12 (ədəd)

12
on iki
 10 · 11 · 12 · 13 · 14 
Faktorizasiya 22· 3
Rum rəqəmi XII
İkili 1100
Səkkizlik 14
Onaltılıq C
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

On ikisay sistemində ədədlərdən biri. On birdən sonra, on üçdən əvvəl gəlir.

Ümumi məlumat

Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur. Bu on iki bürc ulduz üç və dörd saylarını özündə ehtiva edir. Belə ki, Qoç (əski adları: Quzu, Həməl), Buğa (əski adları: Ud, Sur), Əkizlər (əski adları: Ərəntir//Ərəntiz, Cövza), Xərçəng (əski adları: Quçuq, Sərətan), Şir (əski adları: Aslan, Əsəd), Qız (əski adları: Buğdabaşı - Başaq, Sünbül), Tərəzi (əski adları: Ülgü, Mizan), Əqrəb (əski ad: Çayan), Yay - Qövs-Kaman (əski adları: Göy, Qövs), Oğlaq (əski adı: Cədid), Dolça (əski adları: Köpək, Delv), Balıq (əski adı: Hut) adları daşıyan bu bürclərdən üçü yaz, üçü yay, üçü payız, üçü qış ulduzu adlanır. Məsələnin doğrudan da belə olmasını on birinci yüzilliyin möhtəşəm türk abidəsində - Yusif Balasaquninin "Kutadku biliq" ("Xoşbəxtlik bəxş edən elm") əsərində də görürük. Burada ilin fəsilləri (4), hər fəslin ayları (3) və on iki bürcün bu fəsillərə, aylara aidliyi belə verilib:

Quzu - yaz ulduzu, sonra Ud gəlir,
Ərəntir Quçuqla bir-birini itələyərək gəlirlər.
Bax, Aslanın qonşusu Buğdabaşıdır,
Sonra Ülgü, Çayan və yoldaşı Yay gəlir.
Ondan sonra Oğlaq, Köpək və Balıq gəlir.
Onlar doğanda göy üzü aydınlaşır.
Üçü yaz ulduzudur, üçü yay ulduzu,
Üçü payız ulduzu, üçü qış ulduzudur.
Bunlardan üçü od, üçü su, üçü yel,
Üçü torpaqdır, bunlardan dünya yaranıb.

Həm də burada bütün varlığın mövcudluğuna şərt sayılan dörd nəsnə - od, su, yel, torpaq da bilavasitə həmin on iki bürclə əlaqədə verilibdir. On iki sayı bir vaxtlar, ümumiyyətlə, sonuncu say olmaqla çoxluq bildirmiş və xoşbəxtlik simvolu hesab edilmişdir. On iki sayının bəzi islami məkanlarda məşhurlaşmasına on iki imam həqiqəti də az təsir göstərməyib. Hələ onu demirik ki, bu on iki imamın şərəfinə Şah İsmayıl Xətai döyüşçüləri öz papaqlarına qırmızı rəngli on iki zolaq tikərmişlər və bu səbəbdən də "Qızılbaşlar" adlanırmışlar.

Riyaziyyatda

Fəlsəfədə

On iki qədim insanların əqidəsində tamlaşmanı, bütövləşməni bildirirdi. Oğuz türklərinin adətincə, oğlanlar ömürlərinin ilk on iki ilini adlamaqla ova çıxmaq, yarışlarda iştirak etmək, evlənmək, dövlət işlərində iştirak etmək hüququ qazanırdılar və bu həddi aşmamış onlara ad qoyulmurdu. Azərbaycan xalqı on iki rəqəminin magik gücünü həmişə xeyirliliyə (uğurlara qapı açır) yozmuşdur.[1]

Qurani-Kərimdə

  • Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah buyurmuşdu: "Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs (əhdi pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!"[2]
  • Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: "Əsanı daşa vur!" -dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!" (söylədik).[3]
  • Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: "Əsanı daşa vur!" - deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: "Sizə ruzi olaraq verdiyimiz pak ne’mətlərdən yeyin!" dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər![4]

İstinadlar

  1. "Qafarov R.O. Azərbaycan Türklərinin mifologiyası" (PDF). 2011-10-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-14.
  2. Maidə surəsi, 12
  3. Bəqərə surəsi, 60
  4. Əraf surəsi, 160

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!