Finalda iki ingilis klubu – Arsenal və Çelsi üz-üzə gəldi. Bu artıq onuncu turnir finalıdır ki, eyni ölkənin komandaları üz-üzə gəlir. Finalda 4–1 hesabı ilə qalib gələn Çelsi 2019 UEFA Super Kuboku çərçivəsində 2018–19 UEFA Çempionlar Liqası qalibi ilə üz-üzə gəlib.
Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır.[6]. 2018-ci ilin martında UEFA matçda əlavə vaxtın oynanacağı təqdirdə komandalara dördüncü oyunçu əvəzetmə hüququnu verdi. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndi. Matçda həm də Avropa Liqası finalları tarixində ilk dəfə Video köməkçi hakimdən (VAR) istifadə olunmuşdu.[7]
Bu final Azərbaycanda keçirilən ilk UEFA turnirinin finalı oldu. Stadion həm də UEFA Avro 2020-nin bəzi oyunlarına ev sahibliyi edəcək.[8]
Seçimlər
İlk dəfə 9 dekabr 2016-cı ildə UEFA klub turnirlərinin finallarının keçirilməsiylə bağlı açıq təklif vermə prosesini başlatdı. Bununla bağlı assosiasiyalar öz maraqlarını 2017-ci ilin yanvarın sonuna kimi bildirməli idilər və rəsmi sənədləri həmin ilin 6 iyununa kimi təsdiqləməliydilər.[9]
UEFA 2017-ci ilin fevralın üçündə finalla maraqlanan 6 assosiasiyanın olduğunu desə də,[10] həmin ilin 7 iyununda sadəcə 3 federasiya UEFA-ya sənədlərini göndərmişdi:[11]
Təkliflərin dəyərləndirilməsi 14 sentyabr 2017-ci ildə UEFA tərəfindən dərc edildi. Bakı Olimpiya Stadionu sentyabrın 20-si UEFA İcraiyyə Komitəsi tərəfindən finalın keçiriləcəyi stadion olaraq seçildi. Vodafone Park isə 2019 UEFA Super Kubokuna ev sahibliyi etmək hüququ qazandı.[12]
Xatırlatmaq lazımdır ki, Bakı Olimpiya Stadionunun tutumu 68700 nəfərdir. Final üçün satışa 64000 bilet çıxarılır. Bunların 37500 biletlik hissəsi Azərbaycan futbol sevərlərinə təqdim edilir.[15] Buna hər iki finalda iştirak edən klubun tutacaqları 6000-lik yerlər də daxildir. Yerdə qalan 26500 bilet UEFA.com tərəfindən 4 qiymət kateqoriyasında satışa çıxarılır: €140, €90, €50 and €30. 4700 nəfərlik digər hissə isə yerli icraiyyə komitəsinə, təşkilatlara, ticari partnyorlara və sponsorlara, beynəlxalq telekanallara verilir.[16]
Kubok turu
Kubokun səyahət trayektoriyası Avropadan, daha dəqiq desək Cenevrə avtosalonundan 5 mart 2019-cu ildə başladı. Sevilya, Berlin, London, Milan, Moskva və Paris kimi şəhərləri gəzən kubok Bakıya 18 may 2019-cu ildə gəlib çatdı.[17] Kubok Avropa Liqasının səfiri olan portuqaliyalı futbolçu Nunu Rikardo tərəfindən şəxsən təhvil verilib. Bundan sonra kubok Azərbaycanın regionlarında səyahətə yollanıb və respublikanın ikinci böyük şəhəri qədim Gəncə və Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmişCocuq Mərcanlı kəndində dayanıb.[18]
Qalmaqallar
Hər şey gözlənilmədən başladı. İlk hiddətlənən Bakıya getməyə heç hazırlaşmayan adam oldu – bu, Liverpulun alman baş məşqçisi Yürgen Klopp idi. O, finalın keçiriləcəyi günlərdə otellərdə və aviabiletlərə yüksək qiymətlərdən şikayətlənib və eyni zamanda deyib:
Bakı… Bu cür qərar qəbul edən uşaqların səhər yeməyinə nə yediklərini bilmirəm. Anlayışım yoxdur ki, ora necə getmək olar, Bakıya müntəzəm reyslər varmı. Finalların keçirilməsi haqqında qərarlar daha düşünülmüş və əsaslandırılmış olmalıdır. Bu məsuliyyətsizlikdir. Bu cür qərarların necə qəbul edildiyini bilmirəm.[19]
Bundan əlavə, finala maraq gözləniləndən çox az idi. Belə ki, Azərbaycana reysin az olması və viza problemi ingilislərin finala isti yanaşmamasına səbəb oldu. Bu səbəblərə biletin və Bakıda olan otel və hostellərin baha olması da təsir göstərdi.[20][21] Bu da azmış kimi, avropalıların Heydər Əliyev adına Beynəlxalq Hava Limanınınçox kiçik olmasını deməsi, Azərbaycan tərəfinin hər iki London klubuna az yer ayırması bu qalmaqalları daha da qızışdırdı.[22] Bu söz-söhbətlərin nəticəsində London klublarına ayrılan, satılması nəzərdə tutulan 12000 biletin heç yarısı da satıla bilmədi. Nəticədə hər iki finalçı satılmayan biletlərdən imtina etdi.[23] Hətta, Arsenal klubu rəsmi açıqlama yayaraq UEFA-nın finalı Bakıda keçirmək qərarını "fiasko", "qəbul edilməz" bir vəziyyət olduğunu dilə gətirdi.[24] Bundan öncə isə Britaniya Xarici İşlər Nazirliyi Bakını səyahət edən ingilislərə diqqətli olmağı tövsiyə etmişdi.
Qalmaqalları qızışdıran daha bir futbolçu var idi: Henrix Mxitaryan. Azərbaycan tərəfi əvvəllər də erməni idmançıların ölkəyə gəliş və gedişində heç bir problemin olmadığını dilə gətirərək Mxitaryanın da təhlükəsizliyinə tam zəmanət verdiyini desə də, Arsenal Mxitaryanın komanda yoldaşları ilə birgə Bakıya gəlməməsi barədə qərar verdi.
UEFA prezidenti Aleksander Çeferin də Almaniyanın Der Spiegel jurnalına müsahibə verərək bu qalmaqallara münasibət bildirib. O, final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib:
Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik.[25]
↑ 123"Matçın statistikası"(PDF). UEFA.com. Union of European Football Associations. 29 may 2019. 17 December 2019 tarixində arxivləşdirilib(PDF). İstifadə tarixi: 29 may 2019.