Çexoslovakiyanın süqutu

Çexoslovakiyanın süqutu (çex. sametový rozvod) — sülh və rəsmi qaydada Çexoslovakiyanın bir dövlət olaraq yoxa çıxması. Çexoslovakiyanın parçalanması rəsmi olaraq 1 yanvar 1993-cü ildə gerçəkləşmişdir. Bu həm də bir inqilab idi. Bu ayrılmanın nəticəsində sosializm və planlı iqtisadiyyatdan kapitalizmə və bazar iqtisadiyyatına keçid baş vermişdir. Üstəlik bu ayrılma və dəyişikliklər olduqca sakit bir məcrada baş vermişdir.

Öncəki vəziyyət

Çexoslovakiya 1968 - 1989 illərdə.

Çexoslovakiyanın parçalanması məhz etnik məsələlərdən (daha dəqiq milli elitar təbəqə, sadə şəxslər deyil[1]) qaynaqlanırdı. Bu heçdə sırf iqtisadi səbəbdən baş verməmiş bir parçalanma idi. Sovetlər birliyinin həcminə nəzər yetirdikdə olduqca kiçik bir parçalanma olmuşdur. Etnik problemlər sonda iqtisadi vəziyyətin pisləşməsinə səbəb olmuşdur. Sonda isə ölkə parçalanmışdır. Çexslovakiyada hər zaman etnik problemlər olmuşdur. Ancaq bu problemlər xalqlar arasında münaqişələrə səbəb olmamışdır. Belə ki, bu ölkənin ərazisində yaşayan bir çox xalqlar muxtariyyat tələbi irəli sürsələrdə bir nəticə əldə edə bilməmişlər. Digər tərəfdən əhalinin böyük qismi slavyan xalqları olması vəziyyətin kəskin dəyişməsinə imkan vermirdi. Burada slavyanlardan sonra sudet almanları və Cənubi Slovakiya macarları böyük saylı az saylı xalqlardan idilər. 1945-ci ildə Sudet almanları ölkədən çıxarıldıqdan sonra Çexiya Sosialist Respublikası federasiya daxilində monoetnik bir dövlətə çevrilmişdi. İqtisadi baxımından onun inkişafı Slovakiya Sosialist Respublikasını üstələyirdi. Elə bu zaman çex siyasətçilər Slovakiyanın onlara bir yük olması ifadələrini işlədirdilər. Slovakiyalılar isə bu utandırıcı vəziyyətdən qəzəblənirdilər.

Ayrılmadan öncə 1992-ci ildə Çexslovakiyada referendum keçirilmişdir. Slovakiyada ölkənin bölünməsinə 37 % hə, 63 % yox dediyi halda, Çexiyada seçicilərin 36 % hə, 64 % isə yox demişdir.

Hadisələrin xronologiyası

Vəziyyətin yaxşılaşdırılması yönündə müəyyən addımlar atılmışdır. Ölkənin adı Çex-Slovakiya Sosialist Respublikası adlandırılmışdı. Üstəlik xalqlar hələ müstəqilliyə tam hazır deyildi. Bunu səs vermənin nəticələri göstərirdi. Bununla belə ölkənin taleyi siyasətçilərin əlində idi. Onlar isə fərqli düşünürdü[2].

17 iyul 1992-ci ildə Slovakiya parlamenti müstəqillik haqqında deklarasiya imzalamışdır. Bununla da müstəqilliyini elan etmişdir. O zaman Çexislavakiyanın prezidenti olan Vaslav Qavel buna qarşı olsa da 25 noyabrda istefaya getmişdir. Elə həmin gün federal parlament 1993-cü ilin yanvar ayının birindən ölkənin parçalandığı haqda qanun qəbul etmişdir.

İstinadlar

  1. "At Fork in Road, Czechoslovaks Fret". 2014-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  2. "«Разделение Чехословакии было глупостью», говорят жители приграничного региона". 2010-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!