2019 Afrika Millətlər Kuboku — 2019-cu ildə Misirdə təşkil olunan futbol turniri. Açılış matçında turnirin ev sahibi Misir Zimbabveni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Kamerun millisi 2017-ci il turnirində qazandığı titulu müdafiə edə bilmədi, onlar Nigeriya yığmasına 1/8 finalda məğlub oldular. Final matçında Seneqal və Əlcəzair yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Əlcəzair 2-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəlib. Bununla Əlcəzair 2-ci dəfədir bu kuboku qazanır. Şimali afrikalılar 1990-cı ildə də qitə çempionu olub.[1]
Reqlament
Afrika Millətlər Liqasının reqlamentinə əsasən, 24 komanda 6 qrupa bölünüb. İlk iki yeri tutan və ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq.[2]
İstinadlar