İvan Maslennikov

İvan Maslennikov
Şəxsi məlumatlar
Doğum tarixi 16 sentyabr 1900(1900-09-16) və ya 1900[1]
Vəfat tarixi 16 aprel 1954(1954-04-16)[2][1]
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Rütbəsi ordu generalı
Komandanlıq edib
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Suvorov" ordeni 1-ci dərəcəli "Kutuzov" ordeni "Qırmızı ulduz" ordeni "Leninqradın müdafiəsinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Yaponiya üzərində qələbəyə görə" medalı "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı Medal "For the Victory over Japan" of Mongolia "Qırmızı bayraq" ordeni
Dövlət Təhlükəsizlik Komitəsinin fəxri işçisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvan İvanoviç Maslennikov (rus. Ива́н Ива́нович Ма́сленников); 16 sentyabr 1900 və ya 1900[1]16 aprel 1954[2][1], Moskva[2] — Sovet hərbi xadimi, ordu generalı (1944). Sovet İttifaqı Qəhrəmanı (8 sentyabr 1945).

1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı. 1939–1954-cü illərdə Sov. İKP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd.

Həyatı

İvan İvanoviç Maslennikov 3 (16) sentyabr 1900-cü ildə Çalıqla stansiyasında (indiki Saratov vilayətinin Ozinski rayonu) anadan olub.

Atası yerli stansiyada dəmiryolçu kimi çalışırdı. İki illik nazirlik dəmir yolu məktəbini və dəmiryol teleqraf məktəbini bitirib. Çox erkən yaşlarından əmək fəaliyyətinə başlayıb. 1915–1917-ci illərdə Ural-İletsk dəmir yolunun Çebışevo stansiyasında teleqrafçı, 1917-ci ildə Uralsk stansiyasında teleqrafçı, sonra isə Ryazan-Ural dəmir yolunun Krasnı Kut stansiyasında teleqrafçı işləyib. Sonra bir müddət dəmiryolu stansiyasında fəhlə, poçt idarəsində kuryer işləyib.[3]

1917-ci ildə Qırmızı Qvardiya sıralarına daxil olur və Krasnokutsk Qırmızı Mühafizə dəstəsinin komandiri, sonra isə Həştərxan və Krasnı Kut şəhərlərində fəaliyyət göstərən Qırmızı Qvardiya dəstəsinin rabitə dəstəsinin rəisi vəzifəsinə təyin edilir. Fevral inqilabı zamanı Ural-İletsk dəmir yolunda jandarmların tərksilah edilməsində iştirak edib. Dəstə geri qayıtdıqdan sonra Krasnokutsk İnqilab Komitəsinin göstərişi ilə Maslennikov yeni Qırmızı Mühafizə dəstəsi yaratdı.

1918-ci ildə onu Qızıl Ordu sıralarına çağırıblar. Altı aylıq hərbi kurslar keçdikdən sonra Maslennikov gələcək həyatını hərbi sahəyə bağlayıb. Moskva Hərbi Dairəsində sıravi rabitəçi, 1-ci Ukrayna diviziyasında rabitə komandirinin köməkçisi, daha sonra diviziyanın rabitə komandiri vəzifələrində xidmət edib. Bu vəzifələrdə olarkən DenikinVrangelin komandanlığı altında ordulara qarşı vuruşub.

1924-cü ilin avqustunda RKP(b) sıralarına daxil oldu. 1925-ci ildən Novoçerkassk süvarilərinin Qırmızı Ordu zabitləri üçün təkmilləşdirmə kurslarının orta kursunda təhsil aldıqdan sonra 1926-cı ildə 37-ci Piyada Diviziyasının Əlahiddə Süvari Eskadronunun komandiri və hərbi komissarı təyin edildi.

1928-ci ildə Maslennikov Birləşmiş Dövlət Siyasi İdarəsinin 47-ci və 48-ci sərhəd dəstələrinin manevr qruplarının rəisi, 1929-cu ildə Birləşmiş Dövlət Siyasi İdarəsinin 48-ci sərhəd dəstəsinin təlimatçısı, 1930-cu ildə isə Birləşmiş Dövlət Siyasi İdarəsinin 48-ci sərhəd dəstəsinin manevr qruplarının rəisi vəzifəsinə təyin edildi.

