Əbdüləzəl Dəmirçizadə

Əbdüləzəl Dəmirçizadə
Əbdüləzəl Məmmədoğlu Dəmirçizadə
Doğum tarixi 8 iyul 1909(1909-07-08)
Doğum yeri Şəki, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1979
Vəfat yeri
Elm sahəsi türkologiya
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı Professor
İş yeri
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı Azərbaycan SSR Dövlət mükafatı

Əbdüləzəl Dəmirçizadə (1909 – 1979) — Azərbaycan filoloqu, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı.

Həyatı

Əbdüləzəl Dəmirçizadə Məmmədoğlu 1909-cu ildə Şəkidə anadan olmuşdur. O, ibtidai və orta təhsilini Şəkidə almış, əvvəlcə "Həqiqətül-maarif" adlanan yeni tipli məktəbdə, sonra isə "Şəki nümunə zəhmət" məktəbində oxumuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrından 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə "Yeni Məktəb" məcmuəsində dərc edilmişdir. Dəmirçizadə gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra şerlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi təhqiqat sahəsinə istiqamətləndirmişdir.

O, 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU pedaqoji fakültəsinə daxil olmuşdur. Burada B. Çobanzadə, Ə. Haqverdiyev, Y. V. Çəmənzəminli, A. Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır. Həmin fakültəni bitirdikdən sonra Şəkiyə qayıdıb, böyük rəğbətlə yanaşdığı müəllimliyini davam etdirmişdir.

Elmə olan həvəs heç vaxt Ə. Dəmirçizadəni rahat qoymudu. O, 1933-cü ildə yenidən Bakıya gəlib, APİ-nin "Dillər" kafedrasına aspirat qəbul olunmuşdur. 1936-cı ildə "Türk dili" adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra isə, yəni 1938-ci ildə "Azərbaycan ədəbi dili tarixinin xülasələri" adlı ikinci kitabı işıq üzü görmüşdür. Dövrün görkəmli alimləri Y. E. Bertels, S. E. Malov və İ. K. Dmitriyev sonuncu kitabın namizədlik dissertasiyası kimi müdafiəyə layiq olduğunu bildirmişlər. 1940-cı ildə Ə. Dəmirçizadəyə filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

Dil tarixi sahəsində elmi təhqiqatlarını davam etdirən təhqiqatçı 1944-cü ildə "Azərbaycan dilinin tarixi (qədim dövr)" adlı əsəri müdafiə edib. 1945-ci ildə isə professor elmi adına layiq görülmüşdür. Ə. Dəmirçizadə 1940-cı ildən 1943-cü ilə qədər ADU-da, 1943-cü ildən ömrünün sonuna qədər isə APİ-də "Azərbaycan dilçiliyi" kafedralarına rəhbərlik etmişdir. 1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi- metodik məqaləsi çap olunmuşdur. Bu əsərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılmışdır. Alimin "Azərbaycan dili tarixi xülasələri" (1938), "M. F. Axundov dil haqqında və Axundovun dili" (1941), "Azərbaycan dilinin tarixi" (1948), "Azərbaycan ədəbi dilinin inkişaf yolları" (1959), ""Kitabi-Dədə Qorqud" dastanının dili" (1959), "Azəri ədəbi dilinin tarixi" (1967), "Azərbaycan dilinin tarixi qrammatikası"(1967) və ölümündən sonra çap olunmuş "Azərbaycan ədəbi dilinin tarixi (II hissə)" kitabları yalnız Azərbaycan dilçiliyinin deyil, türk aləminin xəzinəsini zənginləşdirmişdir.

Dəmirçizadə nəzəri dilçilik məsələləri ilə yanaşı, təbliği dilçilik problemlərini də həll etməyə çalışmış, "Azərbaycan dili orfoepiyasının əsasları" (1969) kitabını ədəbi tələffüz, onun mənbələri, pozulma səbəbləri, fonetik, qrafik və qrammatik şəraitdə təfəffüz məsələlərinə həsr etmişdir. O, etimoloji tədqiqatlar sahəsində də xeyli iş görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə "50 söz" adlı orijinal kitab nəşr etdirmişdir. Azərbaycan dilçiliyi üzrə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında prof. Dəmirçizadənin böyük rolu olmuşdur. O, 50-dən çox elmlər namizədi və doktoru hazırlamışdır.

Dəmirçizadə 1979-cu ildə vəfat etmişdir.

Paytaxt küçələrindən biri onun adınadır.

Dilçilik fəaliyyəti

Ə. Dəmirçizadənin "Müasir Azərbaycan dilinin fonetikası" kitabı bu nailiyyətlərin önündə gedən, dilçiliyimizin qızıl fonduna daxil olan əsərlərdəndir. İlk variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif eksperiment əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş və sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir. Bu əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi olaraq bir-birindən doğur. Ona görə də əsərin bölmələri böyük bir zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri kimi bir-biri ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə tərzinin çətinliyin-dən danışılır. Bunlar ifadə tərzində çətinlik deyil, mühakimə və təfəkkür zənginliyidir. Bu xüsusiyyət onun əsərlərinin çoxunda özünü göstərir. Onun 1969-cu ildə çap etdirdiyi "Azərbaycan dili orfoepiyasının əsasları" kitabından orfoepik normalar haqqında kifayət qədər məlumat almaq mümkündür. Ümumiyyətlə tələffüz və xüsusən orfoepik tələffüz, ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri, tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüz və s. haqqında professorun qeydləri yeni və orijinaldır. Vahid tələffüz qaydalarına əməl etməyin zəruriliyi hələ hamıya eyni dərəcədə aydın olmadığından bu əsər yalnız dar ixtisas sahibləri üçün deyil, hər bir mədəni şəxs üçün faydalıdır. Ədəbi və mədəni tələffüz vərdişlərinin yayılma və inkişafında, düzgün tələffüz normalarının təlim və tədrisində bu əsərin mühüm rolu vardır. Ə. Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda imkan və baca-rığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı təkcə elminəzəri məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözə etirazını bildirmədən keçməzdi. Biz "həştad" dedikcə o bizi "səksən"ə öyrətmişdir. O, milli dilə münasibətdə bizim cəmiyyətin, bizim quruluşun verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi. Ə. Dəmirçizadə həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət tərkibinin tədqiqi məsələləri ilə məşğul olmuşdur. "Dilin lüğət tərkibi haqqında… "(1952), "Müasir Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik quruluşu" (1965), "Azərbaycan dilinin üslubiyyatı" (1962) adlı kitablarının müəyyən bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr etmişdir. O, bu əsərlərində söz və məna, sözün lüğəvi və qrammatik mənası, lüğət tərkibi, lüğət tərkibinin əsas və əlavə hissələri, onların hər birinin ümumi zəruri və xüsusi xarakter əlamətləri barədə fikirlərini diqqətlə ümumiləşdirməyə çalışmışdır. Lüğət tərkibinin inkişaf və zənginləşmə qaydalarını öyrənmək üçün bu əsərlərdən kifayət qədər məlumat almaq mümkündür. O, dilin qrammatik quruluşu – morfologiya və xüsusən sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsində böyük iş görmüşdür. Digər sahələrdə olduğu kimi, burada da fikir və mülahizələri orijinaldır. Dilimizin sintaktik quruluşunun tədqiqinə aid yazılarında onun orijinal dəst-xətti daha aydın görünür. O, qrammatik quruluşun ümumi məsələləri ilə ayrıca məşğul olmuş, dilin qrammatik quruluşunun təşəkkülü, morfem – morfologiya, sözün tərkibi və quruluşu kimi məsələləri ətraflı şərh etmiş, dilin milli orijinallığının qorunub saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək onu dilin əsəb sistemi kimi qiymətləndirmişdir. Ə. Dəmirçizadənin sifət haqqında qeyd və mülahizələri öz orijinallığı ilə diqqəti cəlb edir. Onun bu barədə fikri prinsip etibarilə dilçiliyimizdə sifət haqqında yazılmış bütün əsərlərdən, demək olar ki, fərqlənir. Leksik-qrammatik mənanı və morfoloji əlaməti birinci, sintaktik vəzifəni ikinci plana çəkməklə, o, sifətə, bir nitq hissəsi kimi, daha sabit mövqedən yanaşmışdır. İndi onun mövqeyi çoxları tərəfindən təqdir edilməkdədir. Bu hal sifət dərəcələrinin bölgüsünə münasibətdə də özünü göstərir. Onun müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif sahələrinə dair əsərlərini bir yerə yığsaq, böyük bir kitab alınar: "Müasir Azərbaycan dilində sadə cümlələr" (1950), "Qovuşuq cümlələr" (1947), "Azərbaycan dilində uzlaşma" (1950), "Mübtədanın sualları haqqında"(1955), "Mürəkkəb cümlələr" (1-ci məqalə 1947, 2-ci məqalə 1948) və s. məqalələrinin hər biri kiçik bir monoqrafiyanı andırır. "Müasir Azərbaycan dili (cümlə üzvləri)" (1947) kitabını da bura əlavə etsək, ümumi mənzərə tamamlanmış olur. Bu əsərlərdə sintaksisin, demək olar ki, bütün əsas məsələləri əhatə edilmişdir. O, cümlənin məqsəd və intonasiyaya görə növlərini ilk dəfə geniş şəkildə işləyərək, prinsip kimi məqsədlə avazlanmanı birgə götürməyi məsləhət görmüşdür. "Qovuşuq cümlələr" adı altında həmcins üzvlü cümlələri tədqiq etmişdir. Ə. Dəmirçizadə ilk dəfə tabesiz və tabeli mürəkkəb cümlələrin oxşar və fərqli cəhətlərini nəzərdən keçirərək, budaq cümlələri çevrilmiş və müstəqil cümlələr adı altında iki növə ayırmışdır. Burada bəzi budaq cümlələr (nəticə b. c. və s.) haqqında məlumat tama-milə yenidir, bəzi budaq cümlələr isə ilk dəfə dərinləşdirilmiş və genişləndirilmişdir. Professor bu vəfasız dünyaya göz yummazdan bir neçə gün əvvəl 40 ildən artıq bir müddətdə üzərində yaradıcılıq işi apardığı monumental "Azərbaycan ədəbi dili tarixi" (1979) kitabını ortaya qoydu. Bu kitab ədəbi dilimizin həqiqi tarixini üzə çıxarmaq sahəsin-də ən qiymətli bir kitab olub, bütün türk xalqları, bütün türkologiya üçün bir nümunə sayıla bilər. Professor bu kitabda dilimizin tarixini xalqımızın tarixi ilə vəhdətdə öyrənmiş və öz dərin biliyi, zəngin təcrübəsi ilə hər iki sahəni obyektiv şəkildə işıqlandıra bilmişdir. Onun dilimizin tarixi ilə bağlı fikirləri daim yeni faktlarla özünü doğrultmaqda və yalançı müddəaları təkzib etməkdədir.

