İnformasiya menecmenti

İnformasiya menecmentiXX əsrin 70-ci illərində meydana gələn informasiyanın idarəolunması və bölüşdürülməsini təmin edən menecmentin xüsusi sahəsidir.

Menecmentdə informasiya anlayışı

İnformasiyaidarəetmənin ən başlıca xammalıdır. İnformasiya, hər hansı bir yolla ölçülə bilən və tərkibində yenilik olan məlumatdır. Texniki-iqtisadi informasiyanın ölçü vahidi «bit»dir. İnformasiyanın toplanmasında, saxlanmasında, araşdırılmasında və verilməsində texniki və rabitə vasitələrindən istifadə olunduqda, onu kommunikasiya prosesi adlandırırıq. İnformasiyanın növləri çoxdur. Qlobal bölgü üzrə: texniki, sosial, iqtisadi, siyasi, tarixi, hərbi, tibbi və digər informasiya növlərini fərqləndirmək olar. Hazırkı dövrdə idarəetmə prosesini kommunikasiya və qərar qəbul etmə proseslərindən ayrı təsəvvür etmək qeyri-mümkündür. İdarəetmənin 5 funksiyasının – planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarətmarketinqin ümumi xüsusiyyətləri də bunlarla bağlıdır. Bu funksiyalar hamısı qərarların qəbul edilməsini tələb edir və hamısına informasiya lazımdır ki, düzgün qərar qəbul etmək üçün ondan istifadə etsinlər və bu qərarı müəssisənin başqa üzvlərinə çatdıra bilsinlər. Bu iki xüsusiyyət idarəetmənin bütün funksiyalarını özündə birləşdirdiyi üçün kommmunikasiya və qərarların qəbul edilməsini çox vaxtı əlaqələndirici funksiyalar adlandırılırlar. Operativ, obyektiv və effektiv qərarın qəbul edilməsi üçün və ya problemin həqiqi miqyasının dərk edilməsi üçün əsas tələb, relevant dəqiq informasiyanın olmasıdır. Bu informasiyanın yeganə alınma üsulu isə kommunikasiyadır.

İdarəetmədə tətbiq olunan informasiyaların növləri

Menecmentdə və müəssisələri darəetmə prosesində zəruri olan və bu səviyyədə daha çox iştirak edən texniki-iqtisadi və sosial informasiyanın aşağıdakı bölgüsü vardır .

  1. Əks etdirmə formasına görə (vizual, audio vizual və qarışıq).
  2. Təqdim etmə forması üzrə (rəqəmli, hərfi, kodlaşdırılmış).
  3. İdarəetmə prosesində roluna görə (analitik proqnozlu, hesabat, elmi, normativ).
  4. Keyfiyyətinə görə (həqiqi, dürüst, həqiqətə uyğun , doğru olmayan, yanlış).
  5. İstifadə imkanlarına görə (zəruri olan, kifayət edən, izafi).
  6. Yenilənmə dərəcəsi üzrə (daimi,dəyişən).
  7. Müəssisənin fəaliyyət dərəcəsinə görə (iqtisadi, idarəedici,sosial, texnoloji).
  8. Yaranma mənbəyi üzrə (təşkilatdaxili, xarici).
  9. Yaranma dərəcəsinə görə (ilkin, törəmə,ümumiləşdirilmiş).
  10. Təmsil edilmə növünə görə (çap mətni, mikrofilm, videofilm, maşın daşıyıcısı).
  11. Daxil olma vaxtına görə (dövri, daimi, epizodik, təsadüfi).[1]

İnformasiyanın alınma mənbələri

İdarəetmədə istifadə olunan informasiyaları əsasən aşağıdakı mənbələrdən əldə etmək olar:

Bu qeyd olunanlardan başqa, digər mənbələr də vardır. Lakin, həmin mənbələrdən informasiya alınmasına məhdudiyyət qoyulur. Misal üçün, Gömrük Komitəsində, Dövlət Statistika Komitəsində, Maliyyə Nazirliyində və digər bu kimi dövlət qurumlarında kifayət qədər iqtisadi informasiya olsa da, onlardan bu barədə lazımi məlumatları almaq çox çətindir. Vergilər Nazirliyindən və hər bir rayonun özünün vergi müfəttişliyindən də məhdud çərçivədə məlumat almaq olar. Həm dövlət, həm də kommersiya bankları informasiya mənbəyi kimi çıxış edə bilərlər. Bunlarla yanaşı, əsasən elmi-texniki tərəqqi ilə bağlı yeni məhsullar istehsalını şərh edən referativ jurnallarda geniş informasiya olur. Bu jurnallardan faydalı informasiya almaq olar. Digər tərəfdən, arxivlərdən, kitabxanalardan, elm və təhsil ocaqlarından, eləcə də elektron-informasiya şəbəkələrindən (misal üçün, İNTERNETdən) informasiya mənbəyi kimi istifadə edə bilərik.

İnformasiya sistemi

İnformasiya sistemi – idarəetmə prosesinin informasiya ilə təmin olunmasını təşkil edən vasitə olub, bütün idarə sisteminin bölmələrinə lazım olan dəqiq məlumatların vaxtında verilməsinə imkan verir. Informasiya sistemi aşağıdakı elemintləri özündə əks etdirir:

  • İnformasiyanın toplanması.
  • İnformasiya dövriyyəsinin təşkili.
  • İnformasiyanın saxlanması və aktuallaşdırılması.
  • İnformasiya sisteminin texniki təminatı.
  • İformasiya sisteminin riyazi (proqram) təminatı.
  • İnformasiyanın verilməsi.

