9 nömrəli oyunçu |
---|
9 nömrəli oyunçu |
Janr |
sənədli qısametrajlı bioqrafik idman |
Rejissor |
Elnur Canıyev |
Operatorlar |
Səfər Səfərov, Ramiz Rzayev |
İstehsalçı |
Azərbaycan televiziyası |
İlk baxış tarixi |
2007 |
Filmin növü |
qısametrajlı sənədli televiziya filmi |
Müddət |
45 dəq. |
Ölkə |
Azərbaycan |
Dillər |
azərbaycanca və rusca |
İl |
2007 |
Rəng |
rəngli və ağ-qara |
9 nömrəli oyunçu filmi rejissor Elnur Canıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın əfsanəvi futbolçusu, 9 nömrə altında çıxış edən Anatoli Banişevski haqqındadır.
Məzmun
Film Azərbaycanın əfsanəvi futbolçusu, 9 nömrə altında çıxış edən Anatoli Banişevski haqqında bəhs edir.
Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub.[1] O, peşəkar karyerası ərzində — 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib.[2] "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ ççempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub.[2] 1966-cı ildə "Neftyanik" bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi. Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.
Filmdə futbolçunun keçmiş həyat yoldaşı, tanışları və dostları onun haqqında öz xatirələrini bölüşürlər.
Filmin üzərində işləyənlər
Müəllif: Fikrət Adıgözəlli
Rejissor: Elnur Canıyev
Operator: Səfər Səfərov, Ramiz Rzayev
İstinadlar
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2007-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı