Çirklənmiş torpaqların monitorinq növləri- spesifik torpaq-ekoloji monitorinqin növləri
Giriş
Nəzarət edilən mühitin tipinə görə, çirkləndirici maddələrin yayılma mexanizmi və məsafəsinə görə torpaqların çirklənməsinin ekoloji monitorinq növlərini ayırırlar. Təbii mühitin spesifik xüsusiyyətləri ilə əlaqədar olaraq biotik və abiotik monitorinq fərqləndirilir (Y.A.İzrael, 1984). Çirkləndirici maddələrin yayılma qanunauyğunluğuna müvafiq olaraq monitorinq-lokal, regional və qlobal səviyyələrə ayrılır(İ.P.Qerasimov, 1975).
Lokal monitorinq
Sanitar-gigiyena və ya impakt monitorinq də adlandırılır. Torpaqların sanitar vəziyyəti dedikdə, yoluxma və gigiyena cəhətdən torpaqların keyfiyyətini və təhlükəsizlik dərəcəsini müəyyən edən fiziki-kimyəvi və bioloji xassələrinin məcmusu başa düşülür. O, konkret müəssisələrin tulladığı çirkləndirici maddələrin ətraf mühitdə miqdarına nəzarət edilməsinə yönəldilmişdir. Birinci növbədə real şəraitdə həmin çirkləndirici maddələrə daha çox həssas olan təbii mühitə nəzarət edilir. Əgər tullantılar suya atılırsa-suların nəzarəti, atmosferə atılırsa-havanın nəzarəti aparılır. Ətraf mühitin hər hansı bir çirklənmə halında torpaqlar analiz olunur. Çirkləndirici maddələrlə əlaqədar olan, istər ekoloji təhlükənin əvvəlcədən müəyyən edilməsi, istərsə də onların toplanma qanunauyğunluğunun üzə çıxarılması çox mühümdür. Torpaq tədqiqatlarının nəticələri torpaqların çirklənmə səviyyələrinin müəyyən edilməsində, yaşayış məntəqələrində insanların yaşama şəraiti və sağlamlığı üçün təhlükənin proqnozlaşdırılmasında, torpaqların rekultivasiyası üzrə tədbirlərin hazırlanmasında, insanların xəstəliklərinin profilaktikasında, sutoplayıcı ərazilərin bərpası və mühafizəsi üzrə texniki qərarların hazırlanmasında, yaxşılaşdırma tədbirlərinin ardıcıllığının müəyyən edilməsində və s. işlərdə nəzərə alınır. Yaşayış məntəqələrində nəzarət onların funksional zonaları nəzərə alınmaqla aparılır. Birinci növbədə əhalinin sağlamlığına təsir edən yüksək riskli ərazilərin torpaqları (məktəbəqədər uşaq, məktəb və müalicə müəssisələri ətrafındakı torpaqlar, tikinti üçün ayrılan yerlər, sututarların sanitar mühafizə zonalan, içməli su ilə təminetmə yerləri, kənd təsərrüfatı yerləri, rekreasiya zonalan) tədqiq edilir. Torpaq nümunələrinin götürülmə məntəqələri küləklərin istiqaməti, ərazinin relyefi, bitki örtüyü və hidroloji şərait, yəni çirkləndirici maddələrin mənbədən yayılmasım təmin edən şərait nəzərə alınmaqla yerləşdirilir. Mənbənin yaxınlığında nümunə götürmə məntəqələrinin yerləşdirilmə sıxlığı çox olur (50, 100, 200, 300 m məsafədə), mənbədən uzaqlaşdıqca sıxlıq azalır. Nəqliyyat magistralları ilə torpaqlann çirklənməsinə nəzarət zamanı nümunə sahələri qeyd edilən amillər nəzərə alınmaqla yol qırağındakı sahələrdə qoyulur. Nümunələr yoldan 0-10,10-50, 50-100 m məsafədə 0-10 sm dərinlikdə uzunluğu 200-500 m olan ensiz zolaqdan (sahədən) götürülür.
