Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonununSoğanverdilər kəndində anadan olub. 1980–1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil almışdır. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışmıdır. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirmişdir.
Siyasi fəaliyyəti
1991–1993-cü illərdə Ə. Temirxan professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olmuşdur.
1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışmışdır.
1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olmuşdur. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilmişdir.
2024-cü il növbədənkənar parlament seçkilərində Əvəz Temirxan 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olmaq istəsə də, o bəzi problemlərlə qarşılaşmışdır. Bu səbəblə, o, Azərbaycan Xalq Partiyası sıralarına qoşulmadan partiyanın həmin seçki dairəsi üzrə deputatlığa namizədi olmuşdur.[1]