Əlipaşa Səbur Hüseynzadə

Əlipaşa Səbur
Əlipaşa Həbibulla oğlu Hüseynzadə
Təxəllüsü Səbur
Doğum tarixi 1885
Doğum yeri
Vəfat tarixi 1934
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşağı
  • Aydın Hüseynzadə[d]
Fəaliyyəti şair, müəllim, redaktor[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əlipaşa Səbur və ya Əli Səbur (tam adı: Əlipaşa Həbibulla oğlu Hüseynzadə; 1885, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan şairi. "Yeni füyuzat" jurnalının naşiri və məsul redaktoru.

Həyatı

Əlipaşa Hüseynzadə 1885-ci ildə Bakıda anadan olmuşdur. Atası Həbibulla Hüseynzadə dənizçi idi.[1] İlk təhsilini Mirzə Həsib Qüdsinin və Molla Qafurun məktəbində almışdır. Sonra isə yeni üsulla açılan rus-müsəlman məktəbində oxumuşdur. 1899-cu ildə Həbib bəy Mahmudbəyovun məktəbini bitirib, Sultan Məcid Qənizadənin altı sinifli məktəbinə daxil olmuşdur. Maddi cəhətdən vəziyyətləri ağır olduğundan 17 yaşlı Əlipaşa 1902-ci ildə məktəbi buraxıb Hacıbaba Haşımovun kantorunda işləmişdir.

Elmə, təhsilə sonsuz marağı olan Ə.Səbur hər cür çətinliklərə dözərək oxuyur, savad və bilik sahibi olur. O, yazıları ilə dövri mətbuatda çıxış edir, imzası qəzet və jurnal səhifələrində görünməyə başlayır. İlk məqaləsi 1904-cü ildə "Şərqi-rus" qəzetində (№ 239, 30 noyabr 1904) çap olunmuşdur.[1] Əlipaşa Səbur kiçik yaşlarından şeir yazmış və ömrü şeirdən ayrılmamışdır. O, "Ə", "P", "Nasir", "Nüsrət", "Səbur", "Giryan" imzaları ilə "Şərqi-rus", "İqbal", "Həqiqəti-əfkar" kimi qəzet və jurnallarda şeirləri çap edilmişdir.[2]

Bakı quberniyası jandarm idarəsinin hazırladığı Əlipaşa Hüseynzadənin şəkli olan həbs sənədi (1911)

Əlipaşa Hüseynzadə 1910-cu ildə "Yeni füyüzat" adlı bir məcmuə nəşr etməyə başlayır. 1911-ci ildə martın 19-da jandarm tərəfindən mənzili axtarılı, yazıları müsadirə olunur, özü də Bayıl həbsxanasına göndərilir. Sentyabr ayında 3 il müddətinə Qafqazdan sürgün edilərək Həştərxana göndərilmişdir. Onunla birlikdə bir neçə mühərrir də həbs və sürgün edilmişdir. 1914-cü ildə sürgündən qayıdıb, təkrar Haşımovun kantorunda işə girir. 1920-ci ildən 1931-ci ilə qədər müəllimlik etmişdir.[2] 1934-cü ildə istedadlı qələm sahibi Əlipaşa Hüseynzadə vəfat etmişdir.[3]

İki hadisə — 1911-ci ildə çar jandarmları tərəfindən yazılarının müsadirəsi, 1918-ci ilin mart hadisəsi ilə əlaqədər olaraq İrana getməsi Ə.Səburun şeirlərinin xeyli hissəsinin itib-batmasına səbəb olmuşdur.[2]

Əsərləri

  • Millətpərəstlər. Məzhəkə bir məclisdə. Bakı, 1913;
  • Zümzümə. Əşar məcmuəsi. Bakı, 1914;
  • Düşüncə yarpağı. Əşar məcmuəsi. Bakı, 1915;
  • Əlipaşa Səbur. Şeirlər (səh. 213–219). // Deyilən söz yadigardır. Şeirlər. (Toplayanı və tərtib edəni Cəfər Rəmzi İsmayılzadə). Bakı: Yazıçı, 1981;
  • Əlipaşa Səbur. Şeirlər (səh. 100–102). // Deyilən söz yadigardır. Şeirlər. (Toplayanı və tərtib edəni Cəfər Rəmzi İsmayılzadə). Bakı: Yazıçı, 1987;
  • Zümzümə, düşüncə yarpağı (çapa hazırlayanı və ön sözün müəllifi Hüseyn Həşimli). Bakı: Nurlan, 2004, 72 səh.

