2009 Medair Bell 206 qəzası |
Tarix |
|
Yer |
Keş dağı, Göksun, Qəhrəmanmaraş |
Koordinatlar |
37°52′12″ şm. e. 36°40′12″ ş. u.HGYO |
Ölkə |
|
Sərnişin sayı |
5 |
Komanda |
1 |
Yaralı sayı |
0 |
Ölü sayı |
6 |
Sağ qalan sayı |
0 |
Aviasiya modeli |
Bell 206L-4 LongRanger |
Havayolu şirkəti |
Medair |
Qalxma yeri |
Çağlayancerit, Qəhrəmanmaraş |
İstiqamət |
Yerköy, Yozqat |
Qeydiyyat nömrəsi |
TC-HEK |
2009 Medair Bell 206 qəzası — 25 mart 2009-cu ildə Möhsün Yazıçıoğlunun da olduğu quyruq nömrəsi "TC-HEK" olan "Bell 206L-4 LongRanger" tipli helikopterin Qəhrəmanmaraşdakı Keş dağında qəzaya uğrayaraq 6 nəfərin ölümü ilə nəticələnən aviasiya hadisəsi.
Uçuş məlumatları
Böyük Birlik Partiyasının (BBP) lideri Möhsün Yazıçıoğlu 29 mart 2009-cu il yerli seçki kampaniyası üçün kirayəlik helikopterlə saat 13.00-da Qəhrəmanmaraş mitinqi üçün Çağlayancerit rayonuna gəlib. Çağlayanceritdə 1500 nəfərin qatıldığı mitinqdə BBP tərəfindən Medairdən icarəyə götürülmüş "TC-HEK" qeydiyyat nişanlı "Bell Long Ranger 206L-4" tipli helikopter saat 13.30-da Qəhrəmanmaraş Hava Limanında yanacaq doldurdu.[1]
Çağlayancerit mitinqi sona çatdıqdan sonra Pilot Qaya İstitəpənin istifadə etdiyi helikopter BBP-nin Yozqatın Yerköy səmtindəki mitinqinə getmək üçün saat 14:42-də havaya qalxıb.
İstintaq
18 fevral 2010-cu il tarixində Cümhuriyyət Xalq Partiyası qrup sədr müavini, Ankara Millət vəkili Hakkı Suha Okay adından; Ədalət və İnkişaf Partiyası qrupu adından qrup sədrinin müavini Kocaeli Millət vəkili Nihat Ergün, Kayseri Millət vəkili Mustafa Elitaş, Giresun Millət vəkili Nurettin Canikli, Hatay Millət vəkili Sadullah Ergin və Yozqat Millət vəkili Bəkir Bozdağ; Milliyyətçi Hərəkat Partiyası qrupu adından qrupun sədr müavini Mersin Millət vəkili Mehmet Şandır və İzmir Millət vəkili Oktay Vuralın təklifi ilə 10 / 333.334.335–3/1090 sayı ilə TBMM araşdırma komissiyası yaradılıb və komissiyanı 4 aprel 2011-ci ildə ictimaiyyət ilə paylaşdı. Davam edən iddialar və prezident Abdullah Gülün jurnalistlərlə söhbətində "Helikopterin beynini keçilər çıxarmadı" deməsi üzərinə prezident Abdullah Gül, o zamankı Böyük Birlik Partiyasının sədri Yalçın Topçu və Muhsin Yazıcıoğlunun həyat yoldaşı Gülefer Yazıcıoğlunun təşəbbüsü ilə, prezident Abdullah Gülün göstərişi ilə "Dövlət Müşahidə Şurası" qəza və iddiaların araşdırılması üçün işə başlayıb.
Qəza zamanı və sonrasında irəli sürülən iddialar hələ də Qəhrəmanmaraş Xüsusi Səlahiyyətli Prokurorluğu tərəfindən araşdırılır.
İstinadlar