1931-ci ildə Qızıl Ordunun zabitləri üçün Novoçerkassk süvarilərinin təkmilləşdirmə kurslarının yuxarı kursuna oxumağa göndərilmişdir. Bundan sonra o, 1932-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının 11-ci Xorəzm süvari alayının komandiri və hərbi komissarı təyin edilmişdir. Eyni zamanda 1934-cü ildə bitirdiyi V. İ. Lenin adına Orta Asiya Kommunist Universitetində, həmçinin 1935-ci ildə bitirdiyi M.V.Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. Mərkəzi Asiyada Basmaçı hərəkatına qarşı mübarizədə iştirak etmişdir. Maslennikovun komandanlığı altında olan bölmələr 1929-cu ildə Utan bəyin, 1931-ci ildə İbrahim bəyin, 1933-cü ildə Əhməd bəy və Durdu Murtun dəstələrini darmadağın ediblər.

Maslennikov 1937-ci ilin yanvar ayında o, Bakıya göndərilib, əvvəlcə Azərbaycanda SSRİ Xalq Daxili İşlər Komissarlığının sərhəd və daxili qoşunlarının döyüş hazırlığı idarəsinin rəisi, daha sonra isə sərhəd və daxili qoşunlar baş idarəsinin rəis müavini vəzifəsində xidmət edib. Bir il Azərbaycanda xidmət etdikdən sonra onu Moskvaya qaytararaq SSRİ Xalq Daxili İşlər Komissarlığının sərhəd qoşunlarının komandanı təyin ediblər. 1939-cu ilin yanvar ayından isə Maslennikov SSRİ Xalq Daxili İşlər Komissarı Lavrenti Beriyanın sərhəd və daxili qoşunlar üzrə müavini vəzifəsinə təyinat alıb.

Müharibə illərində

İvan Maslennikov 1945-ci ildə

Böyük Vətən müharibəsi başladıqdan sonra 1941-ci ilin iyununda o, Qərb Cəbhəsinin əməliyyat qrupunun komandiri vəzifəsinə təyin edildi. Həmən ildə ona 29-cu ordunun yaradılması həvalə edilib. Bu ordunun əsas şəxsi heyəti SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunlarının hesabına formalaşıb. Müharibənin ən ağır cəbhələrində İvan Maslennikov ən uğurlu hərbi əməliyyatlarla fərqlənib. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, dəfələrlə İosif Stalindən yazılı təşəkkürlər alıb. Qafqaz uğrunda döyüşlərdə o, Mozdok-Malqobek və Nalçik-Orconikidze müdafiə əməliyyatlarında iştirak edib, nəticədə Zaqafqaziyada alman qoşunlarının cəbhəni yarıb, QroznıBakı nefti rayonlarını ələ keçirmək cəhdinin qarşısı alınıb.[4] 1944-cü ildə ordu generalı rütbəsini Kremldə ona Stalin şəxsən təqdim edib.[5]

1945-ci ilin avqustunda Uzaq Şərqdə Sovet Qüvvələrinin Baş Komandanının müavini vəzifəsinə təyin edilib. O, marşal Aleksandr Vasilevski ilə birlikdə Yaponiyanı məğlub etmək üçün əməliyyat planının hazırlanmasında bilavasitə iştirak etmiş və Kvantunq Ordusunun məğlubiyyət planı üçün bir sıra dəyərli təkliflər irəli sürmüşdür. Sovet-yapon müharibəsi zamanı döyüş əməliyyatları vaxtı o, həlledici istiqamətlərdə olub, cəbhələrin və orduların komandanlığına köməklik edib.[6]

SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 sentyabr 1945-ci il tarixli fərmanı ilə Yaponiyanın Kvantunq ordusunun məğlubiyyəti zamanı şəxsi cəsarətinə və cəbhələrə məharətlə rəhbərlik etdiyinə görə ordu generalı Maslennikov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O, Lenin ordeni və Qızıl Ulduz medalı (№ 7768) ilə rəsmən təltif edilib.

Müharibədən sonra, 1945-ci ildə Maslennikov xidmətini yenidən Bakıda davam etdirib, Zaqafqaziya hərbi dairəsi və Bakı Hərbi Dairəsinin komandanı vəzifəsinə təyinat alıb. 1948-ci ildə isə o, SSRİ daxili işlər nazirinin qoşunlar üzrə müavini təyin olunub.

