𐕞 (səslənməsi /y/, transkripsiyası Ü, ü) — Alban əlifbasının 47-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm.Իոն (İon) kimi verilmişdir. Buna baxmayaraq Sinay Palimpsestlərində bu hərfi Aor hərfindən fərqləndirmək mümkün deyildir. Tədqiqatçı Jost Gippert bu hərfi Aor və Yayd hərflərinin diqrafı kimi rekonstruksiya etmiş, alb.𐕆𐕞𐕡𐕄 (hüwḳ) 'ürək' (udiük'), alb.𐕞𐕡𐕇 (üwx̣) 'altı' (udiŭq) və alb.𐕛𐕞𐕡𐕘 (vüwġ) 'yeddi' (udivŭğ) kimi sözləri əsas gətirərək əlifbada "ü" hərfinin mövcud olmağını məcburiyyət kimi irəli sürmüşdür. Buna görə də Gippert, Matenadarandakı hərfin əsl adının "Ün" ola biləcəyi ehtimalını müdafiə edir.[1]
Digər tədqiqatçılardan Aşot Abramyan bu hərfi ermənicə Ր (r) hərfi ilə bənzətmişdir.[2] Muravyev /ə/ səsinə üstünlük vermişdir.[3] Klimov isə /o/ səsi ehtimalını irəli sürmüşdür.[4]
İstinadlar
Bu məqalə özündə Qafqaz albancasında mətn ehtiva edir. Texniki dəstək olmasa qutular, sual işarələri və ya başqa işarələr görə bilərsiz.
↑J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-11
↑Sergey Murayyev — Три этюда о кавказско-албанской письменности (Qafqaz albanlarının hərfləri haqda üç etüd), İber-Qafqaz dilçiliyinin məcmuəsi. cild. 8. Tbilisi: Metsniereba. 1981. səh. 259
↑Klimov G. Агванское письмо, попытка его дешифровки (Ağvan əlifbası və onu deşifrə etmək cəhdi), səh. 13 // Gənc filoloqun ensiklopedik lüğəti, Moskva, 1984
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!