Şorangə

Şorangə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şorangə (lat. Salsola) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.

Botaniki xüsusiyyətləri

Adətən qaidə hissəsindən geniş şaxələnmiş, uzunluğu 15–45 sm olan yarımkoldur, aşağı budaqları sərt, çopur, odunlaşmışdır. Birillik zoğları uzun, qısa, sarımtıl, qıvrım tüklüdür. Yarpaqları növbəli xətvari düzülüşlü yarımsallaqdır. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşmiş, meyvələri sarımtıl, tüklü, enli qanadlı, böyrəkvaridir. İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir.

Azərbaycanda yayılması

Azərbaycanda Xəzər ovalığında, Abşeronda, Qobustanda çınqıllı və gilli yamaclarda, şoranlaşmış düzənlik yerlərdə seyrək halda təsadüf edilir.

İstinadlar

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!