Ölümü

1954-cü il aprelin 16-da İvan Maslennikov öz kabinetində intihar etdi. Belə ki, Stalinin vəfatından sonra Maslennikovun hərbi karyerasında ciddi problemlər yaranıb. Hakimiyyətə yeni gələn Nikita Xruşşov Stalinin fəaliyyətini alt-üst etmək, onun adını tarixdən silmək istiqamətində apardığı işlərə Maslennikovu da cəlb etməyə çalışıb. Generala əvvəlcə Stalinin əleyhinə mətbuatda çıxış etmək təklif edilib. Maslennikov bu təklifdən qəti şəkildə imtina edib. Daha sonra ona Beriyanın əleyhinə ifadə vermək "təklif" olunub. Bu təklif birbaşa Xruşovla görüşdə müzakirə edilib. Maslennikov Xruşovun kabinetində əlini stola çırparaq Xruşovu yaramaz adlandırıb. Elə bu yaramaz ifadəsi də Maslennikovun hərbi karyerasına və şəxsi həyatına son qoyub. Beriyanın həbsindən sonra onun yaxın ətrafının siyahısına Maslennikovun da adı düşüb. General ən ağır cinayətdə ittiham olunub. SSRİ Xalq Daxili İşlər Komissarlığı generalı Pavel Sudoplatovun dediyinə görə, onun haqqındakı araşdırmalarda Maslennikov Daxili İşlər Komissarlığının qoşunları ilə Kremlə hücumda, dövlət çevrilişinə cəhddə ittiham edilirdi. Əslində, Maslennikov vaxtilə Beriyanın müavini olsa da, onun ətrafında tez-tez görünsə də onunla heç bir yaxın münasibəti olmayıb. General sadəcə öz vəzifəsini icra edib, adı heç bir qalmaqallı hadisələrdə, Beriyanın iyrənc və qorxulu oyunlarında hallanmayıb.[7].

1954-cü ildə Maslennikov haqqında rəsmi cinayət işi açılıb. General bu haqsızlığı həzm edə bilməyib, müttəhimlər kürsüsündə əyləşməyi, həbsxana kamerasına düşməyi özünə sığışdırmayıb və son çıxış yolu kimi intiharı seçib.

General İvan Maslennikov Vaqankovo qəbiristanlığında (20-ci sahə) dəfn edilib.

Müasirlərinin fikirləri

Müasirləri Maslennikov haqqında həmişə yüksək fikir söyləyiblər. Georgi Jukov, Konstantin Rokossovski, İvan Konyev kimi tanınmış sərkərdələr onu son dərəcə bacarıqlı və peşəkar hərbçi kimi xarakterizə ediblər. Marşal Aleksandr Vasilevski isə öz memuarlarında Maslennikovu belə xatırlayıb: "Mən Baş Qərargah rəisi olarkən cəbhələr arasında koordinasiyanı təşkil edəndə Maslennikovun olduğu cəbhədən həmişə arxayın olurdum. O, hərb sənətinin bütün incəliklərini bilirdi, hərbi əməliyyatın necə keçəcəyini əvvəlcədən hiss edirdi, ən mürəkkəb situasiyalarda belə düzgün qərar çıxarmağı bacarırdı. İstənilən döyüşdə Maslennikova güvənmək olardı. O, müharibə tarixində bir çox uğurlu əməliyyatlara imza atıb, müharibədən sonra isə ordu quruculuğuna böyük töhfələr verib. Böyük təəssüf hissi ilə qeyd edirəm ki, belə istedadlı bir hərbçini tez itirdik. İvan Maslennikov Xruşovun Beriyaya qarşı olam qisasının qurbanına çevrildi…"

Sovet İttifaqının marşalı Georgi Jukov 27 oktyabr 1967-ci il çıxışında İvan Maslennikov haqda bunları deyib: "…Ordu komandanı, sonra isə cəbhə komandanı olan İvan İvanoviç ona həvalə edilmiş qoşunlara bacarıqla rəhbərlik edirdi. Ən çətin şəraitdə (Kalinin cəbhəsində olduğu kimi) belə vəziyyətdən əlverişli çıxış yolunu bilirdi".[8]

İstinadlar

  1. 1 2 3 4 Кто руководил НКВД. 1934-1941 (rus.).
  2. 1 2 3 4 Масленников Иван Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Масленников Иван Иванович // Военная энциклопедия. 5. М.: ru:Воениздат. Грачёв П. С. 2001. 27. ISBN 5-203-1876-6.
  4. Utkin, ch.11
  5. Shtemenko, p.70
  6. Vasilevsky, p.263
  7. Судоплатов П. А. Разведка и Кремль. — М.: Гея, 1997. — ISBN 5-85589-024-4. — С. 433.
  8. Штутман С. М. Внутренние войска : история в лицах. Moskva: Izd-vo Gazoil Press. 2004. ISBN 5-87719-045-8, 978-5-87719-045-0.

Ədəbiyyat

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!