Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Əhməd Əhmədov.
Əhməd Əli oğlu Əhmədov (1903, Ordubad, Naxçıvan qəzası – 13 oktyabr 1937) — Dövlət xadimi, Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Azərbaycan K(b)P-nin Qala-Maştağa rayon komitəsinin birinci katibi.[1]
Həyatı
Əhməd Əli oğlu Əhmədov 1903-cü ildə Naxçıvanın Ordubad şəhərində zəhmətkeş ailəsində anadan olub. 1918-ci ilə qədər Ali Hərbi məktəbdə təhsil alıb.
1919-cu ildən Culfada (Şahtaxtıda) əvvəlcə telefonçu, daha sonra dəmir yolunda fəhlə işləmişdir. 1921-ci ildə XI Qırmızı Orduda könülülərə yazılaraq telefonçu kimi xidmət etmişdir.
1930-cu ildə Qırmızı Professorlar İnstitutunda təhsil almağa başlayır.
1937-ci il iyul ayının 11-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs edilib və oktyabrın 13-də güllələnib. 1955-ci ildə ölümündən sonra bəraət alıb.[1]
Hərbi fəaliyyəti
1921–1923-cü illərdə Azərbaycan hərbi peşə məktəbində kursant olub. 1923–1924-cü illərdə bu peşə məktəbini bitirdikdən sonra orada saxlanılaraq rota komandiri kimi xidmət etmişdir.
1925–1926-cı illərdə Hərbi-Siyasi məktəbin rəis köməkçisi təyin olunub. 1926–1927-ci illərdə Tiflis hərbi peşə məktəbində müəllim işləyib, daha sonra yenidən Bakıya qayıdaraq 1927–1928-ci illərdə siyasi maarifləndirmə fəaliyyəti ilə məşğul olur.
Beləliklə, 1921-ci ildən 1928-ci ilə qədər Ə.Əhmədov hərbi xidmətdə olub. Bu müddət ərzində o, 1921 və 1930-cu illərdə Ermənistanda daşnak qiyamının yatırılmasında, 1922–1923-cü illərdə Azərbaycanda "banditizmə", 1924-cü ildə Çiatura şəhərində (Gürcüstanda) "menşevik üsyanı"na qarşı mübarizədə iştirak edib.
Siyasi fəaliyyəti
Komsomolda
1921-ci ilin martında Naxçıvanda komsomol təşkilatının bani və rəhbərlərindən biri olub. 1921-ci ilin sonunda Naxçıvandan nümayəndə kimi Bakıda komsomol qurultayına göndərilib.
1928–1929-cu illərdə İrəvanda Xalq Maarif Komissarlığının üzvü və Milli Azlıqlar Şurasının sədri olub.
1929–1930-cu illərdə Azərbaycan Xalq Maarif Komissarlığında bölmə müdiri və İdarə heyətinin üzvü işləyib.
Partiyada
1933–1935-ci illərdə Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Zəngilan Rayon Komitəsinin Siyasi bölməsinin müdiri təyin edilir.
M.Bağırovun məsləhəti ilə 1935-ci ildə Azərbaycan K(b)P-nin Qala-Maştağa rayon komitəsinin birinci katibi təyin edilir. O, eyni zamanda Bakı Sovetinin nümayəndəsi seçilir.
1937-ci il iyun ayının 1-də EA-nın Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru təyin edilir. Ona qədər direktor işləmiş Zifeld-Simumyaqi Artur Rudolfoviç böyük elmi işçi vəzifəsinə təyin edilib. Ə.Əhmədov bu vəzifədə 1 ay 10 gün işlədi.
Mənbə
- Ə.Tahirzadə. Əhməd Əli oğlu Əhmədov // 525-ci qəzet, 2005, 8, 11 yanvar.
- ГАППОДАР, ф.1, оп.8, д.884; ф.1., оп.122, д.87;
- Архив МНБ АР, следственно-архивное дело № ПР 23397.
İstinadlar
- ↑ 1 2 Керимова Т.С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил, 2005, с. 310
|
---|
Caparidze rayonu | Rayon Partiya Komitəsi birinci katibləri | |
---|
Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrləri | |
---|
|
---|
Duvannı rayonu | Rayon Partiya Komitəsi birinci katibləri | |
---|
|
---|
Dzerjinski rayonu | Rayon Partiya Komitəsi birinci katibləri | |
---|
|
---|
Ələt rayonu | Rayon Partiya Komitəsi birinci katibləri | |
---|
|
---|
Kaqanoviç rayonu | Rayon Partiya Komitəsi birinci katibləri | |
---|
|
---|
Korgöz rayonu | Rayon Partiya Komitəsi birinci katibləri | |
---|
|
---|
Maştağa rayonu | Rayon Partiya Komitəsi birinci katibləri | |
---|
Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrləri | |
---|
|
---|
Sumqayıt rayonu | Rayon Partiya Komitəsi birinci katibləri | |
---|
|
---|
Şəhər rayonu | Rayon Partiya Komitəsi birinci katibləri | |
---|
Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrləri | |
---|
|
---|
Voroşilov rayonu | Rayon Partiya Komitəsi birinci katibləri | |
---|
|
---|
Qeyd 1: Dzerjinski, Ələt, Kaqanoviç, Qala-Maştağa, Şəhər və Voroşilov rayonları 24 noyabr 1931-ci il tarixində təşkil olunmuşdur. 10 dekabr 1932-ci il tarixində Qala-Maştağa rayonunun adı Maştağa rayonu olaraq dəyişdirilmişdir. Caparidze rayonu 24 yanvar 1939-cu il, Korgöz rayonu 11 fevral 1940-cı il, Duvannı rayonu isə 5 aprel 1951-ci il tarixində təşkil olunmuşdur. Qeyd 2: 11 fevral 1940-cı il tarixində Ələt rayonu, 26 aprel 1945-ci il tarixində Korgöz rayonu ləğv edilərək Mikoyan rayonuna birləşdirilmişdir. 26 sentyabr 1955-ci il tarixində Kaqanoviç rayonu ləğv edilərək Orconokidze rayonuna birləşdirilmişdir. 4 dekabr 1956-cı il tarixində Caparidze rayonu ləğv edilərək Oktyabr rayonuna, Duvannı rayonu ləğv edilərək Qaradağ rayonuna, Şəhər rayonu isə ləğv edilərək Nizami rayonuna birləşdirilmişdir. 3 dekabr 1959-cu il tarixində Dzerjinski rayonu ləğv edilərək Nərimanov rayonuna, Qala rayonu ləğv edilərək Əzizbəyov rayonuna, Voroşilov rayonu ləğv edilərək Stalin rayonuna birləşdirilmişdir. Qeyd 3: Sumqayıt təşkil edilərkən Bakı şəhərinin rayonu kimi təşkil edilmişdir. 22 noyabr 1949-cu il tarixində isə respublika tabeli şəhərə çevrilmişdir. |