Ələkbər Rauf oğlu Kazımovski (10 iyul 1953 – 19 sentyabr 2016)[1] — Azərbaycan rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006).
Həyatı
Ə.Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb.
Ə.Kazımovski rejissor Rauf Kazımovskinin oğludur. 4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Kazımovskinin vəziyyəti qəfil pisləşmiş və rejissor dünyasını dəyişmişdir.
Filmoqrafiya
- Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası)(Aztv)
- Dahilərin divanı (veriliş, 2007)
- Gülüş sanatoriyası (film, 1989)
- Kənddən gələn var (film, 1997)
- Kənddən gələn var. II hissə (film, 1997)
- Krossvord (veriliş, 2007)
- Qeybdən gələn səs (film, 2002)
- Qoy oturmuşuq (veriliş, 2007)
- Məhkəmə (veriliş, 2007)
- Mötəbər insanlarımız (film, 2003)
- Seans (veriliş, 2007)
- Sonuncu məhəbbət (film, 1985)
- Şirin bülbül (film, 2000)
- Tənha durna uçuşu (film, 2003)
- Vurğun ocağı (film, 2003)
- Yeni həyat (film, 2005)
- Sabiqlər (film-tamaşa,1999)
İstinadlar
- ↑ Azərbaycan Kinosu. Ensiklopedik lüğət. "Elm və Təhsil". Bakı, 2017. s.228