Üçlər ittifaqı — Bismarkın təşəbbüsü ilə Almaniya, Avstriya-Macarıstan və İtaliyanınkollektiv müdafiə məqsədi ilə 1882-ci ildə yaratdıqları hərbi-siyasi blok.[1] 1881-ci ildə İtaliya, Almaniya və Avstriya-Macarıstann arasında danışıqlar başlandı. 20 may 1882-ci ildə Almaniya, İtaliya və Avstriya-Macarıstan arasında ittifaq müqaviləsi imzalandı və Üçlər ittifaqı yarandı. Müqavilə ilk əvvəllər beş il müddətində imzalanmış və sonradan vaxtı uzadılaraq 1915-ci ilə qədər mövcud olmuşdur. Müqaviləyə əsasən tərəflərdən biri eyni vaxtda iki dövlətlə müharibə aparardısa digər tərəflər ona hərbi yardım göstərməli idi.[2] Eyni zamanda tərəflərdən birinin İngiltərə və ya Rusiyaya qarşı müharibəsi zamanı digərləri bitərəf qalmalı idi. Bundan əlavə İtaliya bəyan etmişdi ki , onun bu təşəbbüsləri birbaşa olaraq Böyük Britaniyaya yönəldilməmişdir. İtaliya 1902-ci il noyabrın 1-də Fransa ilə bağladığı sazişə əsasən eyni zəmanəti Fransaya da vermişdi.[1][2] Üçlər ittifaqı Rusiya və Fransaya qarşı yaradılmış olsa da bu müqavilənin imzalanması ittifaqı zəiflədən səbəblərdən oldu. Yenə xüsusi bir razılaşmada göstərilirdi ki, nə Avstriya-Macarıstan, nə də ki İtaliya Balkanlardakı statuskovu bir birindən xəbərsiz dəyişə bilməzdilər. Bu ittifaq 1879-cu ilin oktyabr ayının 7-də Alman imperiyası ilə Avstriya-Macarıstan arasında yaradılan ikili ittifaqın davamı hesab edilir. 1914-cü ildə Avstriya-Macarıstan artıq Britaniya, Rusiya, Fransa ittifaqına qarşı müharibə aparırdı. İtaliya da eyni zamanda bu müharibədə ittifaq dövlətlərini dəstəkləyəcəyini bildirdi. Lakin Üçlü ittifaq ilk əvvəllər müdafiə məqsədli yaradılan ittifaq olsa da Almaniya və Avstriya-Macarıstan hücuma keçdikdə İtaliya müharibəyə qoşulmaqdan imtina etdi. İtaliya daha sonra müharibəyə Antanta tərəfindən qoşuldu. 1915-ci ilin mayın 3-də İtaliya Üçlər ittifaqından çıxdı, mayın 23-də isə Avstriya-Macarıstana müharibə elan etdi.[2]
"Üçlər ittifaqı" Bismarkın siyasətinin ən yüksək nöqtəsi olub , AvropadaAlmaniyanın qeyd-şərtsiz üstünlüyünə xidmət edirdi. Bismark hər zaman İtaliyanı zəif bir dövlət kimi tanıdığını bildirsə də ittifaqa İtaliyanı da daxil etməsinin bir sıra səbəbləri var idi. İlk əvvəl 1879-cu ildə Almaniya-Avstriya-Macarıstan ittifaqı ilə Rusiya iki cəbhədə mübarizə aparmaq məcburiyyətində qalacaqdı. Lakin, İtaliya və Avstriya-Macarıstanın münasibətləri elədə yaxşı deyildi. Belə olduğu halda İtaliyaAvstriya-Macarıstana hücum edə bilərdi. İtaliya ilə ittifaqa girmək belə bir hücumun qarşısını alacaqdı. Digər yandan əgər FransaAlmaniyaya hücum etsəydi iki cəbhədə mübarizə aparmalı olacaqdı , bu amil isə Fransanın hücumunu zəiflə bilərdi. Bismarkıİtaliya ilə ittifaqa cəlb edən səbəblər bunlar idi.
Avstriya-Macarıstan
Osmanlı imperiyasının zəifləməsi və uğursuz islahatlar nəticəsində Balkanlarda slavyanların çıxışları artmış və bu vəziyyət həm Avstriya-Macarıstan, həm də Rusiya üçün bölgədə öz torpaqlarını genişlətmək imkanı yaratmışdı. Rusiya1876-cı ildə Balkanların bölüşdürülməsini təklif etsə də , Andrasi bu təklifi rədd etdi. Buna səbəb olaraq isə Avstriya-Macarıstanın onsuz da yetəri qədər böyük bir dövlət olmasını və daha çox torpaqla baş edə bilməyəcini bildirdi.[3] Beləliklə bütün imperiya, hələ də Osmanlının tabeliyində olan Bosniya-Herseqovina mərkəzli əyaləti üçün siyasi baxımdan qısa müddətli bir sakitlik dövrü başladı. Balkanlardakı bu vəziyyətdən istifadə edən Avstriya-Macarıstan1878-ci ildə Bosniya-Hersoqovinanı işğal edir və sonradan 1908-ci il oktyabrın 5-də buranın maliyə nazirliyinin nəzarətinə verərək birbaşa Vyanaya tabeçiliyini elan edir.[2]Bosniya-Herseqovinanın işğalı , RusiyanınBessarabiyaya doğru irəliləməsinə qarşı atılan bir addım idi. Ümumilikdə Avropadakı Rus və Fransız mənafelərinə qarşı mübarizə apara bilmək üçün Avstriya-Macarıstanla1879-cu ilin oktyabrında Almaniya, 1882-ci ilin mayında isə İtaliya ilə ittifaqa girdi.
İtaliya
1880-ci illərdə Avropa dövlətləri müstəmləkəçilik fəaliyyəti ilə məşğul idilər. İtaliya da bu ənənəyə sadiq qalaraq , müstəmləkəçiliyi böyük bir dövlət olmağın əsas şərti olaraq görürdü. Buna baxmayaraq digər dövlətlər kimi Asiya və Afrika kimi uzaq məsafələrə hücum etməyə cəsarət etməyən İtaliya özünə məsafə baxımından çox yaxın olan Tunisə gözlərini çevirdi. İtaliya hücuma hazırlaşdığı bir vaxtda Fransa1881-ci ildə Tunisi işğal etdi. Bu zamana qədər qaydasında olmayan Fransa-İtaliya münasibətləri daha da pisləşdi. Belə vəziyyətdə Fransa kimi güclü bir rəqibə qarşı İtaliya Almaniyaya ittifaq təklif etdi. Lakin həmin dövrdə İtaliyaAvstriya-Macarıstanın tərkibindəki Tiyest və Trentinonu ilhaq etmək istəyirdi. Bu səbəblə İtaliyanınAvstriya-Macarıstan ilə də münasibətləri yaxşı deyildi. Bismark belə bir ittifaqın yaradılması üçün ilk əvvəl İtaliyadan tələb etdi ki , Tiyest və Trentino üzərindəki iddialarından əl çəksin. İtaliya bu tələblə razılaşdı və 1882-ci ildə ittifaq yaradıldı.[4]
İstinadlar
↑ 12Charles Seymour (1916). The Diplomatic Background of the War. Yale University Press. s. 35,147.