İradə Bağırova
İradə Səid qızı Bağırova — Azərbaycan alimi, tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Ümumi tarix" şöbəsinin müdiri.
Həyatı
İradə Səid qızı Bağırova 1956-cı il fevralın 12-də Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə əla oxuduğu ilə əlaqədar M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin üçüncü kursuna qəbul olunmuşdur. 1979-cu ildə MDU-ni bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutuna təyinat almışdır və həmin İnstitutda baş laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən 1985-ci ilədək Tarix İnstitutunun aspiranturasında (əyani şöbəsində) oxuyub. 1979-cu ildən 2004-cü ilədək baş laborantdan aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinədək yüksəlmişdir.
Elmi fəaliyyəti
İ. S. Bağırova 1987-ci ildə "XX əsrin əvvəllərində Azərbaycanda baş verən inqilabi hərəkatın müasir qərb tarixşünaslığında işıqlandırılması" adlı namizədlik dissertasiyası müdafiə etmişdir.
1997-ci ildə İ. S. Bağırovanın "XX ərin əvvəllərində Azərbaycanın siyasi partiyaları və təşkilatları (1900–1917-ci illər)" adlı fundamental monoqrafiyası çap olunub. Monoqrafiyada müəllif əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq partiyanın və siyasi təşkilatların mövcudluğunu müəyyən edib, onların siyasi proseslərdə rolunu göstərmişdir.
2000-ci ildə İ. S. Bağırova eyni mövzu üzrə doktorluq dissertasiyası müdafiə edib, həmin ildə də AAK tərəfindən tarix elmləri doktoru adına layiq görülüb və Tarix İnstitutunun aparıcı elmi işçisi vəzifəsini icra etməyə başlayıb.
İ. S. Bağırova 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Tarix institutunda çalışdığı müddət ərzində İ. S. Bağırovanın iki fərdi, 8 kollektiv monoqrafiyası və 50-dən çox elmi məqaləsi çap olunmuşdur. O, yeddicildli "Azərbaycan tarixi"nin IV və V cildlərinin "Siyasi təşkilatlar və partiyaların yaranması", "Azərbaycan cəmiyyətində siyasi fəallığın artması", "Azərbaycan müharibə edən dövlətlərin planlarında", "Müxtəlif partiya və təbəqələrin Birinci Dünya müharibəsinə münasibəti" fəsillərinin müəllifidir. O, redaksiya heyətinin üzvü kimi, habelə giriş və nəticənin müəllifi kimi çoxcildliyin hazırlanmasında fəal iştirak etmişdir.
İ. S. Bağırovanın tarixin təbliğində də mühüm nailiyyətləri vardır. O, 1998–1999-cu illərdə Qərb Universitetində, 2004–2005-ci ildə Bakı Dövlət Universitetində siyasi tarix və Qafqaz tarixi fənləri üzrə mühazirələr oxumuşdur.
İradə Bağırovanın Azərbaycan tarixinin kütləvi informasiya vasitəsilə təbliğində böyük rolu olmuşdur. O, Azərbaycanın siyasi partiyalarının fəaliyyəti barədə bir neçə yerli, Rusiya və Türkiyə qəzetlərində məqalə çap etmişdir.
İ. S. Bağırova 1998–2002-ci illlərdə "Space" telekanalında ictimai-siyasi və informasiya üzrə direktor müavini vəzifəsində işləyərək, "Üçuncü respublika" 2 seriyalı sənədli filmin, 31 mart qırğınları haqqında, Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri (Ə.M.Topçubaşov, M.Y.Cəfərov, Məhəmməd Əmin Rəsulzadə) haqqında verilişlərin ssenari müəllifi olmuşdur.
İ. S. Bağırovanın rəhbərliyi altında 25 dissertant və doktorant çalışır, onlardan 10-u elmi işini müdafiə etmişdir.
İ. S. Bağırova müxtəlif səviyyəli respublika və beynəlxalq elmi konfranslarda və seminarlarda iştirak etməklə ABŞ-da, İngiltərədə, Almaniyada, Avstriyada, Belçikada, Fransada, Gürcüstanda, Rusiyada ölkəmizi layiqincə təmsil etmişdir.
İ. S. Bağırova müxtəlif ictimai-siyasi tədbirlərdə, Azərbaycanın müstəqillik ildönümlərində, Qarabağ müharibəsinə həsr olunmuş toplantılarda fəal iştirak etmiş və çıxış etmişdir.
