Şahverdi xan Qaradağlı (?-1589) — qızılbaş sərkərdəsi, vali.
Həyatı
Şahverdi bəy Ənsar xəlifə oğlu Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. Atası Ənsar xəlifə Qaradağlı Şirvan əyalətinə bəylərbəyi təyin ediləndə onu Qaradağ vilayətinə hakim təyin etdilər. 1583-cü ildən 1589-cu ilədək Qaradağa rəhbərlik etmişdi. Osmanlı ordusu Qızılbaşlar məmləkətinə hücum edəndə Şahverdi xan heç bir dirəniş göstərmədən tabe oldu. I Şah Abbas Qaradağı geri alandan müfəttişlərinə Qaradağ əhvalatını təftiş etməyi tapşırdı. Şahverdi xanın xəyanəti üzə çıxdı. O, 1589-cu ildə öldürüldü.
Mənbə
- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
Həmçinin bax