Ədəbiyyat

  • Aydın Hüseynzadə. Romantik şair Əlipaşa Səbur: həyat və yaradıcılığı. Bakı: Boz Oğuz, 2000;
  • Xeyrulla Məmmədov. Məslək məhbusu şair Əlipaşa Səbur. "XXI əsr" qəzeti, 30 may 2002, səh. 3-4;
  • Hüseyn Haşimli. Ön söz // Zümzümə, düşüncə yarpağı. Bakı: Nurlan, 2004;
  • Hüseyn Haşimli. Əlipaşa Səbur Hüseynzadənin poeziyası "Yeni füyuzat" jurnalının səhifələrində. "Filologiya məsələləri" jurnalı, 2014 № 6, səh. 271-277.

İstinadlar

  1. 1 2 Mirəhmədov, Əziz. Azərbaycan jurnalistləri və naşirləri (ensiklopediya). Bakı: Ərgünəş. 2013. səh. 70–72.
  2. 1 2 3 İsmayılzadə, Cəfər Rəmzi, redaktorDeyilən söz yadigardır. Bakı: Yazıçı. 1981. səh. 213–214.
  3. Haşimli, Hüseyn. Ön söz. Əlipaşa Hüseynzadə. Zümzümə, düşüncə yarpağı. Bakı: Nurlan. 2004. səh. 4.

Read other articles:

التطهير العرقي في الحرب البوسنية جزء من حرب البوسنة والهرسك التوزيع الإثني على مستوى البلديات في البوسنة والهرسك قبل (1991) وبعد الحرب (1998) المعلومات البلد البوسنة والهرسك  الموقع جمهورية البوسنة والهرسك الإحداثيات 43°52′N 18°25′E / 43.867°N 18.417°E / 43.867; 18.417 التاريخ 1992

 

Shizuoka Stadium ECOPA静岡スタジアムエコパInformasi stadionPemilikPrefektur ShizuokaOperatorAsosiasi Sepak Bola Prefektur ShizuokaLokasiLokasiFukuroi, Shizuoka, JepangKoordinat34°44′35.60″N 137°58′13.81″E / 34.7432222°N 137.9705028°E / 34.7432222; 137.9705028Koordinat: 34°44′35.60″N 137°58′13.81″E / 34.7432222°N 137.9705028°E / 34.7432222; 137.9705028KonstruksiDibukaMaret 2001Data teknisPermukaanRumputKapasitas5...

 

Außerhalb der Fahrrinne erscheinen Ober- und Unterfeuer deutlich versetzt Bei Kurs in Richtfeuerlinie stehen Ober- und Unterfeuer übereinander (Moreton Bay nahe Brisbane) Richtfeuer sind ein Untertyp der Leuchtfeuer und werden dazu verwendet, einem Wasserfahrzeug ein Fahrwasser anzuzeigen. Richtfeuer bestehen meistens aus zwei Leuchtfeuern, dem Ober- und dem Unterfeuer; in seltenen Fällen kommt ein Mittelfeuer hinzu. Ober- und Unterfeuer sind so gestaltet, dass eine gewisse Zugehörigkeit ...

Adams Condado Ubicación del condado en Misisipi Ubicación de Misisipi en EE.UU.Coordenadas 31°29′N 91°21′O / 31.48, -91.35Capital NatchezCiudad más poblada NatchezEntidad Condado • País  Estados Unidos • Estado  Misisipi • Sede NatchezFundación 1799Superficie   • Total 1259 km²  • Tierra 1191 km² • Agua 68 (5.4%) km²Población (2000)   • Total 34 340 hab. • Densidad 29...