Kitabları
- Политические партии и организации Азербайджана в начале XX века (1900–1917). – monoqrafiya. Bakı, 1997
- XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda liberal cərəyanın inkişafı. – monoqrafiya.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). – Kollektiv monoqrafiya. Bakı, 1998.
- Azərbaycan tarixi. 7 cilddə. – Kollektiv monoqrafiyanın IV və V cildlərinin müəllifi və redaksiya heyətinin üzvü. Bakı, 2001.
- "Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası. – Siyasi partiyalara və xadimlərə həsr olunmuş mətnlərin müəllifidir. Bakı, 2004.
- "Naxçıvan tarixi" kollektiv monoqrafiya üzrə "Naxçıvanda XX əsrin əvvəllərində siyasi hərəkatın başlanması" adlı hissənin müəllifi – çapa verilib.
- Azərbaycan Milli Ensiklopediyası. – "Azərbaycan XX əsrin əvvəllərində" adlı hissə çapa təqdim edilmişdir.
- Şimal-Qərbi Azərbaycan tarixi. – Kollektiv monoqrafiya. Bakı, Şərq-Qərb, 2011, s.13–15, 305–332, həmmüəllif və elmi redaktor.
- Azərbaycan-Gürcüstan münasibətləri (XVIII–XXI əsrlər), Kollektiv monoqrafiya. Bakı, Şərq-Qərb, 2013, həmmüəllif və elmi redaktor.
- История общественно-культурного реформаторства на Кавказе и в Центральной Азии (XIX- начало XX века). – МИЦАИ-ЮНЕСКО. Самарканд, 2012, Kollektiv monoqrafiya. Məsul redaktor və IV–V fəsillərin həmmüəllifi (s.213–303).
- The History of Public and Cultural reformation in the Caucasus and Central Asia (19th- early 20th century). – IICAS-UNESCO. Samarkand, 2013. Kollektiv monoqrafiya. Məsul redaktor və IV–V fəsillərin həmmüəllifi (s.192–275).
- Azərbaycan: Müstəqilliyə aparan yol. – Kollektiv monoqrafiya. – Azərbaycan Respublikası Prezidentinin yanında yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı, 2012.
Məqalələri
- Azərbaycanda bolşevik təşkilatların fəaliyyəti ingilis-amerikan tarixşünaslığında // VIII respublika aspirantları elmi konfransının məruzələri, 1-ci cild. Bakı, 1985.
- 1904-cü il Bakıda dekabr ümumi tətili burjua tarixşünaslığında // "Birinci rus inqilabi ərəfəsində və dövründə Azərbaycan tarixi məsələləri". Birinci rus inqilabının 80-illiyinə xəsr olunmuş məqalələr toplusu. Bakı, 1985.
- Azərbaycanda 1905–1907-ci illərin inqilabi hadisələri xarici sovetoloqların əsərlərində // Respublika aspirantlarının konfransının materialları, 2-ci cild, Bakı, 1986.
- Azərbaycan Respublikasının siyasi strukturunun formalaşması: XX əsrin əvvəllərində ilk siyasi partiyaların yaranması // Azərbaycan tarixi problemlərinin gənc tədqiqatçılarının 2-ci Respublika elmi konfransının məruzələri. Bakı, 1992.
- XX əsrin əvvəllərində Azərbaycanın siyasi tarix məsələləri Vətən tarixşünaslığında // "Azərbaycan tarixinin problemləri, müasir tədris və elmi nəşrlərdə onların əksi". Elmi konfransın sənədləri. Xəzər Universiteti. Bakı, 1995.
- Azərbaycanda liberal oriyentasiyalı partiyaların fəaliyyəti (1905–1917-ci illər). // Azərbaycan Elmlər Akademiyasının xəbərləri. Bakı, 1998.
- Azərbaycanın siyasi partiyaları və ijtimai təşkilatların Birinci Dünya müharibəsi illərində fəaliyyəti // Tarix və onun problemləri. Bakı, 1999.
- XX əsrin əvvəllərində azərbayjanlıların özünüdərk hissinin formalaşmasında siyasi təşkilatların rolu (ingilis dilində) // Qərb Universitetinin və Elmlər Akademiyasının kollokviumunun materialları, Bakı, 1999.
- XX yüzilin başlarında Azerbaycanda milli partilerin oluşması ve faaliyeti. Ankara, 1999.
