Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur.
Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz.
609-cu ildə doğulmuşdu. Atası Çula xaqan idi. 11 yaşında artıq To şad titulu ilə Qobi çölündə töleslər və seyantoları idarə edirdi. 628-ci ildə Tonq Yabqu xaqanın ölümündən sonra özünü Tubu xaqan adı ilə Qərbi Göytürk hakimi elan etsə də, nə nuşibilər, nə də tulular onun hakimiyyətini qəbul etmədi.
Bu dəfə də İşbara Teriş xaqandan öz qısasını almaq istəyən Şeer 635-ci ildə Tan sülaləsinə sığındı. Sərkərdəlik verilən Şeer tezliklə imperatorun kiçik bacısı ilə də evləndi.
640-cı ildə Qaoçanq hökmdarı Ku Ventay (麴文泰) Qərbi Göytürklərlə ittifaqa girməsi Tan sülaləsi üçün yararlı bəhanə oldu. Qaoçanı mühasirədə saxlayan Xu Çünçinin ordusunda Şeer də iştirak edirdi. Bundan əlavə o Koquryo-Tan müharibəsində iştirak etmiş, minbaşı olmuşdu. Seyanto xanlığının işğalında da iştirak edən Şeer rüşvətə qarşı olması ilə tanınırdı.
647-ci ildə Kuça və Qaraşəhri işğal edən Çin ordusunun komandiri idi. Müavini isə başqa bir türk sərkərdə olan Kibi Heli idi. 653-cü ildə Sağ Ordular Sərkərdəsi təyin olunmuşdu.
655-ci ildə 46 yaşında vəfat etmişdir. Ölümündən sonra Yuan 元 (başçı) adı verilmişdir.
Ailəsi
Tan sülaləsi imperatoru Qaoçunun 14-cü qızı Şahzadə Xenyanqla evlənmişdir. Oğlu:
Aşina Taoçen (阿史那道真) — Hsü Renkuyun 670-ci ildəki Tibet yürüşündə iştirak etmişdir.