İsveç Briqadası (isv. Svenska brigaden; fin Ruotsalainen prikaati) - 1918-ci ildəki Finlandiya vətəndaş müharibəsində Ağ Qaravullara dəstək olmaq üçün 400 isveçli könüllüdən ibarət yarımhərbi birləşmə. Briqada 28 mart-6 aprel tarixində baş verən Tampere döyüşündə iştirak etmişdi.[1] Nəticədə, İsveç Briqadasının 34 üzvü həlak olmuş, 50-ə qədər döyüşçü yaralanmışdı. Tampere döyüşündə ölənlər arasında briqadanın məşhur üzvlərindən arxeoloq Aksel Boyethius və tarixçi Olof Palme də var idi.[2]
İstinadlar