İmam Malik ibn Ənəs

Malik bin Ənəs
أبو عبد الله مالك بن أنس بن مالك بن أبي عامر بن عمر الأصبحي اليمني
Doğum tarixi
Doğum yeri Mədinə
Vəfat tarixi
Vəfat yeri Mədinə
Dəfn yeri
Fəaliyyəti mühəddis, fəqih, üləma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mâlik bin Ənəs (Ərəbcə: مالك بن أنس) — Maliki məzhəbinin qurucusu, böyük müctəhid və mühəddis. Tam adı Əbu Abdillah Malik bin Ənəs bin Malik bin Əbî Âmir el-Əsbahi əl-Yəməni Ərəbcə: أبو عبد الله مالك بن أنس بن مالك بن أبي عامر بن عمر الأصبحي اليمني dir. 712 (Hicri 93) ilində Mədinədə doğulmuş, 795 (Hicri 179) ilində eyni yerdə vəfat etmişdir.

Həyatı

Prof. Əbu Zəhranın araşdırmalarına görə Malik ibn Ənəs Hicri 93-cü ildə (miladi 712) Mədinədə Yəmən qəbiləsinə mənsub ərəb əsilli bir ailədə doğulmuşdu. Ona "Mədinə imamı" da deyirdilər. İmam Malikin tam adı Əbu Abdullah Malik ibn Ənəs ibn Əbi Əmir ibn Əmr ibn əl-Xaris ibn Qayman ibn Hüseyl ibn Əmr ibn əl-Həris əl-Əshabidir. Atası Yəmənli Zu Əsbah qəbiləsinə mənsub Ənəs ibn Malik ibn Əbi Əmir əl-Əsbahdır. Anası isə Yəmənin ərəb qəbilələrindən əl-Əzdi qəbiləsinə mənsub olub adı Aliyə binti Şureyk əl-Əzdiyyədir.

İmam Malikin babası Malik Yəmən valisi tərəfindən zülmə məruz qaldığına görə Mədinəyə köç edərək burada Qureyş qəbiləsinə mənsub Bəni Teym ibn Murra qəbiləsi ilə qohum olmuşdu. Malik nəslinə mənsub olanların bir çoxu Mədinəyə köçdükdən sonra əsasən elm, hədis, səhabələrin xəbər və fətvalarını araşdırmaqla məşğul olurdu. İmam Malikin babası böyük tabeinlərdən idi. İmam Malikin əmisi isə hədis elmiylə məşğul olmuşdu. Z. Bünyadovun əsərində Əl-İsfahanidən sitat gətirərək bildirir ki, İmam Malik əvvəl müğənni olmaq istəmiş və ancaq anasının nəsihətinə görə bundan vaz keçib, özünü tamamilə fiqhə həsr etmişdir. İmam Malikin Rəbiət ər-Rey ləqəbi ilə məşhur olan Rabiə ibn Fərruxdən fiqh elmini, Nafi ibn Nueymdən isə qiraət elmini öyrəndiyi bilinməkdədir. O, həmçinin Mədinənin məşhur fəqihləridən dərs almışdı. Müxtəlif mənbələrə görə müəllimlərinin sayı 300-dən 900 nəfərə qədərdir. İmam Malikin Həcc ibadəti xaric Mədinədən çıxmadığı rəvayət olunur. İmam Əbu Hənifə kimi İmam Malikdə Əhli Beyt sevgisinə görə zülmə məruz qalmışdı. İkinci Abbasi xəlifəsi Əbu Cəfər Mənsur (754–775) zamanında Hz. Əli ailəsinə mənsub və xilafət iddiasında olan Muhəmməd ibn Abdullah 762-ci ildə üsyan qaldırır. Mədinə sakinləri əsasən ona beyət etmişdilər. Lakin üsyan uğursuzluqla nəticələndi. Tərəddüd keçirən mədinəlilər Əbu Cəfər Mənsurə beyət etməli olmuşdu. İmam Malik Əbu Cəfər Mənsurə edilən beyətin zorla etdirildiyi və halal olmayacağını bildirmişdi. 764-cü ildə üsyan yatırıldıqdan sonra Əbu Cəfər Mənsur Mədinə valisi olan əmisi Cəfər ibn Süleymana xəbər göndərərək İmam Malikə işgəncə etdirir. Rəvayətlərə görə işğəncə zamanı İmamın bir çiyni (bəzi rəvayətlərdə də onurğa sütunun əzildiyi bildirilir) yerindən çıxmışdı. Əbu Cəfər Mənsurdan sonra hakimiyyətdə olmuş xəlifə əl-Mehdi və oğlu Harun ər-Rəşid İmam Maliklə tez-tez görüşürdü. İmam Malik Hicri 179-cu ildə (miladi 795-ci il) təqribən 85 yaşında vəfat etdi. Cənazə namazını Mədinə valisi Abdullah ibn Zeynəb qıldırdı. İmam Malikin əsas əsəri "Kitab əl-Muvatta"dır ("basdırılıb düzəldilmiş"), Zeyd ibn Əlinin "Kitab əl-məcmu"su istisna edilirsə, bu günə qədər çatmış ən qədim müsəlman fiqh kitabıdır. Digər əsərləri — "Təfsir", "Risalə fil-qədər vər-rədd əla-l-qədəriyyə", "Kitab ən-nüfum" və "Kitab əs-sir". Maliki məzhəbi xüsusən islam aləminin qərb hissəsində yayıldı. Məğribdə (Tunis, Əlcəzair, Mərakeş və müsəlman İspaniya), Afrikanın islamı qəbul etmiş bütün ölkələrində bu məzhəb hökm sürür.

Həmçinin bax

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!