Bu adın digər istifadə formaları üçün bax:
Zobucuq.
İkinci Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun İkinci Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə İkinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. İkinci Zobucuq qəsəbəsi mərkəz olmaqla İkinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Əhalisi
Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
2019-cu ilin dekabrına olan məlumata görə 2 saylı Zobucuq qəsəbəsinin ümumi əhalisi 1982 nəfərdi. Qəsəbədə 9 şəhid ailəsi, 19 Qarabağ müharibəsi əlili vardır.[3]
İqtisadiyyatı
Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.
Təhsil
İkinci Zobucuq qəsəbəsində 288 nəfərlik məktəb binası tikilib istifadəyə verilmişdir.[4]
Qəsəbədə "27 № li tam orta məktəb" fəaliyyət göstərir.[5]
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|