- "Difai" partiyasının Azərbaycanda yaranması və fəaliyyəti tarixindən // Azərbaycan tarixinin çağdaş problemləri külliyyatı. Bakı, 2000.
- Erməni terrorizminin tarixindən. Daşnaksutyün partiyasının Qafqazda fəaliyyəti // "Dirçəliş – XXI əsr" jurnalı. Bakı, 2000.
- XX əsrin əvvəlində və sonunda Azərbaycanın siyasi partiyaları (müqayisəli təhlil) // AMEA Tarix institutunun elmi külliyyatı. Bakı, 2002.
- XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət və Rusiya Dövlət Dumalarına seçki kampaniyaları // "Azərbaycan Xalq Cümhuriyyətini tarixinin aktual problemləri" beynəlxalq sessiyanın materialları. Bakı, 2003.
- Cənubi Qafqazın milli təhlükəsizlik problemi – qlobalizasiyanın imperativləri // Qərb Universitetinin "Yeni Geostrateji münasibətlərdə Cənubi Qafqaz regionunun yeri" adlı külliyyat. Bakı, 2003.
- Qafqazda açıq cəmiyyət: illüziya ya reallıq" (rus və ingilis dillərində) məqaləsi "Qafqaz və Mərkəzi Asiya" jurnalı. Stokholm (İsveç), 2005 (məqalə).
- Cənubi Qafqazda inteqrasiya prosesləri: XX əsrin tarixi təcrübəsi" (rus və ingilis dillərində) // "Qafqaz və qloballaşma" (İsveç) jurnalında, 2007.
- Zaqafqaziya Seyminin Azərbaycan nümayəndəliyi" (rus-ingilis dillərində) // "Qafqaz və qloballaşma" (İsveç) jurnalında, 2008.
- Cənubi Qafqaz ölkələrində İstiqlal aktının elan olunması tarixindən" (məqalə) // AMEA Tarix İnstitutunun əsərləri, 2008, № 21.
- Azərbaycan Xalq Cümhuriyyətinin etnik siyasəti // "Etnoqlobus" saytı, 28.05.2008.
- Проблемы идентичности, конфликтов и интеграции на Южном Кавказе в историческом аспекте и европейской перспективе // Политика национальной безопасности стран СНГ. Избранные проблемы, под ред. В.Балука. Изд. Вроцлавского Университета, Торунь (Польша), 2009.
- Политика великих держав на Южном Кавказе в свете российско-грузинского конфликта // Материалы конференции. Дербент, 2009.
- Проблемы безопасности на Южном Кавказе после российско-грузинского конфликта 2008 года // Материалы конференции "Россия и Кавказ: история и современность". Махачкала, 2010.
- Роль общественно-политических организаций в азербайджано-дагестанских отношениях в начале ХХ века // AMEA Tarix İnstitutunun Elmi əsərləri. Bakı, 2010, N 33.
- Роль партий в формировании политической структуры Азербайджанской Демократической Республики. AMEA Tarix İnstitutunun Elmi əsərləri. Bakı, 2011, N38.
- The Legal Status of Quasi-Autonomies in the USSR: Case of Nagorno-Karabakh’s Autonomous Oblast // "Caucasus International" jurnalı, Vol.3, No 1–2, Spring-Summer 2013. Həmmüəllif.
- История и перспективы конфликтов и интеграции на Центральном Кавказе // Журн. "Кавказ и глобализация", Стокгольм (Швеция), 2012, т.6, вып.3
- The Past and Future of Conflicts, Identity and Integration in the Central Caucasus // "The Caucasus and Globalization". Sweden, 2012, Vol.6, Issue 3.
- Особенности культурной трансформации традиционного общества в Азербайджане в условиях нового времени (XIX–XX вв.) // AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. M. F. Axundzadənin 200 illiyinə həsr olunmuş məqalələr toplusu. Bakı, Elm və Təhsil, 2012, həmüəllif.
- 1918–1920 illərdə Azərbaycanda demokratiya təcrübəsi // AMEA Tarix İnstitutu və Azərbaycan Tarix Qurumu Beynəlxalq konfransın materialları. Bakı, 2012 və s.
Qəzet məqalələri
Əsasən "Bakinski raboçi", "Exo", "Zerkalo", "Panorama", "Panorama Azerbaydjana" (Moskva), Ümumrusiya Azərbaycan Konqresinin qəzetlərində və s. çap olunub.
İstinadlar
|
|