İordaniya kürdləri — İordaniyada doğulmuş və ya yaşayan kürdəsilli insanlar. İordaniyanın kürd əhalisi təxminən 30.000 nəfərdir və onlar əsasən Əmman, İrbid, Salt və Zərkə şəhərlərində yerləşir. Təxminən 100 yaşı olan icma demək olar ki, tamamilə İordaniya cəmiyyətinə inteqrasiya olunmuşdur. Kürd icmasının inteqrasiyası səbəbindən onların İordaniya parlamentində yerləri yoxdur.[1] Kürdlər İordaniyada 1173-cü ildən, SəlahəddininƏyyubilər sülaləsinin qurulmasından bəri yaşayırlar.[2]Osmanlı ordusunda xidmət edən kürdlər sonralar Soltada məskunlaşmışdılar. 1920-ci və 1930-cu illərdə Türkiyədə kürdlərin qətliama uğraması nəticəsində kürdlər İordaniyaya qaçmış, 1948-ci ildə və sonradan 1967-ci ildə Fələstindən köçlər zamanı daha çox kürd İordaniyaya gəlmişdir. Körfəz müharibəsindən sonra İordaniya iraqlı kürdlərin, həmçinin İran İslam İnqilabından qaçqın düşmüş bir çox iranlı kürdlərin evidir.[3][4]