| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Əzizə Əhmədova |
---|
Əhmədova, Əzizə Yəhya qızı |
Təxəllüsü |
Əzizə Türkan |
Doğum tarixi |
26 yanvar 1932(1932-01-26) |
Doğum yeri |
|
Vəfat tarixi |
2003[1] |
Vəfat yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Təhsili |
|
Əsərlərinin dili |
Azərbaycan dili |
İlk əsəri |
«Qorxmazın səhvi»(1957) |
Əzizə Əhmədova (Əzizə Türkan; 26 yanvar 1932, Bakı – 2003[1], Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru.
Həyatı
1932-ci il yanvarın 26-da Bakıda dünyaya göz açdı. İlk təhsilini doğma şəhərdə alan Əzizə Əhmədova əvvəlcə pedaqoji texnikumu bitirdi, amma yaradıcılığa olan marağı onu Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil almağa vadar etdi. Buranı bitirdikdən sonra "Uşaq və gənclər" nəşriyyatında əmək fəaliyyətinə başladı. Elə ədəbi yaradıcılığı da o illərdə çiçəkləndi. İlk hekayəsi "Qorxmazın səhvi" adlanırdı. 1957-ci ildə "Pioner" jurnalında dərc edilən bu bədii yazının qədəmi düşərli oldu. Əzizə son dərəcə məhsuldar işləyirdi. Hekayələri, pyesləri ilə yanaşı, tərcümələri də müntəzəm olaraq oxuculara çatdırılırdı.
Azərbaycan ensiklopediyasından çalışmağa başlayan Əzizə Əhmədova bir qədər də burada böyük redaktor vəzifəsində çalışdı.1967-ci ildə isə "Gənclik" nəşriyyatına direktor təyin edildi. Əzizə xanımın əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilirdi. Bir müəllif kimi onlarla kitabı dərc olunmuşdu. Əzizə Əhmədovanın əsərləri 30, 40, 50 min tirajla çap edilirdi bunlardan "Xınalı qayalar", "Yaz qarı", "Onu çiçəklər sevdi", "Bu ellərə vurulmuşam", "Bir ürək sındırmışam", "Çiçəklərim" və digərlərinin adlarını sadalamaq olar.ərcümə kitabları daha çoxdur.
Əzizə Əhmədova tərçüməçi kimidə böyük işlər görmüşdür V. Hauf, A. Kuprin, A. Qaydar, İ. Franko, S. Magilevskaya, C. Barri, M. Prilejayeva, A. Rıbakov, A. Lindqren və onlarla başqalarının əsərləri məhz azərbaycan dilinə tərcümə etmişdir.
1985-ci ildə Əzizə xanımın yeni kitabı olan "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-səda doğurdu. Əzizə Əhmədovanın mətbuatda dərc edilmiş son hekayələrindən biri "Ümid yaşadır bizi" adlanırdı. Ötən əsrin sonlarında baş verən ziddiyyətli məqamlar, quruluşun dəyişməsi, bədnam qonşularımızın torpaq iddiaları yazıçının da ovqatında bir kədər və bədbinlik yaratmışdı. 2003-cü ildə Bakıda vəfat etmişdir.
- Yaz qarı (1970)
- Onu çiçəklər sevdi (1977)
- Bu ellərə vurulmuşam (1978)
- Bir ürək sındırmışam (1980)
- O günlərə baxıram (1982)
- Mavi gözlərin işığı (1984)
- Damda yaşayan Karlsonla, bacada yaşayan Dam- dabacanın macəraları (1985),
- Çiçəklərim (1988)
Filmoqrafiya
- Pəncərədə işıq (film, 1987)
- Toplan və kölgəsi (film, 1977)
İstinadlar
Xarici keçidlər