Regional monitorinq
İnsan fəaliyyətinin bütün növlərinin (şumlanma, meşələrin qırılması və yandırılması, şəhərsalma, nəqliyyat, sənaye istehsalı, energetika, kənd təsərrüfatı, ticarət şəbəkəsi, səhiyyə və s.) regionun ətraf mühitinin vəziyyətinə təsirinin qiymətləndirilməsinə yönəldilmişdir. O, təbiətdən istifadə prosesində təbiət və insanın qarşılıqlı təsirinə nəzarəti özündə əks etdirir. Nəzarət müxtəlif xidmətlər (idarələr):hidrometeoroloji xidmət, aqrokimyəvi xidmət, hidrokimyəvi xidmət, meşə təsərrüfatının təşkili və aparılması ilə əlaqədar tədbirlər, seysmoloji və digər xidmətlərlə həyata keçirilir. Monitorinqin bu növünü L.P.Qerasimov geosistem monitorinqi də adlandırmışdır. Belə ki, regionda çirkləndirici maddələrin yayılmasına nəzarətin əsasını geosistemdə təbii kimyəvi maddələrin yayılma prinsipləri təşkil edir.
Fon monitorinqi
Monitorinqin vacib növlərindən biridir. Onun məqsədi-ərazinin torpaqlarının vəziyyətinə nəzarət etməkdir ki, bu da lokal və regional monitorinqin aparılması zamanı ətraf mühit üçün etalon kimi götürülə bilər.Torpaqlarda kimyəvi elementlərin fon miqdarım müxtəlif üsullarla səciyyələndirirlər:
1)hazırda təhlil edilmiş, tarixi göstərilmiş basdırılmış torpaqlarda kimyəvi elementlərin miqdarı kimi (bununla təbii şəraitin, birinci növbədə iqlimin dəyişməsini nəzərə almaq lazımdır ki, bu da müasir vəziyyətin əvvəlki vəziyyətdən fərqlərini aşkara çıxarmaqla əlaqədar ola bilər, məsələn, karbohidrogenlərin miqdarı);
2)seçilmə və analiz olunma tarixi məlum olan muzey torpaq nümunələrində kimyəvi elementlərin miqdarı kimi (bununla bərabər hazırda və keçmişdə istifadə edilmiş analiz üsullarını müqayisə etmək lazımdır);
3)ədəbiyyatlarda torpaqların əvvəlki (keçmişdəki) tərkibi haqqında (onların analiz üsullarının mümkünlüyü nəzərə alınmaqla) verilmiş məlumatların ümumiləşdirilməsi əsasında;
4)dərin torpaq horizontlarımn tərkibinə görə (nəzərə almaq lazımdır ki, üst horizontlarda nəzarət edilən maddələrin akkumulyasiyası istər onların biogen toplanması, istərsə də atmosferdən daxil olması ilə əlaqədar ola bilər).
Torpaqlarda nəzarət edilən kimyəvi maddələrin fon miqdarınm daha etibarlı xarakteristikası fon torpaqlarında xüsusi tədqiqatlarm aparılması zamanı alma bilər. Regionun tədqiq edilməsi üçün xarakterik olan, minimal dərəcədə antropogen təsirə məruz qalan torpaqlar, məsələn, qoruqların torpaqları fon monitorinqi üçün müşahidə obyektləridir.Fon ərazilərin torpaqlarına müntəzəm nəzarət zaman daxilində onların ekoloji vəziyyətinin dəyişməsini qiymətləndirməyə imkan verir.Fon monitorinqi qlobal monitorinqin yanmsistemidir Lakin qlobal monitorinqin öz spesifik vəzifələri var.
Qlobal monitorinq
Kimyəvi maddələrin atmosferdə uzaq məsafələrə aparılması hesabına baş verən çirklənmənin ümumplanetar yayılmasına nəzarət sistemidir. Monitorinqin bu növünü biosfer monitorinqi də adlandırırlar. Ona görə ki, onun nəticələri insan fəaliyyətinin təsiri altında planetdə canlı orqanizmlərin vəziyyətinin qlobal dəyişməsini səciyyələndirir. Fon monitorinqi kimi qlobal monitorinq də eyni şəraitdə aparılır. Monitorinqin bu iki növləri arasındakı fərq alınmış məlumatların istifadə edilməsindən ibarətdir. Fon monitorinqinin nəticələri lokal və regional monitorinqin aparılması zamanı əlavə (köməkçi) məlumatlar kimi istifadə olunur. Qlobal monitorinq xüsusi vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir:çirklənmə mənbələrindən uzaqda olan torpaqların vəziyyətinə maddələrin qlobal daşınma (aparılma) təsirinin intensivliyinin qiymətləndirilməsi. Bu, YUNESKO-dan biosfer qoruqlar statusunu almış qoruqlarda yerinə yetirilir.[1]
İstinadlar
- ↑ Q.Ş.Məmmədov, S.Z.Məmmədova, C.Ə.Şabanov, Torpaqların ekoloji monitorinqi, Bakı:2017, səh 129-132
Xarici keçidlər
Həmçinin bax