Ölüm yürüşü — hərbi əsirlərin, digər əsirlərin və ya deportasiya edilmiş şəxslərin yol boyu ölümə buraxıldığı məcburi yürüş.[1] İştirakçılar adətən yürüşün gedişinə görə uzun məsafə, hava, yorğunluq, halsızlıq, yürüş şəraitinə görə və ya mühafizəçilərin qəddarlığı səbəbilə bu zaman ölürlər.[2]
Tarixi
Afrikada kölə tacirləri tərəfindən satın alınan və ya əsir götürülən kölələrə qarşı məcburi yürüşlərdən istifadə olunurdu. Onlar Şərqi Afrika kölə ticarəti və Atlantik kölə ticarəti ilə kimi başqa ölkələrə göndərilmişdilər. Bəzən tacirlər kölələri qandallayır və onlara kifayət qədər yemək vermirdilər. Yerimək üçün çox zəifləmiş kölələr tez-tez öldürülür və ya ölümə buraxılırdı.[3][4]
Belçika kralı II LeopoldKonqo Azad Dövlətində yetim qalan konqoluları qaçıraraq onları katolik missionerlər tərəfindən idarə olunan, kölə kimi işləmək və ya əsgər olmağın tədris edildiyi məktəblərdən ibarət "uşaq koloniyaları"na göndərirdi. Bunlar dövlət tərəfindən maliyyələşdirilən yeganə məktəblər idi. Məktəblərə göndərilən uşaqların 50%-dən çoxu xəstəlikdən həlak olmuş, minlərlə uşaq isə koloniyalara məcburi yürüşlərdə ölmüşdür. Belə bir yürüşdə 108 oğlan missiya məktəbinə göndərilmiş və onlardan yalnız 62-si sağ qalmışdır, lakin daha səkkizi bir həftə sonra vəfat etmişdir.[5]
Dunqan üsyanı zamanı Şansidən 700,000–800.000 huimüsəlmanıQansuya sürgün edilmişdi. Bu prosesdə əksəriyyəti susuzluqdan, aclıqdan və qətliamlardan yol boyu onları müşayiət edən milislər tərəfindən öldürülmüşdür. Onlardan sadəcə bir neçə min sağ qalmışdır.[6]
↑Pohl, J. Otto. The Stalinist Penal System. McFarland. 1997. səh. 58. ISBN0786403365.
↑Pohl, J. Otto. The Stalinist Penal System. McFarland. 1997. səh. 148. ISBN0786403365. Pohl cites Russian archival sources for the death toll in the special settlements from 1941–49