 

British politician Arms of 1st Baron Trevor impaling Curzon. St.Mary's Church, Chirk, Wales Arthur Edwin Hill-Trevor, 1st Baron Trevor (4 November 1819 – 25 December 1894), styled as Lord Edwin Hill until 1862 and as Lord Edwin Hill-Trevor from 1862 to 1880, was a long-standing Anglo-Irish Conservative Member of Parliament. Hill-Trevor was the third son of Arthur Hill, 3rd Marquess of Downshire, and his wife Lady Maria (née Windsor). He was elected to the House of Commons for County Down i...

 

هذه مقالة غير مراجعة. ينبغي أن يزال هذا القالب بعد أن يراجعها محرر مغاير للذي أنشأها؛ إذا لزم الأمر فيجب أن توسم المقالة بقوالب الصيانة المناسبة. يمكن أيضاً تقديم طلب لمراجعة المقالة في الصفحة المخصصة لذلك. (يناير 2022) هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فض...

Mimosa hostilis Benth Mimosa hostilis arbusto jovem Mimosa hostilis planta jovem Estado de conservação Pouco preocupante (IUCN 3.1) [1] Classificação científica Reino: Plantae Divisão: Magnoliophyta Classe: Magnoliopsida Ordem: Fabales Família: Fabaceae Gênero: Mimosa Espécie: M. hostilis Nome binomial Mimosa hostilisBenth. Distribuição geográfica Distribuição da Mimosa tenuiflora Sinónimos Acacia jurema Mart. Acacia tenuiflora Willd. Mimosa cabrera H. Karst. Mimosa hostilis (C...

 

Septème Septème (Frankreich) Staat Frankreich Region Auvergne-Rhône-Alpes Département (Nr.) Isère (38) Arrondissement Vienne Kanton Vienne-1 Gemeindeverband Vienne Condrieu Koordinaten 45° 35′ N, 5° 0′ O45.5863888888895.005Koordinaten: 45° 35′ N, 5° 0′ O Höhe 188–386 m Fläche 21,55 km² Einwohner 2.088 (1. Januar 2020) Bevölkerungsdichte 97 Einw./km² Postleitzahl 38780 INSEE-Code 38480 Website http://www.septeme.fr/...

 

Molecular-structure relationship In chemistry the descriptor vicinal (from Latin vicinus = neighbor), abbreviated vic, is a descriptor that identifies two functional groups as bonded to two adjacent carbon atoms (i.e., in a 1,2-relationship). Relation of atoms in a molecule For example, the molecule 2,3-dibromobutane carries two vicinal bromine atoms and 1,3-dibromobutane does not. Mostly, the use of the term vicinal is restricted to two identical functional groups. Likewise in a gem-dibromid...

18th century wars between the French and the British Carnatic WarsPart of the Anglo-French Wars and the Anglo-Indian WarsLord Robert Clive meeting with Mir Jafar after the Battle of Plassey, oil on canvas (Francis Hayman, c. 1762)Date1744–1763LocationCarnatic region, South IndiaResult British victoryBelligerents  Mughal Empire[1]  Nizam of Hyderabad Nawab of Carnatic Nawab of Bengal  Kingdom of France  French East India Company  Kingdom of Great Britai...

 

Taipé Chinês nos Jogos Olímpicos de Verão da Juventude de 2010 Comitê Olímpico Nacional Código do COI TPE Nome Chinese Taipei Olympic Committee«site oficial» (em chinês)  Jogos Olímpicos de Verão da Juventude de 2010 Sede Singapura Competidores 24 em 10 esportes Porta-bandeira Cheng Chao-Tsun[1] Medalhas Pos.61º 0 3 0 3 Participações nos Jogos Olímpicos Verão 1984 • 1988 • 1992 • 1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 Inverno 1984 • ...

