Ağasəlim Atakişiyev

Ağasəlim Atakişiyev
27 may 1950 – 26 mart 1953
ƏvvəlkiMir Teymur Yaqubov
SonrakıStepan Yemelyanov
Bayraq
Azərbaycan SSR dövlət təhlükəsizliyi nazirinin müavini
İkinci bayraq
1946 – 1950
NazirStepan Yemelyanov
Bayraq
Azərbaycan SSR xalq dövlət təhlükəsizliyi komissarının birinci müavini
İkinci bayraq
may 1943 – iyun 1944
KomissarStepan Yemelyanov
Şəxsi məlumatlar
Doğum tarixi 1903[1]
Doğum yeri
Vəfat tarixi 1970
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Birləşmiş Dövlət Siyasi İdarəsi, NKVD, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi[d]
Döyüşlər
Rütbəsi general-mayor (1945)

Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şərəf nişanı" ordeni "Əmək igidliyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
"Qırmızı əmək bayrağı" ordeni (Azərbaycan SSR)

Ağasəlim İbrahim oğlu Atakişiyev (1903[1], Bakı1970, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, general-mayor (1945), Azərbaycan SSR daxili işlər naziri (1950–1953).

Həyatı

Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyası — Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləmişdir. A. Atakişiyev 1931-ci ildə Ümumittifaq Kommunist (b) partiyasına daxil olmuşdur.[2]

A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə Azərbaycan SSR daxili işlər xalq komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində işlər görmüşdür.[2]

1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR dövlət təhlükəsizliyi xalq komissarının birinci müavini olmuşdur. 1945-ci ildə ona general-mayor rütbəsi verilmişdir.[2] Konsul adı altinda SSRİ NKVD İrandakı rezidenti olmuşdur. Burada o Cənubi Azərbaycan məsələsi ilə məsğul olmuşdur. 1946-1950-ci illərdə Azərbaycan SSR dövlət təhlükəsizlik nazirinin müavini, 27 may 1950 — 26 mart 1953-cü illərdə Azərbaycan SSR daxili işlər naziri olmuşdur. Azərbaycan K(b)P Mərkəzi Komitəsi bürosunun üzvi seçilmişdir. Azərbaycan K(b)P MK Bürosunun üzvü, SSRİ ikinci çağırış Ali Sovetinə deputat seçilmişdir. Sosialist dövləti qarşısında xidmətlərinə görə A. Atakişiyev Lenin ordeni, Qırmızı Bayraq Ordeni, iki dəfə I dərəcəli Vətən müharibəsi ordeni, "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Qafqazın müdafiəsi üçün" və "Almaniya üzərində qələbə üçün" medalları ilə təltif etmişdir.[2] 1954-cu il mayında tutduğu vəzifədən azad ədilmiş, həmin ilin iyununda diskreditasiya faktlarına görə DİN sistemindən xaric edilmişdir. 1955-ci ilin noyabrında həbs edilmiş, 1956-cı il mayında "Bağırov işinə" görə gedən prosesdə SSRİ Ali məhkəməsinin Hərbi kollegiyasının səyyar sessiyası tərəfindən sosialist qanunvericiliyini pozduğuna görə cəzasını əmək-islah düşərgəsində çəkməklə 25 il azadlıqdan məhrum edilmişdir. 1969-cu ildə vaxtından əvvəl şərti olaraq azad edilimişdir. Azad olunmasında akademik Ziya Bünyadovun səyi olmuşdur.

İstinadlar

  1. 1 2 Петров Н. В. Кто руководил органами госбезопасности: 1941—1954 (rus.). Мемориал, 2010. ISBN 966-95519-0-0
  2. 1 2 3 4 Ағасәлим Ибраһим оғлу Атакишиев // Коммунист. № 43 (8255). 1 март 1950-ҹи ил. С. 3.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!