İnformasiya sistemləri sadə və mürəkkəb quruluşlarda hazırlana bilərlər. Sadə informasiya sistemləri əsasən müəssisədaxili bölmələr üçün nəzərdə tutulur və informasiyanın toplanması, saxlanması, verilməsi prosesləri insanlar tərəfindən əl ilə həyata keçirilir. Mürəkkəb informasiya sistemləri isə bütün əməliyyatların avtomatlaşdırılmış qaydada icrası və tətbiqi ilə bağlıdır. Hər bir informasiya sistemi aşağıdakı parametrlərlə xarakterizə olunur:

  • Məlumatlar bazasındakı sabit informasiyanın həcmi.
  • Daim hərəkətdə olan, axın xarakterli, dəyişən informasiyanın həcmi.
  • İnformasiya sistemində kommunikasiya şəbəkəsinin buraxa bilmə qabiliyyəti.
  • İnformasiya sistemin operativ və dəqiq fəaliyyəti.
  • İnformasiya işlərində əlaqələndirmə dərəcəsi.[2]

İdarəetmədə informasiyaların rolu

İdarəetmədə informasiyanın əhəmiyyəti olduqca böyükdür. İnformasiyasız idarəetməni təsəvvür etmək olmaz. İnformasiya idarəetmə prosesi üçün yeganə material rolunu oynayır. Bu materiallar nə qədər obyektiv, real olarsa idarəetmənin məhsuldarlığı və səmərəliliyi bir o qədər yüksək olar. İdarəetmədə informasiyaların rolu aşağıdakılardan ibarətdir:

  • müəssisə informasiyalar vasitəsilə ətraf mühitə uyğunlaşır və məlumatlanır;
  • informasiya idarəedən və idarəolunan sistemlər arasında əlaqələndirici rol oynayır;
  • informasiyalardan idarəetmə qərarları hasil olur.

İnformasiya sisteminin tətbiqi və bazar sisteminə uyğunlaşdırılması riyazi, statistik, plan, proqnoz və analitik hesablamaların aparılması ilə bağlıdır. Müəssisədə informasiyanın istifadəçiləri aşağıdakılar hesab olunur:

  1. Müəssisənin təsisçiləri.
  2. Rəhbərlər, menecerlər.
  3. Müəssisənin ayrı-ayrı struktur bölmələrində çalışan işçilər.
  4. Təşkilatdan kənara informasiya vermək hüququ olan şəxslər. (mətbuat katibləri, ictimaiyyətlə əlaqə şöbəsi, reklam şöbələri və s.).

İnformasiya idarəetmənin bütün funksiyaları üçün vacib materialdır. İnformasiya təminatı idarəetmə prosesi üçün olduqca əhəmiyyətlidir. İnformasiyalar müəssisənin bütün sferalarında istifadə olunur. İdarəetmə informasiyaları müəssisənin fəaliyyətinin təhlil olunmasında və ona qiymət verilməsində böyük əhəmiyyət kəsb edir. Bu cür idarəetmə informasiyalarına aşağıdakıları aid etmək olar.

  1. Firmanın plan göstəriciləri haqqında informasiya;
  2. Təşkilati-struktur və onun səmərəlilik səviyyəsi haqqında informasiya;
  3. Firmanın maliyyə potensialı haqqında informasiya;
  4. Firmanın məhsul istehsalının həcmi haqqında informasiya;
  5. Satış fəaliyyəti və onun nəticələri haqqında informasiya;
  6. Bazarın vəziyyəti (rəqabətin səviyyəsinin öyrənilməsi) haqqında informasiya;
  7. Müəssisənin mənfəəti haqqında informasiya;
  8. Firmanın balans göstəriciləri haqqında informasiya.

Menecmentdə kommunikasiya anlayışı

Kommunikasiya iki və daha çox insanlar arasında informasiya mübadiləsi prosesidir. İnsanların vacib fərqləndirici xüsusiyyətlərindən biri mücərrəd (abstrakt) fikirləri ifadə etmək bacarığıdır. Bu, insanların şəxsi əlaqələrinin nə qədər dəqiq və səmimi olması, onlar arasında möhkəm əlaqələrin mövcudluğu ilə bağlıdır. Kommunikasiya prosesi təkcə fərdlər arasındakı əlaqələrin yox, həmçinin müəssisənin bölmələri arasında, digər müssisələrlə, bazarla, partnyorlar və rəqiblərlə və digər iştirakçılarla qarşılıqlı əlaqələrin qurulması və istifadə olunması kimi başa düşülməlidir.

Kommunikasiya prosesinin mərhələləri

Kommunikasiya prosesində dörd əsas mərhələni fərqləndirmək olar:

  1. İnformasiyanın toplanması, işlənməsi və hazırlanması;
  2. İnformasiyanın kodlaşdırılması və göndərilməsi;
  3. İnformasiya kanalı və ötürmə vasitələri;
  4. İnformasiyanın alınması və kodun açılması

Bu mərhələlərdən əlavə, alınmış informasiyanın dürüstlüyünü müəyyən etmək üçün “əks əlaqə” qurmaq yolu ilə eyni proses əksinə aparılır. Əgər bu halda alınmış informasiya birincisi ilə eyni olarsa, o, düzgün informasiya kimi qəbul olunur və sonrakı araşdırmalar üçün əsas götürülür.[3]

Həmçinin bax

İstinadlar

  1. "Uchebnik-menedjment/informatsiya-vidyi-znachenie-informatsii.html". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
  2. "Menecment, dərslik, A. M. İmran, Bakı 2007, səh.74" (PDF). 2019-11-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
  3. "Этапы коммуникационного процесса". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.

Xarici keçidlər

Ədəbiyyat

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!