Ədəbiyyat

  1. Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 557. ISBN 978-9952-441-11-6.

Həmçinin bax

Read other articles:

Ministerio de Educación y Cultura Finés: opetus- ja kulttuuriministeriöSueco: undervisnings- och kulturministeriet LocalizaciónPaís Finlandia FinlandiaLocalidad HelsinkiCoordenadas 60°10′17″N 24°57′30″E / 60.171437479487, 24.958367620176Información generalSigla OKMJurisdicción FinlandiaTipo MinisterioSede Meritullinkatu 1,00170 HelsinkiOrganizaciónMinistros Anna-Maja Henriksson (Ministra de Educación)Sari Multala (Ministra de Ciencia y Cultura)Secretari...

 

Bagian dari seriGereja Katolik menurut negara Afrika Afrika Selatan Afrika Tengah Aljazair Angola Benin Botswana Burkina Faso Burundi Chad Eritrea Eswatini Etiopia Gabon Gambia Ghana Guinea Guinea-Bissau Guinea Khatulistiwa Jibuti Kamerun Kenya Komoro Lesotho Liberia Libya Madagaskar Malawi Mali Maroko Mauritania Mauritius Mesir Mozambik Namibia Niger Nigeria Pantai Gading Republik Demokratik Kongo Republik Kongo Rwanda Sao Tome dan Principe Senegal Seychelles Sierra Leone Somalia Somaliland ...

