Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Cəmilzadə Əhməd Səttar oğlu 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasınınİrəvan şəhərində kustar sənətkar ailəsində doğulmuşdur. Dörd yaşında ikən atasını itirmiş, anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində almışdır.
Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunurdu. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933–1936), sonra Gəncədə (1936–1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940–1942).
İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri ("Döyüş zərbəsi", "Hücum", "Vətən uğrunda irəli") redaksiyalarında çalışmışdır (1942–1943). Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi (1944–1947), həm də idarə heyətinin üzvü seçilmişdir. Uzun müddət "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları redaksiya heyətinin üzvü olmuşdur.
1948-ci ilin oktyabrınadək səhhəti üzündən işləməmişdir. Sonra 1948-ci ilin oktyabrında Azərbaycan Sovet Yazıçıları İttifaqında idarə heyətinin məsul katibi seçilmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə "Ədəbiyyat qəzeti"ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə baş redaktor, redaktor (1953–1955), Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi (1956–1959), "Azərbaycan" jurnalırının redaktoru (1959–1960), Azərnəşrin baş redaktoru (1962–1963), Gənclik nəşriyyatında redaktor (1964–1967), "Ulduz" jurnalında baş redaktor işləmişdir (1973–1977). Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr etmişdir. Xidmətlərinə görə iki dəfə "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunmuşdur.
1977-ci il sentyabrın 24-də Bakıda vəfat etmişdir.