İl-de-Frans (fr. Île-de-France [il də fʁɑ̃s] — hərfi mənası "Fransa adası"; frankca "liddle Franke" sözündən əmələ gəlmişdir "kiçik Fransa" deməkdir[3].) Sena, Marna, Uaza çaylarının hövzələrinə aid mərkəzi Paris olan tarixi Fransa vilayəti. Eləcə də 1715–1814-cü illərdə Mavriki adası İl-dö-Frans adlandırılırdı.
İl-de-Frans bölgəsi Paris və onun ətraf ərazilərini əhatə edir. Bura 8 departament: Paris, Sena vä Marna, İvelin, Eson, O de Sen, Sen-Sen Deni, Val de Marn, Val d`Uaz daxildir. Region ölkənin ümumi ərazisinin 2%-ni təşkil edir. Geniş meşə massivlərinə: Fantenblo, Alatte, Şantili, Ermenonvilya, Rambuye park və bağlara: Versal, Şantili, Vo le Vikonta malikdir.
Siyasət
Regionun məclisi 209 vəkillə təmin olunur. 28 may 2004-cü il seçkilərində Solçular çoxluq təşkil edir:
- Solçular: 130 vəkil
- PS (sosialistlər): 64 vəkil
- Les Verts (yaşıllar): 29 vəkil
- PC, ACR (kommunistlər və ifrat-solçular): 24 vəkil
- MRC (Solçu-millətçi): 7 vəkil
- PRG (liberal-sosialistlər): 6 vəkil
- Mərkəzi Sağ Alians: 64 vəkil
- UMP (Mühafizəçilər): 38 vəkil
- UDF (Liberallar): 26 vəkil
- FN (İfrat-sağçılar): 15 vəkil
İnzibatı
İstinadlar
Həmçinin bax
|
---|
Regionlar | | |
---|
Regionlar (2016) | |
---|
Dənizarxasılar | |
---|