Ələsgərli (Şəmkir)

Ələsgərli
40°49′06″ şm. e. 45°46′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 816 nəfər
Xəritəni göstər/gizlə
Ələsgərli xəritədə
Ələsgərli
Ələsgərli

Ələsgərli (1990-cı ilədək Badakənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.

1 yanvar 1903 Yelizavetpol qəzası, Badakənd kəndi

Şəmkir rayonun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının sahilində, Kicik Qafqaz silsiləsinin ətəyindədir. Keçmış adı Badakənd ("samanlıqda olan kənd") olmuşdur. 1990-cı ildə kəndin adı Aşıq Ələsgərin Şərəfinə Ələsgərli adlandırılmışdır. Memorial toponimdir[1].

Tarixi

Əvvəlki adı Badakənd olan bu kənd Badaçayın (Zəyəmin qolu) sahilində, Kicik Qafqazın ətəyindədir. Oykonim bada və kənd sözlərindən düzəlib, "su arxının kənarında; çay kənarında olan kənd" deməkdir. Bəzi ədəbiyyatlarda səhv olaraq Badəkənd variantında verilmişdır. 1920-ci ilədək Zəngəzur mahalında Badabar adlı yaşayış məntəqəsi olmuşdur. Qaraqalpaq Respublikasında Amudərya çayının sahilində Sultanuizdaq silsiləsinin ətəyində Badaytuqay adlı qoruğun olduğu da məlumdur[1].

Əhalisi

Kəndin əhalisi 816 nəfər təşkil edir ki, onun da 486 nəfəri kişi, 330 nəfəri isə qadındır.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

  1. 1 2 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!