2012-ci il Şərqi Azərbaycan zəlzələləri[2] — İranın şimal-qərb bölgəsində, Şərqi Azərbaycan ostanında 11 avqust tarixində, yerli vaxt ilə saat 16:53 radələrində baş vermiş 6,4 ballı (Əhərdə)[3] və 6.3[4] ballı (Vərziqanda)və saat 17:08 üz verən zəlzələdir. Zəlzələ 9,9 kilometr dərinliyində baş vermişdi. Episentri Əhər, Vərziqan və Heris şəhərləri idi. bu zəlzələnin əsəri batı Azərbaycan , Ərdəbil və Zəncan əyalətlərindədə hiss edilmişdir[5]
Hətta bu zəlzələ Azərbaycan Cumhuriyyətinin baş şəhəri " BAKI" dada bilinmişdir[6]
Zəlzələ nəticəsində 60 kəndin 60–80% infrastrukturuna zərər yetirilmiş, daha 6 kənd yer üzündən tamamilə silinmişdi.[7] 227 nəfər ölmüş, 1380 nəfərdən artıq insan yaralanmışdı.[8] Xilasedici qruplar ilk növbədə Təbriz və Əhərə göndərilmişdi. Vərziqan və Əhərdə 200 nəfər insan uçuq binaların altından xilas edilmişdi.[9] Təbrizdə enerji çatışmazlığı müşahidə olunurdu; nəqliyyatın hərəkəti pozulmuş, yollarda tıxaclar yaranmışdı. İnsan itkisi olmayıb, lakin bir necə bina zəlzələ nəticəsində zədəyə uğramışdır.[10]
Zəlzələ Ermənistan və Azərbaycanda hiss olunsa da, burada heç bir maddi zərər və ya insan itkisi müşahidə olunmamişdır.[11]. Azərbaycan zəlzələsilə bağlı iran yetkililəri düzgün bilgi verməmişlər İranın " Böhran Durumu müdirlüyü" (رئيس سازمان مديريت بحران)bu zəlzələdə ölənlərin sayını 253 nəfər , Səhiiyə Nazirlyii isə onu 306 nəfər elan etmişdir[12] başqa tərəfdən isə " Qızılaypara" cəmiiyəti, bu zəlzələdə ölənlərə 16 min yas mərasiminin qurulmasından xəbər vermişdir[13] . bu zəlzələdə ən çöx zərər verən " BACABAC" , "GÜRDƏRƏ" və "DİBNU" kəndləri və VƏRZİQAN şəhəri olmuşdur.[14] . Zəlzələdən üç gün sonra Qızılaypara məmurları bir qadını torpaq altından diri çıxarmışlar , bu bir haldadır ki bir gün zəlzələdən sonra İran yetkililəri elan etmişlər ki, avar (inkaz) götürmə tamamiylə bitmişdir və avar altında qalanlar bütünlüklə dışarı çıxarılmışdır.[15]
Xarici aksiyalar
Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Prezident İlham Əliyevin tapşırığıyla İrana 25 yük maşınında 40 ton un, 460 çadır və 1000 ədəd yataq dəsti göndərdi.[16][17] Həmçinin İlham ƏliyevAzərbaycan Respublikasının prezidenti İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada başsağlığı verib. Başsağlığında deyilir:
"Ölkənizin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
İrandaki Yaponiya səfiri Kinichi Komano, zəlzələ qurbanları ilə onun dövlət həmdərdliyin ifadə etdi və humanitar yardım təmin etmək üçün Yaponiya hazırlığın elan etdi.[19]
Pakistan Prezidenti Asif Əli Zərdari və baş naziri Raja Pərviz Əşrəf ayrıca başsağlığı bildirib və İran hökuməti və xalqına yardım etmək istədiklərin bildiriblər.[20]