İlya Safonov 1913-cü ildə Rusiyanın Krasnodar diyarı Kurqan rayonunun Novomixaylovskaya stansiyasında anadan olub. Milliyətcə rusdur. 15 yaşında olarkən Bakıya gəlmişdir. 1943-cü ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kapitan, 320-ci atıcı diviziyanın 478-ci minomyot alayının komandiri İlya Safonov Dnepr çayının alınmasında fərqlənmişdir[1].
3 iyun 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin, A. Nevski ordenləri və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibə qurtardıqdan sonra Bakı şəhərində təyyarə meydanında dispetçer işləmişdir[1].
17 mart 1967-ci ildə vəfat etmişdir[1]. Birinci Fəxri xiyabanda dəfn olunmuşdur[2].