 

والتر فيفر (جنرال) (بالألمانية: Walther Wever)‏    معلومات شخصية الميلاد 11 نوفمبر 1887  الوفاة 3 يونيو 1936 (48 سنة)   درسدن  مواطنة ألمانيا  الحياة العملية المهنة طيار،  وعسكري  اللغات الألمانية  الخدمة العسكرية الولاء الإمبراطورية الألمانية  الفرع الجيش الإمب...

This article includes a list of references, related reading, or external links, but its sources remain unclear because it lacks inline citations. Please help to improve this article by introducing more precise citations. (December 2011) (Learn how and when to remove this template message) 2012 German Figure Skating ChampionshipsKolbe Caruso GER Germans 2012Type:National ChampionshipDate:January 6 – 7, 2012Season:2011–12Location:OberstdorfVenue:iceDome Eissportzentrum OberstdorfNavigationP...

 

This article is about the 19th-century English and Welsh local government establishments. For the 21st-century NHS Wales administrative units, see Local health board. A local board of health (or simply a local board) was a local authority in urban areas of England and Wales from 1848 to 1894. They were formed in response to cholera epidemics and were given powers to control sewers, clean the streets, regulate environmental health risks including slaughterhouses and ensure the proper supply of...

 

Swedish actor Weyler HildebrandBorn(1890-01-04)4 January 1890Västervik, SwedenDied17 November 1944(1944-11-17) (aged 54)Solna, SwedenOccupation(s)Actor, film director, writerYears active1911–1944 Weyler Hildebrand (4 January 1890 – 17 November 1944) was a Swedish actor, film director and writer. He appeared in over 35 films between 1924 and 1944. He also directed over 20 films between 1932 and 1944 and wrote scripts to 30 films between 1925 and 1944.[1] Selected filmogr...

Herb powiatu mławskiego składa się z dwóch tarcz półokrągłych, z których jedna umieszczona jest centralnie w drugiej. Opis Herb pierwszy (pole sercowe) przedstawia na niebieskim (azure) tle postać biskupa w czerwonym (gules) ornacie i takiej samej infule i obuwiu, który w lewej ręce trzyma pastorał, a w prawej wiosło, piórem do dołu. Obydwa atrybuty są w kolorze białym. Drugie pole przedstawia na czerwonym tle mazowieckiego Orła Białego[1]. Symbolika Orzeł Biały symboliz...

 

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: The Very Best of Sandie Shaw – news · newspapers · books · scholar · JSTOR (December 2009) (Learn how and when to remove this template message) 2005 greatest hits album by Sandie ShawThe Very Best of Sandie ShawGreatest hits album by Sandie ShawReleased...

 

Polish actor (1883–1945) Stefan JaraczStefan Jaracz in the 1930sBornStefan Jaracz24 December 1883Stare ŻukowiceDied11 August 1945(1945-08-11) (aged 61)Otwock, PolandNationalityPolishKnown forDramatic theatre Stefan Jaracz (24 December 1883 – 11 August 1945) was a Polish actor and theater producer. He served as the artistic director of Ateneum Theatre in Warsaw during the interwar period (1930–32), and within a short period raised its reputation as one of the leading voices fo...

Location of Newton County in Texas This is a list of the National Register of Historic Places listings in Newton County, Texas. This is intended to be a complete list of properties listed on the National Register of Historic Places in Newton County, Texas. There are six properties listed on the National Register in the county. Two are Recorded Texas Historic Landmarks including one that is also a State Antiquities Landmark.           This National Park Service ...

 

Радиотехническая система ближней навигации (РСБН) — советская/российская система навигационного обеспечения полётов авиации. Радиомаяки РСБН обеспечивают автоматическое и непрерывное измерение и индикацию азимута и дальности летательного аппарата относительно н...

 

Untuk kegunaan lain, lihat NJ (disambiguasi). Stasiun Nganjuk Tampak depan Stasiun Nganjuk, 2019Lokasi Jalan Panglima SudirmanMangundikaran, Nganjuk, Nganjuk, Jawa TimurIndonesiaKetinggian+56 mOperatorKereta Api IndonesiaDaerah Operasi VII Madiun KAI LogistikLetak dari pangkalkm 118+842 lintas Surabaya Kota–Kertosono–Madiun–Solo Balapan[1]Jumlah peron3 (satu peron sisi yang rendah dan dua peron pulau yang cukup tinggi; tidak ada peron pulau antara jalur 2 dan 3)Jumlah jalur4 (ja...