 

Bisi Olateru-OlagbegiBisi Olateru OlagbegiBorn(1953-08-04)August 4, 1953DiedDecember 17, 2015(2015-12-17) (aged 62)NationalityNigerianOccupation(s)Lawyer and activistSpouseFolagbade Olateru Olagbegi IIIChildrenfour Bisi Olateru-Olagbegi (4 August 1953 – 17 December 2015)[1] was a Nigerian activist and the Director of the Women Consortium of Nigeria (WOCON). She was a prolific writer and author of the book Path to Women’s Development: Thoughts, Vision and Passion (Lagos: WOCON...

This article is about the 1937 film by Michael Powell. For other uses, see The Edge of the World (disambiguation). 1937 British filmThe Edge of the WorldDVD coverDirected byMichael PowellWritten byMichael PowellProduced byJoe RockStarringJohn LaurieBelle ChrystallEric BerryFinlay CurrieNiall MacGinnisCinematographyMonty BermanSkeets KellyErnest PalmerEdited byDerek N. TwistMusic byLambert Williamson (uncredited)Distributed byBritish Independent Exhibitors[2]Release date6 July 1937 (UK...

 

2022 single by Central Cee Let GoSingle by Central CeeReleased15 December 2022 (2022-12-15)GenreUK drill[1]Length2:54LabelSelf-releasedSongwriter(s) Central Cee Nastylgia Producer(s) Nastylgia KwolleM Central Cee singles chronology One Up (2022) Let Go (2022) Me & You (2023) Music videoLet Go on YouTube Let Go is a song by British rapper and songwriter Central Cee. It was released as a single on 15 December 2022. The song samples Let Her Go (2012) by English singer-...

 

Cemetery in Honolulu, Hawaii Honolulu Catholic CemeteryMass grave of early Sacred Hearts MissionariesDetailsEstablished1840sLocation839-A South King StreetCountryUnited StatesTypeRoman CatholicNo. of interments<1000Find a GraveHonolulu Catholic Cemetery The Honolulu Catholic Cemetery (also known as the King Street Catholic Cemetery) is a cemetery in Honolulu, Hawaii. The cemetery is for Roman Catholics and is located at 839-A South King Street, 21°18′15″N 157°51′9″W / &#x...

Оперативно-тактичні навчання «Море-96» Оперативно-тактичні навчання Море-96 — перші оперативно-тактичні навчання Військово-Морських Сил України «Море-96» які відбулись з 29 липня по 1 серпня 1996 року[1] під прапором Верховного Головнокомандувача Збройних Сил України. ...

 

Esquema del cuerpo de un malacostráceos con todos los segmentos torácicos libres, de modo que el tórax y el pereion son equivalentes. El pereion es un tagma o región del cuerpo de los crustáceos, y se refiere al conjunto de toracómeros (segmentos del tórax) libres, no fusionados con al cabeza.[1]​ Los segmentos que integran el pereion reciben el nombre de pereionitos o pereiómeros, y sus apéndices se denominan pereiópodos. Los términos pereion y tórax son similares, pero pue...

 

Former psychiatric hospital in Lancashire, England Hospital in Lancashire, EnglandWhittingham HospitalThe main building entrance (St Luke's Division) in 2008Shown in the City of Preston districtGeographyLocationWhittingham, Lancashire, EnglandCoordinates53°49′01″N 2°39′29″W / 53.817°N 2.658°W / 53.817; -2.658OrganisationCare systemNHSFundingPublic hospitalTypeSpecialistServicesEmergency departmentNoBeds3533 in 1939SpecialityPsychiatric hospitalHelipadNoHist...

كأس الاتحاد الإفريقي 1996 تفاصيل البطولة المنظم الاتحاد الإفريقي لكرة القدم  التاريخ 1996  الفرق 64 (من الإتحاد الأفريقي لكرة القدم اتحادات ) المراكز النهائية البطل نادي الكوكب المراكشي  البطل الكوكب المراكشي الوصيف النجم الساحلي عدد المباريات 58   عدد الأهداف 150 ...

 

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada November 2022. Film horor Jepang (juga dikenal sebagai J-horror) adalah fiksi horor yang muncul dari budaya populer di Jepang, umumnya dikenal karena perlakuan tematik dan konvensionalnya yang unik dari genre horor yang berbeda dari representasi horor tradisional Ba...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!