59)Mexico City, MexicoOccupationActressYears active1989–present Claudette Maillé (born 11 November 1964) is a Mexican actress best known for her roles in Mexican telenovelas and films. She has won two Ariel awards, one in 1992 as Best Supporting Actress for her participation in the film Like Water for Chocolate,[1] and other in 1994 ...

 

Aeri de Montserrat UbicaciónCoordenadas 41°35′27″N 1°51′11″E / 41.590875, 1.8531805555556Municipio Monistrol de MontserratZona ATM 4ZDatos de la estaciónInauguración 1930Servicios Operador FGCServicios detalladosFGC Otros [editar datos en Wikidata] La estación de Aeri de Montserrat anteriormente llamada Montserrat-Aeri, es una estación de la línea R5 de la línea Llobregat-Anoia de GC situada al lado de la estación inferior del Teleférico de Montser...

 

一般県道 新潟県道478号平石西ノ裏線線 起点 新潟県南魚沼市余川字野際 終点 新潟県南魚沼市六日町字西裏 接続する主な道路(記法) 国道17号 新潟県道124号余川塩沢停車場線 新潟県道434号大月六日町線 新潟県道560号田沢小栗山線 ■テンプレート(■ノート ■使い方) ■PJ道路 新潟県道478号平石西ノ裏線(にいがたけんどう478ごう ひらいしにしのうらせん)は、新潟...

Pour les personnes ayant le même patronyme, voir Masson. Pour les autres membres de la famille, voir famille Masson (Terrebonne). Édouard MassonÉdouard Masson vers 1865.BiographieNaissance 4 mai 1826MontréalDécès 5 août 1875 (à 49 ans)MontréalNationalité canadienneActivités Homme d'affaires, pionnier, membre du Conseil législatif de la Province du Canada, homme politiquePère Joseph MassonMère Sophie Massonmodifier - modifier le code - modifier Wikidata Isidore Édouard Cand...

 

日本の政治家三宅 博みやけ ひろし 2014年生年月日 (1950-04-07) 1950年4月7日出生地 日本 大阪府八尾市没年月日 (2017-04-24) 2017年4月24日(67歳没)出身校 大鉄高等学校(現:阪南大学高等学校)四天王寺大学人文社会学部前職 不動産会社社長所属政党 (無所属→)(たちあがれ日本→)(太陽の党→)(旧日本維新の会→)(次世代の党→)(日本のこころを大切にする党→)...

 

Кубок Кіпру 2010—2011 Подробиці Дата проведення 10 листопада 2010 - 18 травня 2011 Кількість учасників 28 Призові місця  Чемпіон Омонія (13-й раз) Віцечемпіон Аполлон Статистика Зіграно матчів 53 ← 2009—2010 2011—2012 → Кубок Кіпру з футболу 2010–2011 — 69-й розіграш кубкового футбольно...

ميثاق العمل الوطني القيادة البلد: مملكة البحرين تاريخ التصويت 14 - 15 فبراير 2001م نسبة التصويت 98.4% «قالوا نعم للميثاق» المشاركة الشعبية عالية إذ بلغت 90,3% من المؤهلين للتصويت تعديل مصدري - تعديل   ميثاق العمل الوطني في البحرين يعتبر وثيقة احتوت على مبادئ عامة وأفكار رئيسية، ا...

 

2010 single by Tame ImpalaExpectationSingle by Tame Impalafrom the album Innerspeaker Released3 December 2010RecordedJune–August, 2009Wave House, Injidup, Western AustraliaGenrePsychedelic rockprogressive rockLength6:02LabelModular RecordingsSongwriter(s)Kevin ParkerProducer(s)Kevin ParkerTame Impala singles chronology Lucidity (2010) Expectation (2010) Why Won't You Make Up Your Mind? (2010) Expectation is a song by Tame Impala, released as a single in 2010. It was recorded during the sess...

 

2020 studio album by OhmmeFantasize Your GhostStudio album by OhmmeReleasedJune 5, 2020 (2020-06-05)Length39:22LabelJoyful NoiseProducerOHMME, Chris CohenOhmme chronology Parts(2018) Fantasize Your Ghost(2020) Professional ratingsAggregate scoresSourceRatingAnyDecentMusic?7.6/10[1]Metacritic83/100[2]Review scoresSourceRatingAllMusic[3]Album of the Year78%[4]Clash8/10[5]Exclaim!8/10[6]The Line of Best Fit8/10[7]Loud...

16th-century alchemical treatise Woodcut illustrating the illuminatio stage, captioned Here Sol plainly dies again, And is drowned with the Mercury of the Philosophers. The Rosary of the Philosophers (Rosarium philosophorum sive pretiosissimum donum Dei) is a 16th-century alchemical treatise. It was published in 1550 as part II of De Alchimia Opuscula complura veterum philosophorum (Frankfurt). The term rosary in the title is unrelated to the Catholic prayer beads; it refers to a rose garden,...

 

US military effort to prevent starvation in Europe American Relief AdministrationProceeds from admissions on Motion Picture Day in 1921 went to Hoover's European reliefFounded1919; 104 years ago (1919)FoundersUnited States CongressTypeNon-governmental organization, Non-profit organizationFocusHumanitarianismArea served Europe, RussiaMethodAidKey peopleHerbert Hoover, future president American Relief for Central Europe Dress Pin, circa 1919. American Relief for Central Europe...

 

Metroparks ToledoClockwise from top: Wildwood Preserve Metropark's Manor House, the Toledo Botanical Garden, a canal boat and mule team at Providence Metropark, canal locks at Side Cut Metropark, wildlife in Pearson Metropark.TypePublic park districtMottoGet Outside Yourself[1]LocationLucas County, Ohio, United StatesArea12,700 acres (5,100 ha)[2]Created1928[3]Operated byBoard of Park Commissioners of the Metropolitan Park District of the Toledo AreaVisitors6...

Series of compilation games Video game seriesNamco MuseumGenre(s)VariousDeveloper(s)NamcoBandai Namco StudiosM2Publisher(s)NamcoBandai Namco EntertainmentPlatform(s)PlayStation, Nintendo 64, Dreamcast, Game Boy Advance, PlayStation 2, Xbox, GameCube, PlayStation Portable, Microsoft Windows, Nintendo DS, Wii, Xbox 360, PlayStation 3, Nintendo Switch, PlayStation 4, Xbox OneFirst releaseNamco Museum Vol. 1November 22, 1995Latest releaseNamco Museum Archives Vol. 2June 18, 2020 Namco Museum[...

 

Il Tony Award al miglior attore non protagonista in un'opera teatrale (Tony Award for Best Performance by a Featured Actor in a Play) è presentato dal 1949 e viene assegnato agli attori che hanno recitato in spettacoli teatrali nuovi o revival. Indice 1 Vincitori e candidati 1.1 Anni 1940 1.2 Anni 1950 1.3 Anni 1960 1.4 Anni 1970 1.5 Anni 1980 1.6 Anni 1990 1.7 Anni 2000 1.8 Anni 2010 1.9 Anni 2020 2 Note 3 Collegamenti esterni Vincitori e candidati Anni 1940 1949 Arthur Kennedy - Morte di u...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!