Şamil Mahmudbəyov 6 fevral 1924-cü ildə dünyaya gəlmişdir. 1943-cü ildə orduya qoşulub Böyük Vətən Müharibəsinin bir sıra qanlı döyüşlərində iştirak etmişdir. Tərxis edildikdən sonra MoskvadaÜmumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan rejissor rejissor S.Gerasimovun və aktrisa T.Makarovanın tələbəsi olmuşdur.[3] O, 1954-cü ildən Bakı kinostudiyasında rejissor vəzifəsində çalışıb. "Görüş" (1955), "Qara daşlar" filmlərində ikinci rejissor işləyib, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqda sənədli lentlər çəkib.
Şamil Mahmudbəyov eyni zamanda aktyor olmuş "Yenilməz batalyon" filmində Qaçaq Əlimərdan rolunu, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş "Fəryad" bədii filmində isə erməni Samvelin mənfi obrazını böyük ustalıqla ifa etmişdir. Ağır xəstəliyə tutulmuş rejissor "Divar" və "İnsan" adlı sonuncu televiziya kinolentlərini tamamlaya bilmir.[5]
Ş.Mahmudbəyov 1997-ci ildə Bakıda dünyasını dəyişmişdir.
↑Əhmədalılar, T. "Qaraca qız"adək və sonra…: Kadrarxası "qaranlıq"ların ən işıqlılarından biri – [filmin rejissoru və ssenaristi Şamil Mahmudbəyovdur] //Mədəniyyət.- 2014.- 3 dekabr.- S.13.
↑Yusif, M. Təvazökar insan, gözəl rejissor: Şamil Mahmudbəyov: [Əməkdar incəsənət xadiminin həyat və ya-radıcılığı haqqında] //Ekran-efir.- 2012.- 7 dekabr.- S. 9.
Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257.
Mükərrəmoğlu, M. "Bir ömrün yadigarları" [Dekabrın 5-i xalq artisti, kinorejissor Şamil Mahmudbəyovun doğum günü idi] //Xalq.- 2002.- 7 dekabr.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.