Əl–Laziqiyyə (ərəb.اللاذقية) — Suriyada şəhər, eyniadlı mühafəzənin, məntəqənin və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 84.460 ailədə 195.430 nəfəri kişilər və 188.356 nəfəri qadınlar olmaqla cəmi 383.786 nəfərdir.[1][2] Türkiyəli bəzi müəlliflərə görə şəhərdə əhalinin təqribən 15%–ni türkmanlar təşkil edir.[K 1]
Şərhlər
↑Musatafa Kafalının[3], həmçinin Osman Bahadır Dinçer və Gülsüm Bozun fikirlərinə görə əl–Laziqiyyə şəhəri əhalisinin 15%–i etnik türkdür.[4][5][6]
↑Suriye Türkleri — I (yazar Dr. Mustafa Kafalı), sayfa 35. // Töre: Aylık Fikir ve Sanat Dergisi. Yıl: 5. Sayı: 21. Sahip ve Neşriyat Müdürü: Emine Işınsu Öksüz. Ankara: Güneş Matbaacılık T.A.Ş., Şubat 1973, 49 sayfa.
Orijinal mətn (türk.)
Adı geçen Türk bölgelerinden başka 466 bin nüfuslu Haleb, şehrinde 50 bin, 100 bin nüfuslu Lazkiye şehrinde 15 bin kadar Türk yaşamaktadır. Dolayısiyle Suriye'deki umum Türk nüfusu, 300 binin üzerindedir.