Hipismo nosJogos Pan-Americanos de 2023 Santiago, Chile Dados Sede Escola de Equitação Regimiento Granaderos, Quillota Data 22 de outubro–3 de novembro de 2023 Eventos 6 Participantes 129 de 17 CONs Medalhistas Ouro USA Estados Unidos (3 medalhas) ver a lista completa... Prata BRA Brasil (3 medalhas) ver a lista completa... Bronze BRA Brasil (2 medalhas)CAN Canadá (2 medalhas)USA Estados Unidos (2 medalhas) ←  2019 2027  → Hipismo nosJogos Pan-Americanos de 2023 Ade...

 

Map of the results for the 1991 Bradford council election. The City of Bradford Metropolitan District Council elections were held on Thursday, 2 May 1991, with one third of the council up for election. Labour retained control of the council.[1][2] Election result Bradford Local Election Result 1991[1] Party Seats Gains Losses Net gain/loss Seats % Votes % Votes +/−   Labour 18 6 0 6 60.0 43.8 66,373 -6.6%   Conservative 11 1 7 6 36.7 38.6 58,449 +...

 

Indian Kannada language actor Sameer DattaniSameer Dattani in 2017Born (1982-01-27) 27 January 1982 (age 41)Mumbai, IndiaOther namesDhyanOccupationactorYears active1997–2015SpouseRitika Jolly Sameer Dattani, also known as Dhyan (in the Kannada film industry),[1] is an Indian former actor who appears in Hindi, Kannada and Tamil films. Career Born into a Gujarati family in Bombay, Dattani has worked in predominantly Hindi and Kannada films. He is fluent in several langu...

Action in computer graphic user interfaces An image is dragged onto a web browser icon, which opens the image in the web browser. In computer graphical user interfaces, drag and drop is a pointing device gesture in which the user selects a virtual object by grabbing it and dragging it to a different location or onto another virtual object. In general, it can be used to invoke many kinds of actions, or create various types of associations between two abstract objects. As a feature, drag-and-dr...

 

American politician George Hall, Brooklyn Mayor. George Hall (September 21, 1795 – April 16, 1868) was an American businessman and politician who served as the first Mayor of Brooklyn. Biography George Hall was born in Manhattan, New York on September 21, 1795.[1] When he was a child his family moved to the town of Flatbush, where his father had purchased a farm. The family later relocated to Brooklyn, then a village, and after finishing his education at Erasmus Hall Academy Hall co...

 

  此条目页的主題是1986年电影《孙中山》。关于其他同名条目,請見「孙中山 (消歧义)」。 孙中山Dr. Sun Yat-Sen海报基本资料导演丁荫楠李叶宇刘宝林监制孙长城制片徐建平、刘丞芳编剧贺梦凡张磊主演刘文治张燕王咏歌配乐施万春摄影王亨里侯咏于晓群剪辑冯慧林严秀英制片商珠江电影制片厂片长150分钟产地 中国大陆语言普通話上映及发行上映日期1986年(中国大陆...

Questa voce sull'argomento calciatori serbi è solo un abbozzo. Contribuisci a migliorarla secondo le convenzioni di Wikipedia. Segui i suggerimenti del progetto di riferimento. Đorđe NikolićNazionalità Serbia Altezza194 cm Peso91 kg Calcio RuoloPortiere Squadra Sivasspor CarrieraGiovanili 2008-2012 Stella Rossa2012-2014 Partizan Squadre di club1 2015-2016 Jagodina19 (-29)2016-2017 Basilea1 (0)2017→  Sciaffusa17 (-21)2018→  Thun6 (-18)2018...

 

Rancho el Apuro Osnovni podaci Država  Meksiko Savezna država Durango Opština Durango Stanovništvo Stanovništvo (2014.) 4[1] Geografija Koordinate 24°08′29″N 104°32′22″W / 24.1414°N 104.53946°W / 24.1414; -104.53946 Vremenska zona UTC-6, leti UTC-5 Nadmorska visina 1861[1] m Rancho el ApuroRancho el Apuro na karti Meksika Rancho el Apuro je naselje u Meksiku, u saveznoj državi Durango, u opštini Durango. Prema proceni iz 2014. g...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!