5-ci tank ordusu (SSRİ)

5-ci tank ordusu
Ölkə
Döyüşlər
  • İkinci Dünya müharibəsində Şərq cəbhəsi[d]

5-ci tank ordusu — SSRI SQ-nin tərkibində hərbi əməliyyat birliyi.

1-ci formalaşması tarixi

5-ci tank ordusunun 1-ci formalaşması Ali Baş Komandanlığının 25 may 1942-ci direktivinə əsasən, 5 iyun 1942-ci ildə formalaşmışdır. Onun tərkibinə 2-ci və 11-ci tank korpusları, 340-cı atıcı diviziya, 19-cu ayrı tank briqadası, 66-cı qvardiya minamyot polku, AEH-nin 661-ci yüngül artilleriya polku, ayrı rabitə batalyonu, ayrı zenit diviziyası, ordu qərərgahının mühafizə bölüyü daxil idi. İyulun əvvəlində onu 7-ci tank korpusu ilə gücləndirdilər.

Döyüşlərdə iştirakı

16 iyun 1942-ci ildə ordu Bryansk cəbhəsinin tərkibinə qatıldı.5 iyulda o Voronej-Voroshilovgrad strateji müdafiə əməliyyatında (28 iyun-24 iyul) iştirak etdi və əməliyyatın gedişatında düşmənin şimal birləşməsinə güclü zərbə endirdi. 15 iyul 1942-ci il Ali Baş Komandanlığının № 170511 Direktivinə əsasən 17 iyul 1942-ci ildə dağıdılmış ordunu Ali Baş Komandanlığın ehtiyatına göndərildi.

2-ci formalaşması tarixi

5-ci tank ordusunun 2-ci formalaşması Ali Baş Komandanlığının 30 avqust 1942-ci Direktivinə əsasən, 3 sentyabr 1942-ci ildə formalaşmışdır AEH-nən yaradıldı. Onun tərkibinə 1-ci, 2-ci, 26-cı tank korpusları, 119-cu atıcı diviziya və bir neçə ayrı birləşmələr daxil idi.

Döyüşlərdə iştirakı

22 sentyabr 1942-ci ildə ordu Bryansk cəbhəsinin tərkibinə qatılmışdır,26 dekarbda 2-ci dəfə formalaşmış Cənub-Qərb cəbhəsinin tabeliyinə verilib və onun tərkibində Stalinqrad döyüşündə (17 iyul 1942 – 2 fevral 1943) iştirak edib.

1943-cü ilin yanvar-fevral aylarında Donbass istiqaməti tərəfinə irəliləyərək, ordunun hissələri Morozovsk (5 yanvar), Taçinski (15 yanvar), Kamensk-Şaaxtinski (13 fevral), Krasnı Sulin (14 fevral) şəhərlərin azad edilməsində iştirak etmişlər. Fevral ayının sonunda Krasnı Luça rayonunda yerləşən Mius çayına yaxınlaşıb, orada müdafiəyə keçdilər.

İstinadlar

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!