İtirənlər klubu |
---|
Kaybedenler kulübü |
Janr |
dram filmi[1], komediya filmi[1] |
Rejissor |
Tolga Örnek |
Prodüserlər |
Murat Dörtbudak, Kemal Kaplanoğlu,Tolga Örnek, Neslihan Dörtbudak |
Ssenari müəllifləri |
Tolga Örnek, Mehmet A. Öztekin |
Baş rollarda |
Yiğit Özşener, Ahu Türkpençe, Kaan rolünde, Nejat İşler |
İlk baxış tarixi |
2011 |
Müddət |
110 dəq |
Gəlir |
2,864,818 dollar |
Ölkə |
Türkiyə |
Dil |
Türk |
İl |
2011 |
Bölüm sayı |
1 |
Rəng |
rəngli[d] |
Çəkiliş yeri |
Kadıköy |
IMDb |
ID1808223 |
"İtirənlər klubu" 2010-cu ildə ekranlaşdırılmış komediya-dram janrındakı türk filmidir. Rejissoru Tolga Örnek , ssenari müəllifləri Mehmet Ada Öztekin və Tolga Örnekdir. Film 1996–2001-ci illərdə Kent FM-də yayımlanan "Kaybedenler Kulübü" adlı radio proqramı əsasında çəkilib.
Filmdə "Kaybedenler Kulübü" adlanan radio proqram və həmin proqramın aparıcıları Kaan ilə Metenin həyatlarından bəhs olunur. Təqdim olunduğu ilk üç gün ərzində 65.789 nəfər tərəfindən izlənərək 666.091 TL gəlir gətirmişdi. Bundan əlavə olaraq, film təqdim olunmamışdan əvvəl və təqdimatdan sonra film haqda məlumat verilən " Kaybedenlerr Kulübü- filmin öyküsü" adlı bir kitab nəşr edilib.
Mövzu
Kaan Uilliam Nleyk və Roland Bartzisin əsərlərini, kiminsə "oxumadığı kitablar"ı nəşr etdirən Altıkırkbeş Nəşriyyatının sahibidir. Mete isə Kadlköydə bir barın sahibi və val və efemer kolleksiyaçısıdır. 1990-cu illərin ortalarında Kent FM adlı radio stansiyasında Kaybedenler Kulübü adlı bir proqram hazırlamağa başlayırlar və bu proqramı sanki bir yerdə oturmuş sadəcə söhbət edirlər və kimsə onları eşitmir kimi aparırlar. Qadınlar, ədəbiyyat və Kadıköy küçələri də daxil olmaqla bir çox mövzulardan danışırlar, lakin ilk vaxtlar proqram heç kimin diqqətini çəkmir. Digər tərəfdən Mete və Kaan özlərinin dediyi kimi " öz yalnızlıqları"nı unutmaq üçün hər gün yeni qadınlarla tanış olur, münasibət yaşayırlar.
Vaxt keçdikcə proqram daha çox insanın diqqətini çəkməyə başlayır. Kaan bir barda Zeyneb ilə tanış olur. Zeyneb İstanbulda bacısı ilə birlikdə yaşayan memardır. Zeyneb Kanın radio proqramını aparmaq üslubundan tutmuş iş həyatına qədər hər mövzuya müdaxilə etməyə başlayır və sonda Kaanla ayrılır. Radio proqramı isə formatı səbəbilə tez-tez RTÜK-dən xəbərdarlıqlar alır və radio sahibəsi Aslı onlara proqramın uğurlu olduğunu, lakin bu gedişlə radionun bağlanmasına gətirib çıxaracağını bildirir və proqramın üslubunda dəyişiklik etməyi istəyir. Aslı onlara pul təklif etsə də, Kaan və Mete yalnız yol və pivə xərclərinin ödənməsini istəyir. Proqram bir müddət sonra reytinq cədvəlində ən çox dinlənilən proqram olur. Lakin Mete və Kaan radio proqramı bağlamaq qərarına gəlrilər.
Yaranma tarixçəsi
Kaybedenler Kulübü 90-cı illərin ikinci yarısında eyni adlı radio proqramı və həmin proqramın aparıcıları Kaan Çaydamlı və Mete
Avundukun həyatı əsasında ssenariləşdirilib. filmin rejissoru Tolga Örnek Kaan Çaydamlı ilə filmin ssenarisini birlikdə yazdığı Mehmet Ada Öztekin vasitəsilə tanış olur. öztekin proqram yayımlandığı ssenari yazdı, lakin proqram hələ efirdə olduğu üçün filmin çəkilməsinə tələsmədi. kaan Çadamlı Mete Avunduk filmin ssenarisini bir neçə rejissora göndərdi lakin rejissorlar ssenarinin təkmilləşdirilməyə ehtiyacı olduğunu bildirdilər. daha sonra Öztekin ssenaridən Örneke danışdı və Örnek bu mətni bəyəndi. lakin radio proqramın arxa plana salındığı ssenaridə əsl diqqət çəkəcək mövzunun məhz " bu kişilər" proqram olduğunu vurğuladı. ssenari yenidən yazıldı Mete ile Kaanın istifadə etdiyi jarqonların çoxu mətnə əlavə olundu ssenari bir ay yarıma hazır oldu.
Filmin altı həftəyə çəkiləcəyi planlaşdırılmışdı, lakin cəmi üç həftəyə çəkildi. Film çəkilişi üçün xüsusi məkan tərtib olundu. Radio studiyasındakı çəkilişlər ilk üçü gündə aparıldı. İlk versiyasında film 164 dəqiqə idi, sonra çəkilmiş 54 dəqiqə kəsildi. Bundan başqa filmdə ele özünü oynayan Şenolun danışıqları altyazı ilə verildi. Belə ki, montaj zamanı Rıza Kocaoğlu Şenolun sozlərindən heç nə anlaşılmadığını bildirdi, Örnək isə dublyajın olmayacağını söylədi çünki tekrar səsləndirmə olsaydı, Şenol eyni ifadəni əvvəlki kimi söyləyə bilməyəcəkdi. Kocaoğlu altyazı qoymağı təklif etdi. Altyazılarda Şenolun işlətdiyi söyüşlər gülməli şəkildə altyazıda verildi.
Aktyorlar
• Kaan — Nejat İşler
• Mete -Yiğit Özşener
• Zeynep — Ahu Türkpençe
• Aslı — İdil Fırat
• Murat — Rıza Kocaoğlu
• Mete'nin anası- Serra Yılmaz
• Şebnem — (Deniz Tunca )
• Selin — Şirin Kılavuz
• Brit — Şafak Başkaya
• Kuşbeyin — Erdal Küçükkömürcü
• Devrim r- Barış Bağcı
• Çakal Yılmaz — Cengiz Bozkurt
• Ceyda — Güneş Zavrak
• Şenol — Şenol Erdoğan
Mənbə
- ↑ 1 2 http://www.imdb.com/title/tt1808223/.